“Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının icrası” monitorinq hesabatının təqdimatı keçirilib

28 yanvar 2022-ci il tarixində dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının iştirakı ilə “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının icrası” monitorinq hesabatının onlayn təqdimatı keçirilib.

Müxtəlif dövlət qurumlarının (o cümlədən, Korrupsiya ilə mübarizə Komissiyası, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Maliyyə Monitoring Xidməti, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, KOBİA, ASAN, və s.) və onlarla QHT-lərin (ümumilikdə 54 nəfər) iştirakı ilə keçirilən tədbirdə MFP-nin bəndlər üzrə icra vəziyyəti barədə məlumatlar verilmiş, müzakirələr aparılmış.

Hesabatı hazırlayan eksper qrupunun rəhbəri, Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev cıxışında monitorinqin nəticələrinə əsasən Milli Fəaliyyət Planında (MFP) nəzərdə tutulmuş fəaliyyətlərin orta  icra göstəricisi 73%  olduğunu qeyd etmişdir. 24 bənd üzrə fəaliyyətlər tam icra edilmiş, 7 bənd üzrə fəaliyyətlər 50%-dən aşağı icra olunmuşdur, 2 bənd üzrə isə fəaliyyətlər icra olunmamışdır. İki istiqamət – “İnformasiya əldə edilməsinin təmin olunması sahəsində tədbirlər” və “Əhaliyə göstərilən kommunal xidmətlərdə şəffaflığın, hesabatlılığın və müştəri məmnunluğunun artırılması sahəsində tədbirlər” üzrə orta icra göstəricisi 50%-dən aşağı olmuşdur. “Özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması sahəsində tədbirlər” üzrə bütün fəaliyyətlər tam icra olunmuşdur.  

 Hesabata dair təqdimatla çıxış edən “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi ictimai birliyinin sədri, layihə eksperti Zaur İbrahimli nəzərəçarpan irəliləyişlər kimi aşağıdakılar qeyd etmişdir:

  • Ombudsmana müraciətlər üçün vahid qaynar xəttin yaradılması;
  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı tədbirlər;
  • elektron notariat xidmətlərinin və məhkəmə qərarlarının icrasının elektronlaşdırılması;
  • kommunal xidmətlərdə şəffaflığın, hesabatlılığın və müştəri məmnunluğunun artırılması;
  • “Ağıllı kənd” layihəsinə start verilməsi (layihə kənd yerlərində bütün dövlət xidmətlərinə çıxışı olan cəlbedici yaşayış şəraiti yaratmaq məqsədi daşıyır);
  • yerli icra hakimiyyəti orqanlarında “ASAN müraciət” sisteminin (vətəndaşların dövlət orqanlarına müraciəti üçün rəqəmsal platforma) tətbiqi il bağlı pilot layihənin başladılması;
  • ictimai iştirakçılığın genişləndirilməsi və mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında İctimai Şuraların yaradılması prosesinin sürətlənməsi.

 Tədbirdə iştirak edən dövlət qurumlaırnın nümayəndələri, o cümlədən Korrupsiya ilə mübarizə Komissiyasının katibi Ramin Vəlizadə, ictimai iştirakçılığın vacibliyi, QHT-lərin müxtəlif məsləhətləşmələrə cəlb edilməsini və hesabatın tövsiyyələrini yüksəl qeymətləndirərək işçi qrupuna təşəkkürlərini bildirmişlər. Yekunda iştirakçıların təklifləri dinlənilmiş, dövlət qurumları və ekspertlər tərəfindən onların sualları cavablandırılmışdır.

Tədbir ABŞ Beynəlxalq İnkişaf Agentliyininin (USAİD) maliyyələşdirdiy Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində həyata keçirilib. Layihə ABŞ-ın FHI 360 təşkilatı, İCNL, MG Consulting tərəfindən Açıq Hökumət Platforması ilə əməkdaşlıqda icra edilir.

Hesabatın tam mətni https://surdo.az/Uploads/8f260467d67f47838707245da24f3375122022644178.pdf  saytından əldə oluna bilər.

Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planının icrasının monitorinqi” Hesabatı haqqında məlumat

 Hesabatın məqsədi 27 fevral 2020-cı il tarixdə AR Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının vəziyyətini araşdırmaq və müvafiq tövsiyələr hazırlamaqdır. Monitorinq Planı 9 istiqamət üzrə qruplaşdırılmış 64 tədbiri əhatə etmişdir. Hesabatın tam mətni: https://surdo.az/Uploads/8f260467d67f47838707245da24f3375122022644178.pdf 

Monitorinqin nəticələrinə əsasən Milli Fəaliyyət Planında (MFP) nəzərdə tutulmuş fəaliyyətlərin orta  icra göstəricisi 73%  olmuşdur. 24 bənd üzrə fəaliyyətlər tam icra edilmiş, 7 bənd üzrə fəaliyyətlər 50%-dən aşağı icra olunmuşdur, 2 bənd üzrə isə fəaliyyətlər icra olunmamışdır. İki istiqamət – “İnformasiya əldə edilməsinin təmin olunması sahəsində tədbirlər” və “Əhaliyə göstərilən kommunal xidmətlərdə şəffaflığın, hesabatlılığın və müştəri məmnunluğunun artırılması sahəsində tədbirlər” üzrə orta icra göstəricisi 50%-dən aşağı olmuşdur. “Özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması sahəsində tədbirlər” üzrə bütün fəaliyyətlər tam icra olunmuşdur. 

Hesabatda aşağıdakı qənaətlər və tövsiyələr yer almışdır:

  •  Hökumət maliyyə şəffaflığı aspektlərində yaxşılaşma nümayiş etdirir. Məsələn, Maliyyə Nazirliyi öz saytında müvafiq məlumatları, o cümlədən dövlət büdcəsindən ayrılan xərclər və xarici borclarla bağlı məlumatları açıqlayıb. Bununla belə, MFP-də dövlət büdcəsi layihəsinin müzakirələrində vətəndaş cəmiyyətinin iştirakının təmin edilməsi ilə bağlı nəzərdə tutulan tədbirlər həyata keçirilməyib.
  • Dövlət orqanları, Açıq Hökumət Platforması və digər qeyri-hökumət təşkilatları (QHT-lər) dövlət qeydiyyatının sadələşdirilməsi, elektronlaşdırılması və təkmilləşdirilməsi, QHT-lərin xarici qrantlara çıxışının asanlaşdırılması ilə bağlı təkliflər hazırlayıblar. Hökumət bu məsələlərlə bağlı vətəndaş cəmiyyət ilə müzakirələr aparıb, amma 2021-ci ildə heç bir ciddi irəliləyiş olmayıb.
  • Ədliyyə Nazirliyi tərəfindən QHT-lərə təqdim edilən xidmətlər (reyestr məlumatlarının yenilənməsi, qrant müqaviləsinin qeydə alınması üçün müraciət və bu haqda bildirişlərin alınması) elektronlaşdırılıb.
  • Hökumət informasiyalara çıxış imkanının genişləndirilməsi, bu sahədə mövcud qanunvericilik və praktikanın təkmilləşdirilməsi ilə bağlı qanunvericilik dəyişiklikləri hazırlayıb. Bu istiqamətdə dövlət orqanları qanunvericiliyə əlavə və dəyişikliklərlə bağlı müzakirələr aparıb, təkliflər hökumətə təqdim edilib. Amma təkliflər üzərində işlər yekunlaşmayıb.
  • Özəl sektorda şəffaflığın və hesabatlılılığın artırılması, korrupsiya risklərinin müəyyən edilməsinə, təhlilinə və qarşısının alınmasına dair metodologiyanın praktikada tətbiqi ilə bağlı proses də yekunlaşmamış qalıb. Dövlət şirkətlərinin hesabatlılığının artırılması ilə bağlı təşəbbüslərlə start verilib, lakin hələ də bu sahədə ciddi irəliləyişlər üçün əlavə səylər göstərilməsi zəruridir, məsələn, özəl sektorda məlumatlılıq səviyyəsi artırılmalı və antikorrupsiya fəaliyyətlərinin idarə edilməsi üzrə beynəlxalq standartlar tətbiq edilməlidir.
  • Nazirlər Kabineti MFP-də nəzərdə tutulan tədbilərin həyata keçirilməsi ilə bağlı dövlət orqanlarının irəli sürdüyü təkliflərin təhlilində və bunun əsasında qərarların qəbulu prosesində ləngiyir. Prosesin sürətləndirilməsi üçün əlavə səylərə ehtiyac var ki, tədbirlərin icra olunmamasına yol verilməsin.
  • Vəzifəli şəxslərin gəlir bəyannamələrini təqdim etməsi ilə bağlı proses gecikir. Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında bildirilib ki, vəzifəli şəxslər tərəfindən müvafiq bəyannamələrin təqdim edilməsi barədə normativ hüquqi akt layihələri hazırlanaraq aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.
  •  

MFP-nin icrasına nəzarəti  həyata  keçirən  Korrupsiyaya  Qarşı  Mübarizə  üzrə Komissiya Açıq Hökumət Platforması və vətəndaş cəmiyyəti tərəfindən prioritet kimi müəyyən edilmiş sahələrdə qərarların qəbuluna nəzarəti gücləndirməlidir. Bu prioritet sahələrə informasiya açıqlığı və hesabatlılığın gücləndirilməsi, vətəndaş cəmiyyəti üçün əlverişli mühit yaradılması, korrupsiya risklərinin qiymətləndirilməsi sisteminin yaradılması daxildir. Həmçinin bu məsələlərdə ictimai iştirakçılıq daha da genişləndirilməlidir. Bir çox hallarda dövlət orqanları tərəfindən ictimai maraq doğuran, cəmiyyəti narahat edən məsələlərlə bağlı qanun və normativ-hüquqi akt layihələrinin hazırlanması və qəbulu prosesində ictimai iştirakçılıq təmin edilmir. Azərbaycan qanunvericiliyində qanunların və normativ-hüquqi aktların hazırlanması prosesində ictimai iştirakçılığın təmin edilməsi ilə bağlı geniş imkanların nəzərdə tutulmasına baxmayaraq təcrübədə bunlardan istifadə edilmir. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın fəaliyyətlərində ictimaiyyətin fəal iştirakı nəzərdə tutulur, bu təcrübədən çıxış edərək Komissiyanın digər dövlət orqanlarına ictimai iştirakçılıq sahəsində praktikalarını yaxşılaşdırmaları üçün müvafiq tövsiyələr və təlimatlarla çıxış etməsinə ehtiyac var.

Nəzərəçarpan irəliləyişlər kimi aşağıdakılar qeyd edilir:

  • Ombudsmana müraciətlər üçün vahid qaynar xəttin yaradılması;
  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sisteminin risk qiymətləndirilməsinin həyata keçirilməsi ilə bağlı tədbirlər;
  • elektron notariat xidmətlərinin və məhkəmə qərarlarının icrasının elektronlaşdırılması;
  • kommunal xidmətlərdə şəffaflığın, hesabatlılığın və müştəri məmnunluğunun artırılması;
  • “Ağıllı kənd” layihəsinə start verilməsi (layihə kənd yerlərində bütün dövlət xidmətlərinə çıxışı olan cəlbedici yaşayış şəraiti yaratmaq məqsədi daşıyır);
  • yerli icra hakimiyyəti orqanlarında “ASAN müraciət” sisteminin (vətəndaşların dövlət orqanlarına müraciəti üçün rəqəmsal platforma) tətbiqi il bağlı pilot layihənin başladılması;
  • ictimai iştirakçılığın genişləndirilməsi və mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında İctimai Şuraların yaradılması prosesinin sürətlənməsi.

 Yuxarıda qeyd olunan tədbirlər vətəndaşların dövlət xidmətlərinə daha yaxşı çıxışını təmin edir, belə xidmətlərin keyfiyyətini artırır, vətəndaşlara göstərilən xidmətlərin rəqəmsallaşdırılmasını təşviq edir və qərarların qəbulunda vətəndaş iştirakçılığını artırır.

Monitorinq hesabatı 2021-ci ilin noyabr-dekabr aylarında  ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti Layihəsi (ECSOFT) çərçivəsində Açıq Hökumət Milli Platformasının koordinatoru Əliməmməd Nuriyevin rəhbərlik etdiyi ekspert qrupu tərəfindən hazırlanıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir