“Analar Günü”nün təsis olunmasının əlehinəyəm! – YYSİB sədri, ictimai/mədəniyyət xadimi, kulturoloq Aydın Xan Əbilov

Azərbaycanda “Analar Günü”nün təsis olunması məsələsinə baxıla bilər.

Bunu “Report”a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:”Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart – Beynəlxalq Qadınlar Gününü elə “Analar Günü” kimi də qeyd edirik”.B.Muradova qeyd edib ki, Azərbaycanda “Analar Günü”nün təsis olunması ilə bağlı bəzən fikirlər səsləndirilir: “Əgər cəmiyyətdə müzakirələr nəticəsində hamı düşünsə ki, biz mütləq belə bir günü qeyd etməliyik, onda biz bu məsələyə baxa bilərik. Lakin hələlik bu məsələ o qədər də intensiv müzakirə edilmir. Hər halda bu qərar cəmiyyətin istəyinə bağlı olacaq”

.Yeni Yazarlar və Sənətçilər Birliyinin sədri, analitik-ekspert, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə “Sherg.az”a bildirib ki, liberal təfəkkürlü şəxs olaraq mən atalar, analar, qızlar və oğlanlar günü kimi ayrıca bir günün təsis edilməsinin qəti əleyhinəyəm:


“Fikirləşirəm ki, insanları dilinə, mənsəbinə, dininə, cinsinə və rəginə görə bölmək olmaz. Azərbaycanda nədənsə daha çox duyğuları pozulan insanlar əlamətdar hadisələr və günlərini qeyd etməyi sevirlər. Hələ də qadınlarımızın, analarımızın konstitusiyada onlara verilən kişilərlə bərabərhüquqluluğunu təmin edə bilməmişik. Ancaq gündə onlar üçün bir bayram təşkil edirik. 8 Mart- Beynəlxalq Qadınlar günü var. Ancaq Azərbaycanda dini baxışlardan irəli gələrək Hz. Zəhranın doğum günü “Analar günü” kimi qeyd edilir və Sevgililər günündə də daha çox qadınlara önəm verilir. İstənilən halda “Analar günü” bayramının hər il təkrarlanması və qeyd edilməsi fikri varsa, bunu nəzərdən keçirmək olar. Azərbaycanda analar həddən artıq güclüdür. Bu halda kişilərin qorunmasının aktuallığı ortaya çıxıb. Bizdə kişilər, atalar və oğlanlar günü yoxdur. 26 iyun Silahlı Qüvvələr Günü var. Bu sırf hərbçilərlə bağlıdır. Bunu biz qeyd edə bilmirik. Keçmişdə 23 fevral Kişilər bayramı kimidə qeyd edilirdi. Ancaq indi məhz orduda qəhrəmanlıq göstərmiş igidlərin günüdür. Onlar üçün ayrıca gün olaraq qeyd edirik. İndi biz kişilər çıxıb deməliyik ki, qadınlar və analar günü qeyd etmək istəyirsinizsə zəhmət çəkin biz kişilərin gününüdə müəyyənləşdirin və onu da qeyd edin. Bayramlar, günlər və əlamətdar hadisələr gözəldir. İnsan təbiətin harmonik bütövlüyü üçün önəmli varlıq olsa da təbiət və ətraf mühit üçün cavabdehdir. Yaxşı olar ki, “Analar günü” yox ətraf mühitin qorunması ilə bağlı aksiyalar və günlər qeyd edilsin. Azərbaycanda “Ağac günü” və “Yaşıllaşma günü” yoxdur. İnsanlarla bağlı günləri qeyd etmək istəyən cəmiyyət hələki digər cəmiyyətlərdən geri qalır”

Fidan Həmisəyeva,

https://sherg.az/cemiyyet/260757

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir