“Azərbaycan polisi öz ənənəsinə sadiq qalaraq müstəqilliyimizi möhkəmləndirir!” – Hüquq eksperti İsmayıl Zalov

Ulu Öndər Heydər Əliyev siyasi kursunun davamçısı olan Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə Azərbaycan polisi öz ənənəsinə sadiq qalaraq müstəqilliyimizin möhkəmlənməsi, ölkədə təhlükəsizliyin təmin olunması, cinayətkarlığa qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Prezident İlham Əliyev bir qayda olaraq polisin fəaliyyətini yüksək qiymətləndirib, öz çıxışlarında Daxili İşlər Orqanlarının ölkəmizdə təhlükəsizliyin təmin olunması sahəsində göstərdiyi xidmətləri təqdir edib.
Azərbaycanın Daxili İşlər orqanları sıralarında bu gün dövlət və vətən yolunda canından keçməyə hazır olan neçə-neçə belə qəhrəman gənc polis əməkdaşı var. Onlardan bir çoxu polis orqanlarında işə yeni qəbul olunublar – özü də birbaşa nazir Vilayət Eyvazovun şəxsən iştirakı ilə baxışdan keçərək. Nazir polis sistemində işləmək istəyən hər bir gəncin fiziki hazırlığı ilə maraqlanır, onlarla söhbət aparır, yalnız bundan sonra norma və tələblərə cavab verən gənclər işə götürülürlər. Bu, bir yandan, işə qəbul zamanı tam şəffaflığın təmin olunmasına, məhz ən layiqlilərin seçilməsinə şərait yaradırsa, o biri yandan da, polis orqanlarına yeni gələn gənclərdə özünə güvən, işinə sevgi aşılayır. Ən əsası da bu yolla Azərbaycanın Daxili İşlər Orqanları üçün gələcəyin peşəkar, Vətənə və dövlətə sədaqətlə xidmət göstərəcək səviyyəli və hazırlıqlı polis əməkdaşları seçilir. Ona görə də Daxili İşlər Orqanları sıralarına qoşulan gənc polislərimiz, öz sələfləri kimi, üzərlərinə düşən məsuliyyəti dərk edir, ölkədə siyasi sabitliyin qorunması, xalqın təhlükəsizliyinin təmin olunması istiqamətində ayıq-sayıq xidmət göstərir, canla-başla Vətənin keşiyində durur, şərəfli peşələrini layiqli şəkildə yerinə yetirirlər…
Bu sözləri hüquq eksperti İsmayıl Zalov Türkiyədə hüquq müdafiəçilərinin birgə toplantısında çıxış edərkən deyib. İ.Zalov, çıxışı zamanı son dövrlər Azərbaycanda hüquq mühafizə orqanlarının apardıqları əməliyyat-axtarış tədbirlərinin yüksək səviyyədə keçirilməsinin təqdirə layiq olduğunu xüsusilə vurğulayıb. Hüquq müdafiəçisi qeyd edib ki, Azərbaycanın hüquq sistemi Avropaya örnəkdir. Çünki son dövrlər hüquq sistemində aparılan islahatlar və gənc həmçinin peşəkar kadrların irəliyə çəkilməsi əyani sübutdur.
Ölkə başçısı İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan bütün Azərbaycan gəncliyi faydalanır. Ona görə də hüquq mühafizə orqanlarının rəhbərliyi gənclərə böyük önəm verərək, kadr islahatları aparırlar. Bu gün aparılan kadr islahatlarının əyani sübutudur ki, cinayərkarlıqla mübarizədə əzmkarlıq nümayiş olunaraq, cinayətkarlar öz layiqli cəzalarını alırlar. Son bir neçə gündə Azərbaycanda özünü təşkilat rəhbəri kimi qeyd edən və “jurnalist” kimi məmurlara qənim kəsilən şəxslər hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa təhvil veriliblər.
Müstəqil hüquq eksperti olaraq, hüquq-mühafizə orqanlarının bu addımını yüksək qiymətləndirirən və təqdirə layiq hal kimi saydığını bildirən İ.Zalov söyləyib ki, bir sıra yaramaz insan vaxtında layiqli cəzalarını almayanda, onların qanunazidd fəaliyyətləri gələcəkdə böyük fəsadlara səbəb ola bilər. Ona görə, bu cür şəxslərin cəzalandırılması və qanun qarşısında cavab verməsi vacibdir. Azərbaycan cəmiyyəti bunu tələb etməkdə haqlıdır. Azərbaycan hüquqi dövlətdir və dövlətimiz qanunlarla idarə olunur.

Beynəlxalq məclisdəki çıxışının sonunda İsmayıl Zalov Azərbaycanda söz və mətbuat azadlığından danışaraq, dövlət başçısının mətbuata göstərdiyi diqqət və qayğını xüsusi ilə vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir