Lənkəran: Vilvan məktəbində tədbir: “Valideyn iclası məktəblə valideyn arasında əməkdaşlığın əsasıdır”
“Ümumməktəb valideyn iclası”
Valideyn iclasları müəllimlər və valideynlər üçün əvəzsiz toplantıdır. Burada təlim-tərbiyə prosesinin vəziyyəti, onun inkişaf etdirilməsi yolları, məktəblə valideynlər arasında əməkdaşlığı müəyyənləşdirilir. Bundan əlavə şagirdin uğurları və ya nöqsanları müzakirə olunur təhlil edilir.
07 may 2026-cı il tarixində Ə.Hüseynov adına Vilvan kənd tam orta ümumtəhsil məktəbində 2025-2026-cı tədris ilinin II yarımilin yekunu ilə bağlı “Valideyn iclası məktəblə valideyn arasında əməkdaşlığın əsasıdır” mövzusunda “Ümumməktəb valideyn iclası” keçirildi.

Tədbirdə məktəb rəhbərliyi, kənd icra nümayəndəsi Yalçın Əzimov, Valideyn Komitəsinin sədri Hacı Məhəmməd Məmmədov, komitə üzvləri, müəllimlər və dəyərli valideynlər iştirak etdilər. Məktəbin direktoru Oktay Tahirov, təlim-tərbiyə işləri üzrə direktor müavini Şəfiyulla Cəbiyev,müəllimlərdən, Ülviyyə Mənsumova, Elnarə Səbziyeva,Aypəri Məhərrəmova, Hikmət Qurbanov məktəbdə təlim-tərbiyə prosesinin vəziyyəti, onun inkişaf etdirilməsi yolları,ümumi təhsil müəssələrdə şagird davranış qaydaları, davamiyyət və punktuallıq,geyim və xarici görünüş, məktəblə valideynlər arasında əməkdaşlığın istiqamətləri, eyni zamanda, 2025-2026-cı tədris ilində IV, VI, IX və XI siniflərin diaqnostik və buraxılış imtahanların nəticələrini təhlil edərək,məktəbin uğurlarından, görülmüş işlərdən, valideynlərə ətraflı məlumat verdilər.
Eyni zamanda məktəblər üçün nəzərdə tutulmuş 4 rəngdə vahid məktəbli formaları, “Son zəng”tədbirində XI sinif şagirdlərin vahid məktəbli formasında iştirak etmələri tövsiyə olunaraq, geyim nümunələr valideynlərə təqdim olundu.
O da bildirilib ki, Ulu Öndərimiz Heydər Əliyevin 103-illik yubileyi münasibətilə keçirilən rayon məktəbliləri arasında bilik yarışmasında Vilvan məktəbi I yeri qazanıb. Bu münasibətlə qalib “Yüksəliş” komandasının şagirdləri valideyn iclasına dəvət olundular, qalibiyyət sevinci valideynlərlə bölüşülüb.
İclasda valideyn komitəsinin sədr və üzvlərin çıxışları dinlənildi. Valideynlərin təklif və iradları, bir valideyn olaraq məktəbdən gözləntiləri dinlənildi. Səmimi,mehriban,qarşılıqlı əməkdaşlıq şəraitində keçirilən görüşümüzə görə dəyərli valideynlərə minnətdarlığımızı bildiririk. Sonda valideynlər belə bir əhəmiyyətli təşəbbüs üçün rəhbərliyə təşəkkürlərini bildirdilər.

