Ümummilli Lider Heydər Əliyevin yubileyi münasibətilə Lənkəranda məktəblilər arasında bilik yarışı keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Lənkəran rayonunda məktəblilər arasında bilik yarışı keçirilib.

Tədbir Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı və Lənkəran şəhəri üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə 7 may 2026-cı il tarixində saat 10:00-da Lənkəran-Astara Regional Təhsil İdarəsinin akt zalında keçirilib.

Yarışda rayon üzrə 5 coğrafi zonanı təmsil edən komandalar iştirak etmiş, hər komanda 6 nəfərlə təmsil olunmuşdur. Təşkil olunmuş intellektual bilik yarışmasında “Yüksəliş” komandasının bütün üzvləri Ə.Hüseynov adına Vilvan kənd tam orta ümumtəhsil məktəbinin istedadlı şagirdləri təmsil edib.

İştirakçılar Ümummilli Lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti, dövlətçilik təcrübəsi və Azərbaycan tarixində rolu ilə bağlı sualları cavablandıraraq, Lənkəran məktəbləri arasında Vilvan məktəbi birinciliyi qazanaraq yüksək yerə layiq görülüb.

Ulu Öndərimizə həsr olunmuş bilik yarışmasında qalib olmaq, Vilvan məktəbiz üçün çox qürurvericidir. Məktəb şagirdləri Ulu Öndərə olan sayğısı, məhəbbəti, onun ömür yolu və siyasi fəaliyyəti haqqında dolğun biliyə malik olması onları qalib edib.

Möhtəşəm qələbə münasibətilə şagirdləri, onların valideynlərini, zəhməti olan dəyərli müəlliməri təbrik edirik.

Onu da bildirək ki, yarışmanın sonunda birinci yerə layiq olan Vilvan məktəbin təmsil olunduğu “Yüksəliş” komandası Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı tərəfindən diplom, təşəkkürnamə və qiymətli hədiyyələrlə təltif olunubular.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir