AYB katibi, tanınmış şair-mütərcim Səlim Babullaoğlu Moldovada xüsusi mükafata layiq görüldü
Oktyabrın 17-də Kişineuda (Moldova) “Quadrat” Beynəlxalq Ədəbiyyat Festivalının ikinci günü B.P.Haşdeu adına Kişineu Bələdiyyə Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin katibi, tanınmış şair, mütərcim Səlim Babullaoğlunun “Rumın yazıları” kitabının rumın ədəbi ictimaiyyəti üçün təqdimatı keçirilib.
YeniMedia.net portalı xəbəri verir ki, tədbirdə Moldova, Rumıniya, Türkiyə, Macarıstan, Slovakiya, İspaniya, Ukrayna, Bolgarıstan, İtaliyadan tanınmış ədiblər, ədəbiyyatşünas alimlər iştirak ediblər. Təqdimat tanınmış moldovalı şair, yazıçı, ədəbiyyatşünas-alim Qriqore Kiperin moderatorluğu ilə gerçəkləşib.
Tədbirin sonunda Səlim Babullaoğluna Moldova Yazı Mədəniyyəti Fondunun “Ədəbi əlaqələrə töhfələrə” xüsusi mükafatı təqdim olunub.
Mərasimdən sonra Səlim Babullaoğlu Moldova radiosuna müsahibə verib.
Nihad Əbilli





Kulis.azBizi Telegram-da izləyin
Bizi Instagram-da izləyin
Bizi TikTok-da izləyin
Bizi Facebook-da izləyin
Bizi X-da izləyin
0
0
Oxşar xəbərlər
Tanınmış müğənni İsrail hökumətinə etiraz etdi – Səbəb18:0021 oktyabr 2026“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı17:3121 oktyabr 2026Məşhur Hollivud aktyoru vəfat etdi17:3021 oktyabr 2026Xalq artisti Ramiz Mustafayevin 100 illik yubileyi qeyd olundu16:4721 oktyabr 2026Fotoqrafiya və Kino Həvəskarları Dərnəyi quruluş ildönümünü qeyd edir16:3021 oktyabr 2026Tessa Hedlinin yeni kitabı nədən bəhs edir?15:3021 oktyabr 2026
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
© 2011 – 2025 Bütün müəllif hüquqları qorunur.Ana səhifəReels

