Mahnıların bayağılaşması ilə bağlı kulturoloq-ekspert Aydin Xan Əbilovun sərt rəyi

YeniMedia.net portalının sorğusu.
– Son zamanlar bayağı sözlərə yazılan musiqiləri efirdə daha çox görürük. Hətta bəzi sinəsinə döyüb özünü məhşur sayan müğənnilərin də adları bu siyahıda var. Bəs niyə daha sanballı nəğməkar-şairlərə müraciət etmək əvəzinə ucuz və mənasız şeirlərə üz tuturlar? Ya sanballı şeirlər yazılmır , ya da ki, yazılır , amma onlara müraciət etmirlər. Bəs, sizcə, ümumi mənzərə necədir?

YYSİB sədri, yazıçı-kulturoloq, kitabxana.net – Milli Virtual Kitabxananın rəhbəri Aydın Xan Əbilovun cavabı…

Bütün zamanlarda peşəkar və həvəskar sənət növləri arasında gərgin mübarizə gedib, hətta elə vaxtlar olub ki, onlar özlərinin kəskin sərhədlərlə ayırıb, savaşa qədər mürəkkəb proseslərə çevriliblər. Elitar və küçə musiqisi, peşəkar və meydan mahnıları kimi anlayışlar da məhz buradan qaynaqlanır. Sovet vaxtı da elə isi: peşəkar bəstəkar müsiqisi nə qədər elitar və estetik idirsə, bir o qədər də xalqdan – kütlədən uzaq düşmüdü, məsələn Qara Qarayev, Fikrət Əmirov kimi dünyaşöhrətli bəstəkarların ən kiçikhəcmli mahnıları belə xalqın necə deyərlər musiqi zövqunə bata bilmirdi, odur onlar bəzən estrada mahnıları yazmağa məcbur olurdular. Avropatipli peşəkar bəstəkar musiqisinə qarşı isə bizim meydan, toy, bəsit, bozbaş, ara, məişət, həvəskar, aşıq, manıs, xanəndə, meyxanə adlandırdığımız, əslində, dünyada el musiqisi kimi dəyərləndirilən sənət istiqaməti durudu. Nə qədər təəccüblü olsa da, milli dilimizi, el havalarını, xalq ruhunu da məhz ikinci sənət növləri yaşadırdı…

Maraqlısı da o idi ki, rəsmi idealogiya bütün sahələrdə olduğu kimi, musiqidə də Avropalaşmanı – ruslaşma və sovetləşməni dəstəklədiyinə görə, yuxarıda sadaladığımız mahnı – musiqi formaları alternativ estetik-kulturoloji müqavimət formatına çevrilməkdə idi. Nümunə üçün toylarımızda oxunan mahnıları, el havalarını, eləcə də az qala milli etiraz sənət növünə çevrilən meyxananı göstərmək olar.

Amma son vaxtlar istər klassik Avropa bəstəkarlıq məktəbində, istərsə də meydan, sizin təbirinizcə ifadə etsək ara musiqi janırlarında bir aşınmanın, təkrarçılığın və mənasızlığın-məntiqsizliyin, çox hallarda isə ziyanlı tendensiyaların təzahürklərini görməkdəyik, təəssüflər olsun ki, bu hal get-gedə güclənməkdədir. İndi narkotik vasitələrin, avtoşluğun, pulun, gücun, zillətin, savaşın, hətta erotika ilə pornoqrafiyanın, maviləşmənin, məişət pozğunluğunun reklamına, şüuraltı piarına -təbliğatına ünvanlanan mahnılar millətin genetik şifrələrini dağıtmaqdadır…

Hər şeyi şou-biznes və bazar iqtisadiyyatı ilə bağlayan millətin axırı da belə bazara çevrilməkdədir. Məncə ciddi və elitar sənətə xüsusi önəm verməklə yanaşı, meydan – el musiqisinin də inkişafı ilə bağlı xüsusi mədəniyyət konsepsiyasına ehtiyac duyulur. Təəssüflər olsun ki, bu məsələ ilə ciddi məşğul olmalı AR Mədəniyyət və Turizm Nazirliyi, Bəstəkarlar İttifaqı əlini ağdan-araya vurmadıqlarındandurum belə acınacaqlı səviyyəyə düşüb… Ümumiyyətlə, mədəniyyətimizin və incəsənətimizin bu və digər məsələlərlə bağlı ölkə Prezidentin yanında xüsusi Mədəniyyət Şurasına böyük ehtiyac duyulur: orada isə minimum məmur, maksimum kulturoloq və sənətçilərin iştirakı vacibdir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir