“Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı” layihəsi: “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İB-nin eko-monitorinqi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi “Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı” layihəsi çərçivəsində 9 iyun 2026-cı il tarixdə Qobustan ərazisindəki “Bahar palçıq vulkanı”da monitorinq həyata keçirilib.

Monitorinqdə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İB-nin sədri İradə Həsənova və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Ceyhun Paşayev, eləcə də çəkiliş qrupunun yzvləri iştirak ediblər.
Təşkilat sədri İradə Həsənova layihə haqqında danişıb. Palçıq vulkanları üzrə mütəxəssis Ceyhun Paşayev məlumat verib ki, dünyada mövcud 800 vulkandan 300-dən çoxu Azərbaycan ərazisində yerləşir. Palçıq vulkanları əsasən Abşeron yarmadasında, Qobustanda və Xəzər dənizi hövzəsində yayılıb. Xüsusilə Qobustan Dövlət Tarixi–Bədii Qoruğu yaxınlığında yerləşən vulkanlar həm yerli, həm də xarici turistlərin marağına səbəb olur.

Bundan başqa məlumat verilib ki, “Bahar palçıq vulkanı” Azərbaycanın məşhur palçıq vulkanlarından biridir. Vulkan Qaradağ rayonu ərazisində, Ələt burnu yaxınlığında və Qobustandan təxminən 15 km cənub-şərqdə yerləşir. Bu vulkan dəfələrlə aktivləşmis, püskürmələr zamanı səthə böyük həcmdə palçıq və qaz çıxmışdır. Bahar vulkanı geoloqlar üçün mühüm tədqiqat obyekti olmaqla yanaşı, Azərbaycanın zəngin təbii irsinin bir hissəsi hesab edilir.

“Bahar palçıq vulkanı” Azərbaycanın unikal təbii abidələrindən biridir və ölkənin palçıq vulkanları ilə zənginliyini nümayiş etdirir. Ümumiliyyətlə, palçıq vulkanlarının ekoturizm üçün əhəmiyyəti çoxşaxəlidir. İlk növbədə bu ərazilər insanlara təbiətin nadir və fərqli görüntülərini təqdim edir. Vulkanların yaratdığı qeyri-adi landşaft turistlər üçün xüsusi maraq doğurur. Bundan əlavə, bəzi palçıq növlərinin müalicəvi xüsusiyyətlərə malik olduğu düşünülür və bu amil tibbi turizm baxımından da imkanlar yaradır.
Geniş kütlə üçün maarifləndirici çəkilişlə müşahidə olunan monitorinq zamanı ətrafdakı başqa palçıq vulkanları ilə bağlı araşdırmalar və yoxlamalar da aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir