Şəhid və qazi ailələri, Qarabağ veteranları üçün növbəti dəfə xeyriyyə tədbiri kecirildi

Dünən axşam – 12 iyun 2026 ci il tarixində növbəti dəfə şəhid və qazi ailələri, eləcə də Qarabağ muharibəsi veteranları üçün maraqlı ədəbi-mədəni məclis təşkil olundu. Xədir-Xum bayramı münasibəti ilə açılmış süfrədə, Azərbayanın haqq yolunda, müqəddəs torpaqları uğrunda həlak olmuş şəhidlərimizin adına ehsan süfrəsi verildi.
Mərasim Qurani-Kərimin – Allah kəlamının oxunuşu, Azərbaucan Respublikasının Dövlət himni və Şəhidlərimizin xatirəsini birdəqiqəlik sükütla yad etməklə başladı.
Tədbrin aparıcısı Qulam Əhməd ilk sözü tədbirin təskilatçısı, QHT sədri, ictimai xadim, qəzet və sayt rəhbəri, ilahiyyatçı Hacı Rahim İsmayilova təqdim etdi. Onun xeyir-duası, çıxışı məclisdə iştirak edən hər kəsdə şəhidlərin ruhuna dua təsiri bağışladı. Belə silsilə tədbirlərin əhəmiyyətini vurğulayan təşkilatçı hər zaman vətən rəsmilərinin yanında olduqlarını xüsusi qeyd etdi.
Daha sonra söz alanlar sırasından şəhid Ağacavadın anası Nailə Xanım, psixoloq Günel Kərimova, , kinorejissor aktiyor Əliqulu Səmədov, YYSİB sədri, kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov, hüquqşunas Zaur Quliyev, ictimai fəal Ceyhun Suleymanov, tanınmış jurnalist Əfsanə Nəbiyeva, şəhid ataları və qazilərin çıxışları məclisə ayrı bir gözəllik gətirdi. Şair Məhərrəm Orucovun yeni işıq üzü görmüş iki kitabı şəhid valideyinlərinə və qazilərə bağışlandı, eyni zamanda tədbir iştirakçılarına müxtəlif hədiyyələr təqdim olundu.
İctimai xadim, araşdırmaçı publisist, “MENTALİTET” Sosial-Mənəvi Dəstək İB sədri, “Mədəni-Niyyət” qəzeti ilə Yenideyer.az saytının təsisçi və baş redaktoru, ilahiyyatçı Hacı Rahim İsmayılovun təşkilatçılıqı ilə reallaşdırılan tədbirdə məclis sahibləri tərəfindən müxtəlif ictimai fəallara, jurnalistlərə, hüquqşünaslara duplomlar hədiyyələr təqdim olundu.
İctimai xadim Rahim İsmayılov çıxışında Qədir-Xum hadisəsinin tarixindən danışaraq İmam Əli (ə) şərəfli həyatından söz açıb, fəzilət dolu kəlamları ilə hər kəsi duyğulandırıb.
Məclis daha sonra ilahi musiqilər sədası altında şəhidlərə ehsan süfrəsi formasında davam etdirilib.

“Mədəni-Niyyət” qəzeti və Yenideyer.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir