İnsanlığın ən böyük dərdi — ölüm. Sənubər Səhər yazır


Həyatın xoş günlərindən nə qədər həzz alsaq da, hamının bu dünyadan köçəcəyinə razılaşmaqdan başqa çarə olmasa da, bu köç karvanına əzizlərimiz qoşulduqda hər birimiz fərqli dövrlərdə, yaş içində dərd çəkirik.

Xoş günlər geri qayıdır, amma yaraların ağrısı o günlərə kölgəsini itirmir.

Səbr və zaman insanlığın ən böyük yardımçısı olsa da, ayrılıqlara, dərdlərə, ağrılara inanılmaz dözüm və süqut bəxş etsə də, zərbələrin izi heç vaxt tam silinmir. Onların sızıltısı qəlblərin tam xoşbəxtliyə yolunu kəsir.

Amma yenə yaşayırıq, sevinirik də, gülürük də.

Bir çoxları buna arsızlıq deyir. Qoy desinlər. Necə olduğumuzu görən Allah var. Ona şükür edək — dərdli insanları belə güldürür, dəli olmağa qoymur. Məncə, elə dəlilər ən xoşbəxt adamlardır. Dərd çəkmirlər, ancaq dərd verirlər — əlbəttə ki, onları anlamayanlara.

Bu günlərdə dünyasını dəyişmiş Rasim Balayevə vaxtilə psixoloji xəstəxanada müalicə alarkən dahiyanə rol vermişdilər və o sağalmışdı.

Dərdlərin çarəsini verən Allahdır, amma insanların əli, ağlı ilə…

Qəlblərin şəfası isə öz əlimizdədir — inanclarımız, öyrəndiklərimiz, Allahın bəxş etdiklərinə etibarımız, mənəvi gücümüz, səbrimiz. Bəli, insanlığın ən böyük dərdi olan ölümü əbədilik anlayışı ilə sakitləşdirən, imtahan dünyalarının sonuna şükür edən hisslər qəlbləri qoruyur.

Qəlblərimiz səbr, şükür, gözəl arzular, iş və yaratmaq duyğuları ilə bizi yaşatsın.
Pisliklərə orada yer olmasın, nolaar, dərdlərə də…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir