Zəlzələ zonalarında tikinti ekoloji baxımdan necə planlanır? QHT sədri İradə Həsənova yazır
Zəlzələ riski olan ərazilərdə tikinti yalnız seysmik dayanıqlıqla məhdudlaşmır.Müasir yanaşma həm də ekoloji təhlükəsizlik, dayanıqlı inkişaf və təbii sistemlərin qorunması prinsiplərinə əsaslanır.Bu, xüsusilə seyysmik baxımdan aktiv olan Azərbaycan kimi ölkələr üçün aktualdır.
Ekoloji planlaşdırma torpaq seçimi ilə başlayır. Zəlzələ zonalarında ekoloji tikinti planlaması qırılma xətlərindən uzaqda dayanıqlı zəmin seçmək, torpaq sürüşməsi və erroziya riski qiymətləndirilir və yeraltı su qatlarının vəziyyəti araşdırılır, modul/yüngül strukturlardan istifadə etməklə,eyni zamanda yerli materiallardan istifadə etməklə və enerji səmərəliliyini təmin etməklə ekoloji cəhətdən təmiz, fəlakətlərə davamlı şəhərlər yaratmaq məqsədi daşıyır. Dayanıqlı və təhlükəsiz yaşayış məntəqələrinin qurulması üçün təbii landşaftlar qorunmalı, enerji itkiləri azaldılmalı və maddi tullantılar minimuma endirilməlidir. Zəif, bataqlıq və ya sürüşkən torpaqlarda tikinti həm seysmik, həm də ekoloji risk yaradır.
Seysmik zonalarında yüngül, elastik və enerjiuducu konstruksiyalardan, aşağı karbon emissiyalı tikinti materiallardan və təkrar emal edilə bilən komponentlərdən istifadə edilməlidir. Bu həm zəlzələ zamanı dağıntını azaldır, həm də ətraf mühitə təsiri minimuma endirir. Zəlzələ zonasında yalnış planlaşdırma əlavə fəlakətlərə səbəb ola bilər.Belə ki, meşələrin kütləvi qırılması torpaq sürüşməsini artırır, yamaclarda həddindən artıq tikinti erroziyanı sürətləndirir və sahilyanı zonalarda qeyri-düzgün tikinti su ekosistemlərinə zərər vurur.Ekoloji yanaşma təbii baryerləri – yaşıllıqları, torpaq örtüyünü və su hövzələrini qorumağı tələb edir.Buna görə də zəlzələ zonalarında meşələrin yaşıllıq zonalrının qorunması mühüm əhəmiyyət kəsb edir.Bitki örtüyü torpağı möhkəmləndirir,sürüşmə riskini azaldır və su balansını tənzimləyir.
Müasir şəhər planlaşdırmasında seysmik risk xətləri hazırlanır, əhalinin sıxlığı risk zonasına görə tənzimlənir, açıq və təhlükəsiz sahələr nəzərdə tutulur. Məsələn, Yaponiya bu sahədə həm seysmik, həm də ekoloji standartları birləşdirən ən qabaqcıl modellərdən birini tədbiq edir.
Zəlzələ zonasında planlaşdırılan şəhərlərdə açıq meydanlar, təxliyyə yolları və fövqəladə toplanma sahələri nəzərdə tutulur. Bu yanaşma həm insan təhlükəsizliyini təmin edir, həm də sıx tikililərin ətraf mühitə mənfi təsirini azaldır. Zəlzələ təkcə tikililəri deyil, ətraf mühiti də zədələyə bilər.Dağıntı tullantıları, sızan kommunikasiya xətləri və sənaye obyektlərindən yayılan çirkləndiricilər torpaq və su ehtiyatlarını təhlükə altına qoyur.Buna görə də fövqəladə hallara hazırlıq planlarında ekoloji bərpa mexanizimləri mütləq yer almalıdır. Zəlzələdən sonra dağıntı tullantılarının idarə olunması, torpaq və suyun çirklənməsinin qarşısının alınması və yaşıl zonaların bərpası ekoloji planlamanın əsas hissəsidir.
Zəlzələ zonasında tikinti, sadəcə, möhkəm bina inşa etmək deyil. Bu, geoloji, ekoloji və sosial amillərin birlikdə nəzərə alındığı kompleks yanaşmadır. Düzgün planlaşdırma insan həyatını qoruyur, ətraf mühiti zərərdan saxlayır və şəhərin uzunmüddətli dayanıqlığını təmin edir.
Ümumiyyətlə, zəlzələdən sonrakı riskləri azaltmaq üçün yaşıllıq sahələri artırılmalı və fəlakətlərin toplaşdığı ərazilər ekoloji cəhətdən dizayn edilməlidir. Müasir dvrdə təhlükəsiz şəhər anlayışı artıq möhkəm beton divarlarla deyil, elmə əsaslanan, ekoloji cəhətdən düşünülmüş qərarlarla formalaşır.
İradə Həsənova
Səma və Eko Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri

