“Su ehtiyatlarının azalması həm enerji təhlükəsizliyinə, həm də qlobal sabitliyə ciddi təhdiddir” – QHT sədri İradə Həsənova

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova portalımıza açıqlamasında Yaxın Şərq və Afrika kimi həssas bölgələrdə su ehtiyatları uğrunda rəqabət artıq münaqişə risklərini artırır.

Onun sözlərinə görə, dünyanın şirin su ehtiyatlarının 70%-dən çoxunun kənd təsərrüfatında istifadə olunması, üstəlik zəif idarəetmə və israfın geniş yayılması vəziyyəti daha da ağırlaşdırır:

“Dünyanın şirin su ehtiyatları nəinki azalır, həm də çirklənir. Biz su qıtlığının həlli yolları ilə bu tendensiyanı dayandırmalıyıq. Su qıtlığı yaşayan ölkələr və yaxın gələcəkdə su qıtlığı ilə üzləşən ölkələr üçün təcili tədbirlər görülməsi çox vacibdir. Həm yerli, həm də qlobal səviyyədə su ehtiyatlarından səmərəli istifadə çox vacibdir. Hökumətlərin görə biləcəyi tədbirlərlə yanaşı, fərdi tədbirlər həyata keçirilməlidir.. Məsələn çimərkən və ya istifadə edərəkən su israfına yol verməmək,evlərdə sudan düzgün istifadə etmək,həyət evlərində ağacları içməli su ilə deyil texniki sudan və ya kiçik su anbarları düzəldərək yaxış sularını həmin anbarlara toplayıb istifadə etmək və buna bənzər bir çox tədbirlər su qıtlığı ilə mübarizə üçün fərdlər tərəfindən həyata keçirilə bilər”.

QHT sədri vurğulayıb ki, su israfından qaçınmaq həm ekoloji davamlılıq, həm də həyat keyfiyyətinin qorunması üçün həyati zərurətdir. Dünyanın istifadə edilə bilən şirin su ehtiyatlarının əksəriyyəti sürətlə tükəndiyi halda, ehtiyatsız istehlak bu prosesi sürətləndirir:

“Ona görə də ölkəmizdə və bütün dünyada su ehtiyatlarından səmərəli istifadə hər gün daha da aktuallaşır. Qeyri-adekvat infrastruktur su tullantılarına səbəb olur. Bunun qarşısını almaq üçün infrastruktur işlərinə üstünlük verilməli və kifayət qədər gücə malik sistem qurulmalıdır. Müxtəlif enerji mənbələrinə keçməklə su sərfiyyatını azaltmaq olar. Bundan əlavə, alternativ su mənbələrinə müraciət etməklə davamlı su ehtiyatları yaradıla bilər. 2 milyard insanın çirkli su içdiyi, 700 milyon insanın su qıtlığından əziyyət çəkdiyi və 2050-ci ilə qədər dünya əhalisinin təxminən yarısının su stressi yaşayacağı bir dünyada yaşayırıq. Dünyanın və öz gələcəyimiz naminə daha çox insanın su qıtlığı ilə bağlı maarifləndirmə işinə dəstək olma lazımdır. Vətəndaş cəmiyyəti olaraq su qıtlığının səbəbləri, onun nəticələri və təsirləri kimi məsələləri prioritetləşdirməliyik və su qıtlığındakı payımızı azaltmaq üçün fərdi tədbirlər görməliyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir