Koreyalı türkoloq İn Kyünq O: Bizi birləşdirən keçmişdən gələcəyə…

Azərbaycana türkologiyanın önəmli mərkəzi kimi səfər edən koreyalı türkoloq
xanım İn Kyünq O (Eun-Kyung О) öz vətənindəki tanınmış Hankuk Universitetinдя xarici dillər üzrə təhsil alıb. Cənubi Koreya Respublikasında Türkiyə ədəbiyyatı, eləcə də Ankaradakı Hacıtəpə Milli Universitetində komparativistika (müqayisəli ədəbiyyatşünaslıq: müxtəlif milli ədəbiyyatlar arasındakı əlaqələri təhlil edən, həmçinin ədəbi oxşarlıq, üslub, süjet bənzərliyini öyrənən elm) ixtisaslarыnda, magistr və fəlsəfə üzrə filologiya doktoru alimlik dərəcəsi alıb.
Daha sonra Ankara universitetинdəki Koreya ədəbiyyatı departamentinin professoru seçilib, eyni zamanda, “Munhvva” radiokanalının Türkiyə üzrə müxbiri, Koreyaşünaslıq
Akademiyasında, Koreya və Sonqyünqvan Universitetlərində müxtəlif vəzifələrdə çalışıb.
Özbəkistanda, Əlişir Nəvai adına Akademiyada elmlər doktoru və professor dərəcəsinə layiq görülüb. Nizami adına Daşkənd Dövlət Pedaqoji Univеrsitetinin Koreya kafedrasında professor kimi çalışıb. Hazırda Donqduk Qadın Universitetinin Humanitar kollecinin professoru işləyir.
Eyni zamanda YUNESKO-nun Asiya Sakit Okean Mərkəzinin qeyri-maddi mədəniyyət irsi üzrə mütəxəssisi kimi çalışıb, eləcə də Koreya Araşdırmalar Fondunun əməkdaşıdır.


İn Kyünq Onun elmi əsərləri əsasən “feminist tənqidə” aiddir: “XX əsr romanlarında Türkiyə
və Koreya qadınları” (2005, türkcə), “Türkiyədə Koreya müharibələrinə aid ədəbiyyatlar”
(2005, türkcə), “Pərdə arxasındakı qadınlar və İslam” (2006, Кoreya dilində), “Koreya və
Özbəkistan arasında müqayisəli epik tədqiqatlar” (2014, özbəkcə), “ İslam ölkələrində qadın
həyatı” (2015, Кoreya dilində) və başqa kitabların müəllifidir.

Türkkiyəli yazıçılarından Yaşar Kamal, Hakan Günday, Murad Tüncel və başqalarının romanlarını, hekayələrini Кoreya dilinə tərcümə edib.
Koreya şairi Ko İnin poeziya kitabını və şeirlər antologiyasını, eyni zamanda başqa ədiblərin
əsərlərini türkcəyə çevirib. Türk, özbək, ingilis dillərində sərbəst danışır.
Son illər türkologiya sahəsi üzrə araşdırmalarını davam etdirir, türksoylu ölkələrə elmi səfərlərə gedir…

– Xanım İn Kyünq Azərbaycana xoş gəlmisiz. “Ədəbiyyat qəzeti”nin redaksiyası adından sizi
salamlayırıq. Sizi Bakıda görməyə çox şadıq.

– Çox təşəkkür edirəm. Gözəl məmləkətinizə səfərdən çox məmnunam və mənim də salamlarımı əməkdaşlarınıza, oxucularınıza çatdırmağınızı xahiş edirəm.

– Mən istərdim ki, söhbətimizi qədim ölkəniz barədə, onun tarixi, ədəbiyyatı, eləcə də
ölkələrimiz arasındakı tarixi-mədəni, elmi-ədəbi münasibətlər haqqında tanışlıq xarakterli
məlumatlarla başlayaq.

Ölkəmizin tarixən yerləşdiyi coğrafi ırazi və geosiyasi şəraiti elədir ki, mütəlif xalqların mədəniyyətlərinin təsiri altına düşməli olub. Tədqiqatçıların qənaətinə görə,
7-8 min il bundan əvvəl Altaydan köç edib gələn koreyalılar tarixi qədim və
zəngindir. Çin, Hindistan və Yaponiya mədəniyyətinin təsirləri hiss olunsa da, Altay, qədim
türk, şamanizm və göy tanrıçılığın izləri mədəniyyətimizdə, düşüncəmizdə hələ də
qalmaqdadır…

– Altaydan dünyanın bir sıra yerlərinə səpələnən etnosun iki qolu olaraq Koreya və Azərbaycan xalqaları arasındakı oxşar və fərqli cəhətlər dövrümüzdə çoxmu nəzərə çarpır?

– Sizin dediyiniz kimi, mən də bir çox tədqiqatçıların kökü Altaya gedib çıxan koreyalılarla
türklərin eyni etnosdan olduğu qənaətlərini bölüşdüyümə görə türkologiyanın bu istiqamətində tədqiqatlara başladım. İki il bundan əvvəl bu məqsədlə Altaya getdim, Rusiyanı, Monqolstanı, Çini, daha sonralar Türkiyəni, Orta Asiya respublikalarını gəzdim, müəyyən tədqiqatla apardım.
Altay dil qrupuna aid xalqların türkcələrini araşdırdım və bir sıra maraqlı qənaətlərə gəldim.
Dünya dilçilərinin gəldiyi ümumi fikirlərə görə, Koreya dili Altay dil qrupundan ayrılaraq
müstəqil inkişaf etməsini tarixi səkkiz min il bundan əvvələ gedib çıxır. Məhz buna görə də
dillərimiz arasında çox böyük fərqlər yaranmış, coğrafi uzaqlıqlara görə isə müxtəlif
istiqamətlərdə inkişaf etmiş, hətta fərqli əlifba və lüğət qatlarına yiyələnmişdir.

Vurğulamaq istəyirəm, Кoreya dilində hələ də ən qədim türk sözlər qalır. Müqayisəli tədqiqatlar aparsaq, istər dilлярimizin söz qatlarında, istərsə də folklor, ədəbiyyat, mədəniyyət, hətta inancməsələlərində ortaq cəhətlərimizi görə bilirik. Son illər yaranan və möhkəmlənən iqtisadi-siyasi, ictimai-mədəni münasibətlər исə bu yaxınlığı daha da sürətləndirir. Мənim də türkologiyayla ciddi məşğul olmağımın əsas səbəblərindən biri də məhz bu doğmalıqlardır.
İki millət arasındakı oxşar cəhətləri tədqiqata cəlb etməklə xalqlarımızын qarşılıqlı
münasibətləriни daha da dərinləşdirmək mümkündür.

– Türksoylu xalqlar arasında Koreya ilə bir çox mənalarda oxşar taleyə malik millət,
fikrimcə, Azərbaycanlılardır. Həm Koreya, həm də Azərbaycan müəyyən qlobal tarixi proseslərə görə iki yerə bölünüb. Güney və qüzeyə parçalanma istər-istəməz hər iki xalqın tarixində, ədəbiyyatında, humanitar-mədəni, ictimai-ədəbi düşüncəsində özünü göstərir…

– Siz çox həssas məsələlərə toxunursuz. Doğrudan da hər iki xalq parçalanmadaн əziyyət
çəkdiyinə görə onларын son iki əsr tarixlərində bunun güclü izlərini görmək mümkündür.
Ta qədimdən bizim kökümüz eynidir, sonralar oxşar tarixi taleyə sahib olduğumuzu bir daha
xatırladaraq, ayrı-ayrı coğrafi məkanlarda yaşasaq da, ədəbi-mədəni düşüncəmizdə ayrılıq,
parçalanma, yadellilərin işğalı kimi problemlər xalqlarımızın oxşar tərəflərindən xəbər verir. Bu
bölünmə ədəbiyyatlarımızda da, düşüncəmizdə də öz izlərini buraxыb. Иki millətin
münasibətləri dərinləşdikcə, güman ediəm belə taleyüklü məsələlərin də araşdırılmasına xüsusi önəm veriləcək. Aramızda ortaq məxrəcləri tapıb Türk dünyası, Altay dünyasına aid xalqların və ölkələrin daha da yaxınlaşmasına töhfələrimizi verməliyik.

– Vaxtilə Koreya ədəbiyyatına marağım olub və hətta sizin qədim poeziya nümunələrinizə aid əsərləri ruscadan tərcümə edərək “Ədəbiyyat qəzeti”ndə çap etmişəm. Bir-iki nümunəni çıxmaq şərtilə ölkəmizdə Koreya ədəbiyyatı, folkloru demək olar ki, çox az tanınır…

– Düz buyurursuz, əslində Koreyada da Azərbaycan ədəbiyyatı çox təbliğ olunmayıb. Bizim
çox qədim və zəngin ədəbiyyatımız, pоeziyamız və folklorumuz var. Elə Azərbaycan
ədəbiyyatının da zəngin ənənələrə malik olduğunu bilirəm. Koreya xalq ədəbiyyatı, ağız
nümunələrimiz daha tez yazıya alınıb. Ta qədimlərdə Çin, daha sonra milli əlifbamızla folklor
nümunələrimiz, eləcə də şair və yazıçılarımızın əsərləri yazıya köçürülüb. Daha sonrakı
mərhələlərə diqqət yetirəndə, bizdə də sizdəki kimi ədəbiyyatın inkişafı müxtəlif mərhələləri
keçib. On doqquz və iyirminci əsrlərdə isə Qərb modern estetikasına cavab verən çağdaş
Koreya söz sənəti nümunələri yaradılmağa, çoxsaylı hekayələr, romanlar, dramlar yazılıb. Bir
sıra tanınmış mütəfəkkirlər, yazıçı və şairlərimiz Koreya ədəbiyyatının fundamental
nümunələrini yaradıblar.

– Hətta deyilənlərə görə, bizim “Koroğlu” eposuna bənzər qəhrəmanlıq dastanlarınız da var…

– Bir o deyil, dərinə varsaq, ağız ədəbiyyatlarımızda bir-birinə ruhən yaxın çoxsaylı əsərlərlə
rastlaşa bilərik…

– Necə oldu ki, məhz türkologiya sahəsinə həvəs göstərməyə başladınız?

Bu, uzun bir həyat hekayəsidir. Mən lisey tələbəsi olarkən, Koreyada türk dünyası, Türkiyə,
türk məmləkətləri, Azərbaycan haqqında bilgilər çox az idi. Altay dil qrupuna aid edilən
xalqların tarixi, mədəniyyəti haqqında isə məlumatlar, demək olar, yox idi. Biz o zaman Qərb,
Avropa və Rusiya kimi ölkələrin ədəbiyyatını tanıyırdıq, onların yazıçılarının kitabları dilimizə
çevrilib böyük tirajla Koreyda nəşr olunurdu. Amma heç bir türk xalqının ədəbiyyat nümunələri
Koreya dilinə tərcümə olunmurdu, türkdilli yazarлар tanımırdıq, onların kitabları
yayımlanmırdı. Мən ali təhsil almaq istəyəndə, Türkiyə universitetlərinə üz tutdum. Daha
sonralar Özbəkistanda təhsilimi davam etdirdim. Koreyada o zaman bir universitetdə türk
ədəbiyyatı və dilini öyrənən bölüm vardı. Fəqət mən daha geniş bilgilər istəyirdim, odur ki,
Türkiyəyə üz tutdum. Burada türk dünyasını, onun mədəniyyətini və ədəbiyyatını öyrəndim,
Koreya mədəniyyətini, söz sənətini dost ölkədə təbliğ etdim. Dili öyrənəndən sonra qarşılıqlı
ədəbi tərcümələr etdim, türkologiyaya aid elmi kitablarım, məqalələrim işıq üzü gördü, çoxsaylı televiziya və radio verilişlər hazırladım. Beləcə türkologiyaya olan marağım daha
sonra dərin bir məhəbbətə çevrildi və onda anladım ki, biz bir ananın fərqli inkişaf edən iki
övladıyıq…

Yeri gəlmişkən, bizdə Azərbaycan-Koreya Mədəniyyət təşkilatı fəaliyyət göstərir, eləcə də
Bakı Dövlət Universitetində Koreya ədəbiyyatı və dili bölümü var. Sizdə də oxşar qurumlar
varmı?

– Düzünü desəm, bu istiqamətdə fəaliyyət göstərməyə indi başlayıb. Мən çalışdığım universitetdə Asiya türkoloji mərkəzini yaratmaq istiqamətində işlər aparıram.
Ölkəmizdə görüşdüyüm dövlət adamlarına bu məsələnin aktuallığını çatdırmağa çalışıram.
İnanıram ki, yaxın vaxtlarda bu yöndəki fəaliyyətimizin səmərəsini görəcək və Koreyada güclü
bir türkoloji mərkəz yarada bilərik.

– Azərbaycan ədəbiyyatı sizin ölkədə tanınırmı? Hansı yazıçı və ya şairimiz Koreya dilinə
tərcümə olunub?

– Təəssüflər olsun ki, Azərbaycan ədəbiyyatı ölkəmizdə az tanınır və indiyəcən geniş təbliğ
olunmayıb. Şəxsən mən Nizami Gəncəvi haqqında bir araşdırma yazısı hazırlamaq fikrindəyəm.
Çağdaş yazarlardan Vaqif Sultanlının bir hekayəsini koreyaca çevirib “Asiya” dərgisində çap
etdirdiм. БBir neçə il bundan əvvəl Koreyada Azərbaycan filmləri festivalı keçirildi,
tanıtım məsələsi elə də güclü təşkil olunmamışdı. Bundan sonra çalışacağıq ki, bu istiqamətdə
müxtəlif layihələr həyata keçirək.

– Söhbətimizi yekununda sizə təşəkkürlərimizi bildirir, Azərbaycan oxucularına ürək sözlərinizi eşitmək istərdik.

– Vaxtilə Altay dil qrupundan yola çıxaн Koreya və Türk dünyası xalqlarının indiki zamanında
“İpək yolu” mədəniyyət yaxınlığına xüsusi önəm verməliyik. İstərdim ki, bir- birimizin ədəbiyyatını, mədəniyyətini öyrənək, dəyərlərimizdən bəhrələnək. Təkrarən gözəl
Azərbaycana qayıtmaq, bu xalqı daha dərindən öyrənmək istərdim…

Söhbətləşdi (Türkcə): Aydın Xan Əbilov

Bakı, 2016

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir