Azərbaycan universitetlərinin mənasız reytinqi barəsində. Fərhad Mehdiyev yazır

Uzun illər təhsil sektorunda işləmişəm. Ali təhsilin nə olduğunu, necə aparıldığını, o sahənin xüsusiyyətlərini kifayət qədər yaxşı bilirəm.
Universitetlətin etibarlı reytinqi tələbənin həmin universtiteti seçməsi nisbəti ilə olmur. Etibarlı reytinq universitetin akademik personalılnın elmi işləri, yaradıcılıq fəaliyyəti ilə ölçülür. Sanballı universitetlər öz müəllimlərinin elmi tədqiqatları üçün həvəsləndirmə siyasəti həyata keçirir.
Halbuki baxırsınız ki, bizdə müəllimlərin 90% saat-hesablı olan özəl bir universitet hansısa formada reytinqə daxil olur. Adını çəkmək istəmirəm. Ümumiyyətlə öz kitabları, tövhələri ilə tanınmayan və ciddi ştatlı akademik personalı olmayan hansısa universitet “reytinqə” ümumiyyətlə yaxın durmamalıdır.
“Məktəb” məsələsi: bəzi universitetlərdə güclü bəzi kafedralar olur və onlar “məktəb” kimi bilinir. Həmin kafedralarda tanınmış, elm və sənaye dünyasına təsirləri olan professorlar toplaşır. Məsələn bir vaxtlar BDU-da güclü riyaziyyat və fizika “məktəbləri” vardı, məşhurdular, indiki vəziyyətlərindən xəbərim yoxdur.
Qrantlı tədqiqatlar: Azərbaycanda hansısa universitetin kimya, biologiya, tibb, mühəndislik fakültələrinə hansısa şirkət qrant ayırıb ixtira tapması üçün sifariş veribmi? Eşitməmişəm. BP bir neçə universitetdə labaratoriya qurulması üçün pul ayırıb ki, gedin bari laborant yetişdirə bilin, onlar da bəlkə 30 il sonra dünyaca tanınan tədqiqatçı oldular.
Maddi-texniki bazaya gəldikdə, bu da naxoş vəziyyətdədir.
İndi mənə deyin görüm, Qərbi Kaspi Universitetinini hansı göstəricisinə görə dünya reytinqinə salmaq mümkündür? Universitet adından hansı kitab, dərslik, məqalə çıxarıblar, hansısa güclü “məktəbi” varmı?
BANM: gözləyirəm ki yeni bir sürtgü yağı ilə bağlı ixtiranız olsun. (Məsələn).
Texniki universitet: startup-larınız gəlsin.
Ümumiyyətlə SSRİ-dən qalma pis ənənə ilə, universitet kafedralarında elmi-tədqiqat işinə fokuslanma yoxdur, əsas fokuslanma tədrisə yönəlir. halbuki “research university” mahiyyətində olmayan bir universitet Qərbdə hansısa reytinqə, rankingə girə bilməz.
Bunlara görə, xahiş edirəm ki bundan sonra bəlkə 2-3 il “filan Azərbaycan universiteti dünya reytingində ilk 500-də yer tutdu” söhbətlərini qutarın.
Siz mənə kafedradakı ştatlı müəllimlərinin universitet nəşri kimi ya da öz adlarından yazdıqları kitabları göstərin, sonra danışarıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir