Etnoqrafik alım Qəmərşah Cavadov: əsrə bərabər faydalı intellektual ömür. Leyla Məcidova yazır

Etnoqrafik biliklərin toplanması artıq qədim dövrlərdə qonşu və uzaq xalqlarda marağın yaranması ilə baş vermişdir. Qədim Şərq padşahlarının kitabələrində, İncildə və başqa mənbələrdə bir çox tayfa və xalqların adı çəkilmiş, onların nümayəndələrinin təsvirləri sənət abidələrində qorunub saxlanılmışdır. Digər xalqların və onların həyat tərzinin ardıcıl təsvirləri yunan müstəmləkəçiliyi və yunan-Roma işğalları sayəsində coğrafi üfüqləri genişlənən qədim müəlliflər (Herodot, Ksenofont, Böyük Pliniy, Tasit) tərəfindən tərtib edilmişdir.
Xalqımızın qədim tarixinin, zəngin etnik-mədəni sisteminin öyrənilməsi XX əsrin ikinci yarısından etibarən daha geniş xarakter almışdı. Bu sahədə sistemli araşdırmalar apararaq adət -ənənələrimizin, sosial həyatımızın hərtərəfli tədqiqinə töhfələr verən etnoqraf alimlərdən biri də müasir Azərbaycan etnoqrafiyasının inkişafında böyük xidmətləri olmuş professor Qəmərşah Cavadovdur.
Qəmərşah Cavadov 1938-ci il fevralın 23-də Quba rayonunun Aydınkənd kəndində doğulub. Atası müharibədə həlak olub və 5 əmisi müharibədən qayıtmayıb.Qəmərşah Cavadovun uşaqlığı ağır illərə təsadüf edib,çox acınacaqlı günlər keçirdib.Xatirələrindən bəhs edərək söyləyirdi ki,beş ananın tək oğul övladı idim qaygıma qalsalarda,müharibə və atasızlığım mənim uşaqlığımı məhf etmişdi.
1956-cı ildə orta məktəbi bitirən Qəmərşah Cavadov Azərbaycan Dövlət Universitetinin (BDU) tarix ixtisasında ali təhsil alıb. Bir müddət təyinatla Dəvəçi (indiki Şabran) rayonunun Aygünlü kənd məktəbində işləyib.
Azərbaycan etnoqrafiyasında bir çox problemlərin tədqiqi bilavasitə onun adı və elmi yaradıcılığı ilə bağlıdır. Alim monoqrafiyalarında və məqalələrində etnik xüsusiyyətlərin göstərilməsi ilə kifayətlənməmiş, həm də onların müəyyən sosial-iqtisadi şəraitdə perspektivlərini araşdıraraq müasir ictimai elmdə mühüm əhəmiyyət kəsb edən nəticələr əldə etmişdir. Qəmərşah müəllim həddən artıq vətənpərvər insan idi. Moskva, Sankt-Peterburq, Qroznı, Lvov, Almaata, Minsk, Nalçik və başqa şəhərlərdə keçirilən ümumittifaq sessiyalarda, beynəlxalq elmi konfranslarda yüksək səviyyədə məruzələri, elmi araşdırmaları, tapıntıları ilə doğma xalqını ləyaqətlə təmsil etmişdi.
Tədqiqatları Azərbaycanda etnomədəni və etnososioloji proseslərin öyrənilməsinə həsr olunmuşdur. Ömrünün 40 ildən artıq bir dövrünü tarix və müasir etnoqrafiyanın müxtəlif məsələlərinin öyrənilməsinə həsr edən alim 350-ə yaxın elmi məqalə və 11 monoqrafiyanın müəllifidir. “XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın əkinçilik alətləri”, “Azərbaycanda əkinçilik mədəniyyəti,ənənələr və müasirlik”, “Əkinçilik mədəniyyətimizin sorağı ilə”, “Xalq təbabətimiz məişətimizdə” funtamental əsərləri elmi ictimaiyyət tərəfindən maraqla oxunur.
Qəmərşah müəllim tədqiqatlarında həmçinin respublikamızın ərazisində məskunlaşmış azsaylı xalq və etnik qrupların da apardığı araşdırma sahəsində rolunu ortaya qoyub. Etnoqraf alim topladığı müxtəlif mövzulu materialları dövri mətbuatda da dərc etdirərək daha geniş ictimaiyyətə çatdırılmasına nail olub.Onun 2004 cü ildə Elm nəşriyyatı tərəfindən çap olunan 615 səhfəlik Azərbaycanın qədim etnoslarından sayılan talışların tarixi-etnoqrafiq və sosialoji araşdırılmasına həsr edilmiş ilk “Talışlar”monoqrafiyası ictimayyət tərəfindən müsbət qarşılanmışdır.Qəmərşah müəllim Cənub bölgəsini qarış qarış gəzərək,gərgin əməyin nəticəsi kimi bölgədə yaşayan insanlarla yaxından tanış olmuş və onların tarixi,etnoqrafiq,demoqrafiq baxımdan tədqiqata cəlb etmiş,təsadüfi deyildi ki,Talışların Azərbaycanda sayı,onların təsərüffat məişəti,maddi və mənəvi mədəniyyəti,ailə məişəti problemlərini monoqrafyada araşdırmışdır.Bu gün Azərbaycan etnoqrafik rəngarəngliyi ilə seçilir. Onun ərazisində Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar kimi etnik qruplar yaşayırlar. Qanun mənşəyindən, milliyyətindən, dinindən və dilindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Professor Qəmərşah Cavadov “Azərbaycanın azsaylı xalqları və milli azlıqları ”monoqrafyasında Azərbaycanda yaşayan azsaylı xalqların etnik mənzərəsini canlandırmaqla,elmi ictimayyətə tarixi faktlarla geniş məlumat vermişdir.
Lənkəran Dövlət Universitetində uzun illər dərs demiş tanınmış tədqiqatçı,peşəkar etnoqraf kadrların yetişməsi üçün hər zaman səylər göstərib, faydalı məsləhətləri və tövsiyələri ilə onları düzgün istiqamətləndirməkdən heç zaman çəkinməmişdir.Danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Müəllimlik şərəfli peşədir, çünki o, öz həyatını xalqın gələcəyinə həsr edir.90-cı illər xalqımız üçün də agır illər olsada,bölgələrdə baş verən hərc-mərclik,hakimiyyət davası,müəllimi heçnə sevdiyi peşəsindən çəkindirmirdi. Qəmərşah müəllimdə həmişə məsuliyyətlə tələbələrinin qaygısına qalır,imkansız tələbələrə əl tuturdu,onların gələcək nəsil üçün sağlam tərbiyə olunmasında həlledici rol oynayırdı.Mənim elmə həvəsim məhs Qəmərşah müəllimin dəstəyi sayəsində olub. Təsadüfi deyildir ki,məni övladları qədər sevirdi.Bu sevgi onu göstərir ki,hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var.Qəmərşah müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmişdi.Yaxşı yadımdadır Qəmərşah müəllim həmişə imtahan bitəndən sonra auditoryadan çıxıb,tələbələrdən narahatlığla ilk soruşduğu kəsilən yoxdur sualı olurdu.Həmişə tələbələrlə həmsöhbət olub,onların problemləri ilə maraqlanırdı.Çantasından yola götürdüyü yeməyi belə tələbələrlə bölüşürdü. Bir insanın həqiqi sərvəti bu dünyada etmiş olduğu yaxşılıqlardır. Hər birimizin vicdan borcu ömrümüz boyu öz müəllimimizin əziz xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşatmaqdır.

Şərəfli bir ömür yaşadız ustad,
Hər zaman zəhmətlə,alın təriylə.
Elmə işıq salıb öz ziyanızla,
Günəş tək bərq vurduz hər yana ustad.

Anırıq könüldən gələn sevgiylə,
Layiqsiz daima böyük hörmətə.
Bir ömür yaşadız vüqarlı dağ tək,
Vətənə eşq ilə ,sədaqət ilə.

Keçsədə nə qədər illər yenədə,
Sizi məhəbbətlə xatırlayarıq.
Sizin keçdiyiniz şərəfli ömrü,
Bu dünya durduqca alqışlayarıq

Yaşasaydı bu gün Qəmərşah müəllimin 87 yaşı tamam olacaqdı.
2002-ci ildə Camal Lələzoənın böyük alimə həsr etdiyi şeiri alimin “Yazdım ki, izim qalsın” kitabında da nəşr olunmuşdur.

Azərbaycan etnosunun xəritəsi.
İzahında dost ellərin xəlitəsi.
Heykəlləşdi sağlığında xatirəsi,
Alqış olsun etnoqraf aliminə.
Alqış olsun etnoqraf aliminə.

Allah rəhmət eləsin,ruhu şad, məkanı cənnət olsun.
Nur içində yat ey böyük USTAD!

Leyla Qadir qızı Məcidova

Lənkəran Dövlət Universiteti
Tarix üzrə fəlsəfə doktoru, dossent

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir