Bəzi gənclər niyə xaricə üz tutur? – Səbəblər bəlli oldu. – YYSİB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov

“Ümumiyyətlə dünyanın hər yerində öz ölkəsindən çıxıb başqa ölkədə təhsil alıb və tək tənha öz işini quran insanların uğur hekayələri hərkəsi təəccübləndirir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı, kulturoloq, analitik ekspert Aydın Xan Əbilov bildirilib.

Onun sözlərinə görə, bu normal bir haldır və insanların, xüsusən də gənclərin, yeni nəslin internetin dünyaya açılışından sonra dünyanın aparıcı universitetlərinin nüfuzunu, reytinqlərini görüb ora can atmaqları çox önəmlidir: “Bu proses həmişə baş verib, hətta dövlət səviyyəsində stimullaşdırılıb. Hələ Ümummilli lider Heydər Əliyevin vaxtında Rusiyanın ən mötəbər universitetlərinə, ali məktəblərinə bizim azərbaycanlı gənclər göndərilirdi. Onlar hətta rus dili bilmirdi amma orada onlar məcbur edilirdi ki, rus dilini öyrənsinlər. Daha sonra aparıcı universitetlərdə Azərbaycanın inkişafına, intellektinə, elminə, təhsilinə, sənayesinə, kənd təsərufatlarına maraqlı ola biləcək mütəxəsis kimi formalaşıb geri dönsünlər. Bu proses müstəqillik dönəmində yenə də Heydər Əliyev tərəfindən davam etdirildi. Lakin dövlət səviyyəsində, proqram formasında 1990-cı illərin ll yarısında Prezident İlham Əliyev tərəfindən təsdiqləndi və hər il minlərlə gənc Azərbaycanın dövlət büdcəsi hesabına, dövlətin müxtəlif kadr potensialında olan boşluğu doldurmaq üçün xarici ölkələrin nüfuzlu universitetlərinə göndərildi. İngilis, rus, türk dilini əla bilən gənclərimiz müxtəlif dil imtahanlarından sonra dünyanın nüfuzlu üniversitetləri tərəfindən pulsuz təhsil qrantı almaqla o ölkələrə dəvət olunurdu. O universitetlərin hətta bir neçə universitetlərin seçim imkanı olan şəxs kimi, nüfuzlu ali məktəblərdə təhsil almağa başladılar.

Gənclərin xaricə getməsi həmişə maraqlı olub, çünki gənclik hərəkət, dinamika deməkdir. Hara getsələr də əvvəl-axır Azərbaycana gələcəklər. Hara getsələr, harada oxusalar da əvvəl-axır Azərbaycan üçün nəsə edə bilərlər. 2007-ci ildə cənab Prezidentin çox maraqlı fikiri var idi. Biz gənclər təşkilat sədrlərini qəbul edərkən belə bir söhbət getdi ki, Azərbaycanda xaricə göndərilən, dövlət hesabına oxutdurulan bu tələbələr hətta Azərbaycana qayıtmasalar belə, orda qalıb işdəsələr yenə də Azərbaycanın səfirləridir. Amma biz elə bir şərait yaratmalıyıq ki, o tələbələr geri qayıtsın və burada öz biliklərini, öyrəndiklərini tətbiq etsinlər. Lakin dünya tez dəyişir, müxtəlif proseslər baş verir. Sonralar dövlətin bir tendensiyası oldu ki, əgər hər hansı bir tələbəyə maya qoyulursa, xaricdə o nüfuzlu üniversitetlərində oxuyubsa, bu maya çox bahadır. Bildiyim qədərin ilə 30-200 minə qədər ola bilər və onu geri qaytarmaq lazımdır. Yaxud kimsə qayıtmaq istəmirsə o həmin ölkədə qalıb işləyirsə, həmin pulu geri qaytarmalıdır ki, biz digər istedadlı tələbələrimizlə xaricdə oxumaq istəyən yenilikçi gənclərimizlə dünyanın aparıcı üniversitetlərinə göndərək. Orada onlar öz təhsillərini, ali savadlarını artıra bilsinlər. Bu məncə daha məntiqlidir, çünki büdcə hesabına, mənim, sizin, digərlərinin büdcəyə ödədiyi vergi hesabına, xaricə göndərilən bizim xalqın nümayəndəri istedadlıdırlar.

Amma biz öz pulumuzla oxutdururuq və daha sonra o orada qalıb, həmin ölkənin inkişafına xidmət edirlərsə biz nə üçün onlara maya qoymalıyıq? Əslində burada bir məntiq var. Həmin şəxslər əgər yoxdursa belə onlar müqavilə şərtlərini yerinə yetirməli, kağıza imza atmalıdırlar ki, xaricə oxumaq üçün gedib oxumurlarsa həmin kapitalı geri qaytarmalıdırlar. Bu dövlət proqramının bir hissəsi olmalıdır, bəlkə də var. Digər bir təbəqə də vardır ki, bunlar atestatla Rusiya, Ukraniya, Gürcüstan, Şimali Kipr, Türkiyə kimi ölkələrin müxtəlif özəl universitetlərinə gedib qəbul olurlar. O tələbələrin çoxu xüsusən də oğlan uşaqlarıdır. Onlar orta məktəbi yaxşı oxumurlar və yaxud da hansısa səbəblərdən imtahan verib qəbul ola bilmirlər və Azərbaycana gəlirlər.

Bilirsiz ki, ADA universiteti dünyada tanınmış universitetdir, Ali Neft Məktəbi, Neft Akademiyamız, o cümlədən də bir çox özəl universitetlər var ki, artıq özəl səviyyəli təhsil verə bilirlər. Eləcə də BDU-nun get-gedə nüfuzunun artması davam edir. Amma daha yüksək səviyyəli bir universitet texnologiyaları qurmaq lazımdır ki, bizim gənclərimiz xaricdə yox, məhz burada oxusunlar. Eyni zamanda mütəxəssislərin beyin ixracatına da biz şərait yaratmalı və motivasiya verməliyik. İT, avto-nəqliyyat, kosmik sənaye var ki, bura Azərbaycan ya qlobal iqtisadiyyatın bir halqası olaraq daxil olmalıdır və yaxud bizim mütəxəssisləri ora püxtələşdirəndən sonra geriyə qaytarıb burada həmin o səhaləri inkişaf etdirmək, yaratmaq lazımdır. Düşünürəm ki, yaxın gələcəkdə biz bunu görəcəyik və eyni zamanda mütəxəssislərimizə şərait yaratmalıyıq. İşləyən mütəxəssislərin məvacibi böyük olmalıdır ki, gənclər xarici ölkələrdə oxumağa, işləməyə üz tutmasınlar, orada işlərini yox Azərbaycanda işlərini qurub, inkişaf etdirsinlər.

Sevilin Abbasova,

https://sia.az/az/news/social/1125018.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir