Aydın Xan Əbilovdan növbəti kulturoloji esse. Bizim Ağəddin Mansurzadə

Çalışdığım “Ədəbiyyat qəzeti” redaksiyasının dəhlizi və iş otaqları hər zaman söz sənəti adamları ilə dolub-boşalsa da, qonaq-qaralı olsa da, əvvəllər daha çox insanlarla görüşərdik. İndi İnternet, eləcə də e-poçt, müxtəlif sosial şəbəkələrin yaratdığı imkanlara görə canlı ünsiyyətlərin sayı get-gedə azalsa da, dünyalarını dəyişən elm və ədəbiyyat adamlarından Bəkir Nəbiyev, Qabil, İsa Hüseynov, Yaşar Qarayev, Balaş Azəroğlu, Davud Nəsib, Kamilə Nemət, Əlibala Hacızadə, Sabir Əhmədli, Şamil Salmanov, Əhəd Muxtar, Ələkbər Salahzadə kimi şəxsən yaxından tanıdığım onlarla yaradıcı — intellektual insanın ruhuyla sanki təmasdayıq. Adlarını çəkdiyim və sadalamadığım bu şəxslərin ürəyi sözlə, ədəbiyyatla çırpındığına görə, “Ədəbiyyat qəzeti” redaksiyasına əsl doğma ocaqları kimi baxırdılar…

10-15 il əvvələ səyahət etsək, görərik ki, — çoxunuz xatırlayırsız da yəqin, — onda hələ sözün həqiqiliyinə, aliliyinə, müqəddəsliyinə inananların sayı indikindən min dəfə çox idi.

Redaksiyamızın “Azərbaycan” nəşriyyatının doqquzuncu mərtəbəsindəki dəhlizi qəlbi ədəbiyyat, ruhu sözlə dolu maraqlı şəxslərin görüş yerinə çevrilmişdi: yaşlı, orta, eləcə də gənc ədəbi nəslin nümayəndələri, eyni zamanda, filoloqlar, həvəskar şairlər, ədəbiyyatsevər oxucular bizə tez-tez qonaq gələr, kimisi yazı, ən çox da şeir, kimisi məqalə, bir başqası isə oxunaqlı materiallar gətirər, çap olunmasını arzulayardılar.

İllərcə növbə gözləyənlərin narazılığı, təzə gələnlərin həvəsi, oxucuların rəyi, müəlliflərin haqlı-haqsız etirazları, redaksiya əməkdaşları ilə mübahisələri, eləcə də gənc əməkdaş — liberal estetik dünyagörüşünə malik şəxs olaraq özüm konservatorluğuyla tanınan, amma yeniliyə diqqət ayırmağa çalışan keçmiş baş redaktorumuz Ayaz Vəfalı ilə fərqli mövzularda apardığımız polemikalar, redaksiya işçiləri ilə fikir mübadilələrimiz, çox zamansa qızğın diskussiyalarımız gündəlik narahat işimi daha maraqlı, canlı edərdi.

Heyif o vaxtlardan: o zaman publisist-şair Davud Nəsib və Kamilə Nemət hələ sağ idi, gələnlərin əksəriyyəti də onların dost-tanışlarıydı. Xalq şairləri, yazıçılar, alimlərlə görüşlərin bir ayrı ləzzəti vardı…

Belə qaynar mətbuat — iş günlərinin birində redaksiyamıza ortaboylu, simasında gülüş, dilində zarafat əskik olmayan bir müəllif təşrif buyurdu. “Ədəbiyyat qəzeti”nin poeziya şöbəsinin o zamankı müdiri, istedadlı şair-publisist Davud Nəsibin — “Qağa, yaxından tanış ol, siz cənubluları haçana qədər mən qazaxlı dostlaşdıracam?!” — zarafatından sonra bu müsbət auralı şəxsin məhz tanınmış yazıçı-publisist, gözəl insan, ağsaqqallığı və ziyalılığına görə get-gedə zayı çıxan dünyada “köhnə kişilərin son nümayəndələrindən birinə” oxşatdığım Ağəddin Mansurzadə olduğunu bildim.

Ağəddin Mansurzadə — bu maraqlı yaradıcılıq imkanlarına malik imza sahibi ilə dövri mətbuatda və nəşr etdirdiyi kitablardan tanış olsam da, ilk dəfə idi ki, onunla real həyatda görüşürdüm. İndilərdə artıq cavanlıq dövrünə qədəm qoymuş “Gənclər şəhəri” Sumqayıtda yaşayan, — əksər bölgə yaradıcı adamlarının “bəxtsiz” taleyini bölüşən, — mənimlə eyni bölgədən olan bu ağsaqqal eloğlumun hələ üstəlik də vaxtilə “Ədəbiyyat qəzeti”ndə çalışdığını biləndə, XX əsr mədəniyyət və bədii-poetik, ictimai-elmi düşüncəmizin canlı şahidi ilə görüşdüyümü elə ilk söhbətimizdəncə yaxşı anladım. Geniş söhbətimiz əsnasında onun ailəsində bir neçə şairin olduğunu öyrənəndə, kiçik qardaşı Fəxrəddin Ziya ilə dostluq əlaqələri saxlayandan sonra, Ağəddin müəllimin nədənsə mənə bir köynək daha yaxın olduğunu qəbul etməyə başladım…

Ağəddin Mansurzadə XX əsr Azərbaycan ədəbiyyatında, publisistikasında, jurnalistikasında öz sözünü deyən istedadlı, özünəməxsus çəkisi olan yaradıcı qələm adamlarımızdandır. “Öz sözü” ifadəsi burada sadə, səmimi, xalqın ulu yaddaşından süzülüb gələn, əsrlərin-nəsillərin hikmətindən su içən, zəmanəsində, vaxtında-vədəsində deyilən fikirlər sahibinin düşüncələrini — yazılı əsərlərini və indilərdə hamımızın xoş xatirələrinə çevrilmiş sifahi hekayətlərini nəzərdə tuturam. Ağəddin Mansurzadənin bədii-publisist yaradıcılığı, əsl sənət tələblərinə cavab verən ədəbi fakt ola da bilər, olmaya da: kimsə onun yazdıqlarını bəyənə, yaxud, zövqünə uyğun olaraq, qəbul etməyə bilər, fəqət bu düşüncə məhsulları məhz qələminə məxsusdur, onun bütün ömrü boyu ədəbiyyatla çırpınan səmimi ürəyindən — qələmindən çıxan düşüncə nümunələridir.

Təəssüflər olsun ki, son zamanlar ədəbiyyatda səmimi sözə, ürəkdən gələn, müdrikliyin əlaməti sayılan sadə-saf fikirlərə çox nadir hallarda rast gəlirik: hətta qeyd etdiyimiz anlam mənasında yazılanların alt qatında ruhsuzluğu apaydın hiss edirik. Böyük sözün isə fəlsəfi qatında belə bir sadə ruh, özü də yazarın mənsub olduğu etnosun milli-kulturoloji, estetik-bədii dəyərləri durmursa, eyni zamanda, yaşadığın zəmanənin nəbzi görünmürsə, deməli, müəllif həm özünü, həm də ədəbiyyatı aldatmış olur.

O mənada Ağəddin Mansurzadənin əsərlərindəki estetik-ictimai sözündə, bədii-publisistik fikrində ziyalı bir ağsaqqal yazarın cəmiyyətimizi qayğılandıran məsələlərə sadə, həyati-xəlqi münasibətini görmək mümkündür. Onun istər əvvəllər, istərsə də son illərdə qələmə aldığı ictimai-mədəni məqalələri, nəşr olunan kitabları, işıq üzü görən xatirələrini davamlı izləmək bəs edir ki, son 40-50 ilin ədəbi-mədəni proseslərinin panoramatik cizgiləri gözümüzün qarşısında, özü də hər mənada çoxçalarlığıyla canlansın…

Yeniyetmə ikən bu tanınmış yazıçının qələmə aldığı əsərlərdə həvəslə oxuduğum, — Ağəddin Mansurzadənin uşaqlar üçün yazdığı nağıl, hekayə və povestlərdə, eləcə də oçerk, xarici səfərlərdəki qeydlər, — portret məqalələrdə sezdiyim bir cəhəti onun bütün yaradıcılığına şamil etmək istəyirəm: həyat reallığına sadiqlik. Göylərdən, mücərrəd məsələlərdən deyil, məhz yerdəkilər — ətraf mühitdə gördüyü gerçək hadisələr barədə işıqlı, sevgi dolu isti münasibətini qələmə alan ədibin yaradıcılığında həyati reallıq düz xətt kimi keçir.

Söz yox, bir sıra yazarlar kimi Ağəddin Mansurzadə də ailə həyatındakı problemlərin, gündəlik işlərin, xüsusən də jurnalistlik, sonralar həm də naşirlik fəaliyyəti onun bədii yaradıcılıq imkanlarının qarşısında böyük sədd kimi dururdu. Eləcə də yazıçının yaradıcılığının ən məhsuldar dövrü zəmanənin çox ağrılı, mürəkkəb, problemli dövrünə, milli-azadlıq hərəkatının qızğın çağlarına, Qarabağ müharibəsinin kəskinləşdiyi dövrə təsadüf etdiyini də unutmaq olmaz. Bu, elə vaxtlar idi ki, bədii söz, obrazlı təhkiyə öz yerini pubisistik düşüncəyə, vətəndaş mövqeyinə, bir sözlə, realistik ifadəyə verməyə məcbur idi.

Belə çağlarda — ötən əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ağəddin Mansurzadənin yaradıcılığında da yeni mərhələ başladı. Ədibin bu dövrdə qələmə aldığı yazıların əksəriyyəti publisistika məhsulları idi və əgər çağdaş milli publisistikanın dəyərli nümunələrindən ibarət antologiya hazırlansa, Ağəddin Mansurzadənin bir sıra yazıları mütləq orada özünəlayiq yer tuta bilər.

Yazıçı-publisist kimi A. Mansurzadə dövrümüzün aktual problemlərindən bəhs edən yüzlərlə məqalənin, “Ayağa qalxaq”, “Lal Vəli”, “Cənnətdə görüşənədək”, “Bizim bir şeyximiz var”, “Şeyxülislamlıq yolu”, “Vasim Məmmədəliyev zirvəsi”, “Nəsir İmanquliyev məktəbi”, “Özbəkistanda nəyim qaldı” və sayı 30-u keçən digər irihəcmli kitabın müəllifi kimi XX əsr ədəbiyyatımızda öz yerini tutub.

Ötən əsrin 60-cı illərində ömrünü jurnalistikaya bağlayan Ağəddin Mansurzadə mətbuatda ilk dəfə “Sosialist Sumqayıtı” və “Azərbaycan gəncləri” qəzetlərində çıxış edib, vaxtilə çox populyar olan “Bakı” və “Baku” axşam qəzetlərində çalışıb. 1970-ci ildə isə “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat qəzeti”) qəzetində işə qəbul edilməsi ilə onun bütün sonrakı həyatını ədəbiyyata, müqəddəs bədii sözə bağlayıb.

Yazıçının realist sənətə — publisistikaya sevgisi o qədər güclü idi ki, o, televiziyada, radioda, qəzetlərdə çıxış edərək hər şeyi olduğu kimi deməyə və yazmağa çağırırdı. Dövlət müstəqilliyimiz uğrunda şərəfli mübarizə illərində yazıçı Ağəddin Mansurzadə Vətən, xalq üçün, Azərbaycan dövləti yolunda qələmi ilə savaşa atılan jurnalistlərdən idi. Qələm adamı olmaq, fikir və düşüncəni ağ vərəqdə oxuculara sevdirmək, inandırmaq heç də jurnalistika peşəsini sevənlərin hamısına nəsib olmur. Yazıçı-publisist Ağəddin Mansurzadə isə sözün əsl mənasında, yuxusuz gecələri hesabına araya-ərsəyə gətirdiyi yazıları ilə oxucu sevgisi qazananlardandır.

Ağəddin Mansurzadənin uzun müddət “Ədəbiyyat və incəsənət” və “Bakı” qəzetlərində işləməsi, yazıçı və şairlər haqqında məqalələrlə mətbuatda çıxış etməsi onun bədii əsəri qiymətləndirmək bacarığını göstərən önəmli faktlardandır.

“Ədəbi portretlər”, “Ədəbi söhbətlər”, “Ədəbi mülahizələr” kitablarında toplanan çoxsaylı materiallarda Ağəddin Mansurzadənin tədqiqatçılıq bacarığı özünü aydın şəkildə göstərir. Müxtəlif vaxtlarda xalq şairi Bəxtiyar Vahabzadə, Şeyxülislam Hacı Allahşükür Paşazadə, görkəmli jurnalist Nəsir İmanquliyev haqqında ədibin qələmə alaraq çap etdirdiyi kitablar onu deməyə əsas verir ki, müəllif öz qəhrəmanlarının həyatı ilə fəaliyyətlərini, yaradıcılıq nümunələrini diqqətlə izləmiş, ən xarakterik məqamları üzərində dayanmağı, özünəməxsus tərzdə fikir və mülahizə yürütməyi bacaran qələm sahiblərindəndir.

Ağəddin Mansurzadənin naşirlik fəaliyyətini xüsusi vurğulamaq yerinə düşər: o, ömrünün son illərində qurub-yaratdığı “Sumqayıt” nəşriyyatının xətti ilə gənclik şəhərində yazıb-yaradan qələm sahiblərinin, xüsusilə yaradıcılıq yoluna yenicə qədəm qoymuş bir sıra gənc müəlliflərin kitablarını nəşr etdirmişdir.

Bu yaxınlarda ədibin həyat və yaradıcılığına həsr olunmuş “Ömür bitsə də…” toplusuna (kitabının tərtibçisi və redaktoru mərhum yazıçı-jurnalistin oğlu Orxan Mansurzadədir) 200-dən çox tanınmış insanın Ağəddin Mansurzadə haqqında ürək sözləri, xatirələri toplanıb.

Vətəndaşlıq mövqeyi, ziyalı sözü, vicdanlı ictimai fikri, ədəbi-estetik düşüncəsi ilə xüsusi fərqlənən yazıçının bu məqalələrini oxuyan hər kəsdə işıqlı, nurani, intellektual, ağsaqqal, ümumiləşdirilmiş fikirlə ifadə etsək, ciddi yaradıcılıq imkanlarına malik, gələcək bütün nəsillərin öyrənəsi çox müsbət cəhətlərin sahibi olan bir şəxsiyyətin nurlu obrazı canlanacaq: Azərbaycanımızın köhnə kişilərindən biri — Ağəddin Mansurzadə…

“Ədəbiyyat qəzeti”Aydın Xan Əbilov. Bizim Ağəddin Mansurzadə

“Ədəbiyyat qəzeti”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir