GVİB: Azərbaycan Gənclər Fondun maliyyə yardımı ilə “Gələcək vətənpərvər və sağlam gənclərdir” adlı layihənin tədbiri
Azərbaycan Respublikasının Gənclər Fondunin yardımı ilə növbəti tədbir Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Resurs Mərkəzində keçirilib
“Gənc Vətənpərvərlər“ İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondun maliyyə yardımı ilə “Gələcək – vətənpərvər və sağlam gənclərdir” adlı layihə çərçivəsində Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının Resurs Mərkəzində “Azərbaycanın ərazi bütövlüyü bizim üçün əsas məqsədir ” mövzusunda tədbir keçirilib.
Tədbirdə ,Gənc Vətənpərvərlər İctimai Birliyinin şöbə müdirləri, ADPU -n Azərbaycan Pedoqoji Kollecin bir qrup tələbələri,GTMŞ -a üzv olan təşkilatlarln üzvləri, könüllülər, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun baş mütəxəssi Pərvanə Əzimova və digər qonaqlar iştirak ediblər.

Tədbirin keçirilməsində əsas məqsəd gənclərdə vətənpərvərlik tərbiyəsini yüksəltmək olub, gənclərin vətənə məhəbbəti, milli-mənəvi dəyərlərə bağlılığı ön plana çəkilib, düşmənlərin Azərbaycana vurduğu zərərlər haqqında geniş məlumat verilib.
Tədbirdə “Gənc Vətənpərvərlər” İctimai Birliyinin sədri, ictimai xadim Müqamət Əliyev çıxış edərək bildirib ki, vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi ilə bərabər, onların fiziki hazırlığına da diqqət artırılmalıdır. Milli mənəvi dəyərlər, tarixi keçmişimiz və bu günümüz gənclərə aşılanmalıdır.
ARGTMŞ-n layihə üzrə koordinator Nərmin Süleymanova vuruğlaylb ki, yaşadığımız dövrdə gənc nəsil kiçik yaşlarından vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. O, vətənpərvərlik ruhunun, milli mənəvi dəyərlərin aşılanmasında ailənin və cəmiyyətin böyük rolu olduğunu bildirib.
“Gənc Vətənpərvərlər” İctimai Birliyi sədrininhərbi məsələlər üzrə müşaviri qarabağ qazisi Asif Rəsulov, AMEA-n Azərbaycan Milli Tarix muzeyinin elmi işçisi Pərvanə Əzimova və digərləri qeyd ediblər ki, bu tədbirin keçirilməsi gənclərin maariflənməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir.
Layihə iştirakçıları əsasən gənclərdən ibarət olub.
Tədbirin sonunda Azərbaycanın qazi və qəhrəmanların döyüş yolunu əks etdirən videoçarx və fotoslaydar nümayiş olunuş ,suallar cavablandırılmış və iştirakçılara, layihə çərçivəsində üzərində Azərbaycan Gənclər Fondun və “Gənc Vətənpərvərlər” İctimai Birliyinin loqoları əks olunmuş qovluq, blaknot, təsvirli köynəklər və sertifikatlar iştirakçılara təqdim edilib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Gənclər Fondun mailiyə yardımı ilə həyata keçirilir.

