“Direktor məgər intihar hadisəsini gizlətməyə çalışırdı ki, jurnalistlərin döyülməsinə səbəb olub?” – Milli Məclisin üzvü Elnarə Akimova

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elnarə Akimova 225 saylı tam orta məktəbdə çəkiliş zamanı jurnalistlərin məktəblilər tərəfindən döyülməsi ilə bağlı hadisəyə münasibət bildirib.

Deputat YeniMedia.net portalına açıqlamasında deyib ki, jurnalistlərə qarşı zorakılıq törədən şəxslərin görüntülərdə açıq-aydın görünməsi hadisənin araşdırılması üçün mühüm əsasdır.

E.Akimova bildirib ki, kiminsə hansı məktəbin şagirdi olması, məktəbli formasında olub-olmaması məsuliyyətdən yayınmağa əsas vermir: “Həmin şəxslərin məktəbin şagirdləri olduğu təsdiqlənirsə, onların davranışına hüquqi qiymət verilməli, hadisəni törədənlər qanun qarşısında cavab verməlidirlər. İdmanın hər hansı növü ilə, o cümlədən boksla məşğul olmaq insana gücünü zorakılığa deyil, özünənəzarətə və intizama yönəltməyi öyrətməlidir. Digər mühüm məsələ məktəb rəhbərliyinin məsuliyyətidir. Məktəbdə baş verən belə bir insidentə görə direktorun və müvafiq vəzifəli şəxslərin məsuliyyəti məsələsi də ciddi araşdırılmalıdır. Məktəb yalnız təhsil verilən məkan deyil, həm də uşaqların davranış mədəniyyətinin, məsuliyyət hissinin və qanunlara hörmətinin formalaşdığı bir mühitdir. Bu baxımdan, məktəb rəhbərliyi öz şagirdlərinin davranışına, məktəbdə nizam-intizamın təmin edilməsinə görə məsuliyyət daşıyır. Xüsusilə, bir şagirdin intiharı kimi cəmiyyət üçün son dərəcə ağır və həssas hadisənin fonunda jurnalistlərə qarşı zorakılığın baş verməsi yolverilməzdir. Məktəb direktoru məgər intihar hadisəsini cəmiyyətdən gizlətməyə çalışırdı ki, jurnalistlərin döyülməsinə səbəb olub? Jurnalistlər hadisə barədə məlumat toplamaq və ictimaiyyəti məlumatlandırmaq vəzifəsini yerinə yetirirlər. Onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi həm insan hüquqlarına, həm də cəmiyyətin informasiya almaq hüququna hörmətsizlikdir”.

Deputat hesab edir ki, baş verənlər hərtərəfli araşdırılmalı, zorakılıq törədən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməli, eyni zamanda məktəb rəhbərliyinin məsuliyyəti məsələsinə aydınlıq gətirilməlidir: “Belə hadisələrə münasibətdə nə susmaq, nə də məsuliyyəti bir-birinin üzərinə atmaq olar. Əsas məqsəd günahkarları müəyyənləşdirmək, qanunun aliliyini təmin etmək və gələcəkdə bu cür halların təkrarlanmasının qarşısını almaqdır”.

E.Akimova onu da bildirib ki, jurnalistlərə qarşı zorakılıq törədən şəxslərin görüntülərdə açıq-aydın görünməsi hadisənin araşdırılması üçün mühüm əsasdır. Kimin hansı məktəbin şagirdi olması, məktəbli formasında olub-olmaması məsuliyyətdən yayınmağa əsas vermir. Əgər həmin şəxslərin məktəbin şagirdləri olduğu təsdiqlənirsə, onların davranışına hüquqi qiymət verilməli, hadisəni törədənlər qanun qarşısında cavab verməlidirlər. İdmanın hər hansı növü ilə, o cümlədən boksla məşğul olmaq insana gücünü zorakılığa deyil, özünənəzarətə və intizama yönəltməyi öyrətməlidir.

Digər mühüm məsələ məktəb rəhbərliyinin məsuliyyətidir. Məktəbdə baş verən belə bir insidentə görə direktorun və müvafiq vəzifəli şəxslərin məsuliyyəti məsələsi də ciddi araşdırılmalıdır. Məktəb yalnız təhsil verilən məkan deyil, həm də uşaqların davranış mədəniyyətinin, məsuliyyət hissinin və qanunlara hörmətinin formalaşdığı bir mühitdir. Bu baxımdan, məktəb rəhbərliyi öz şagirdlərinin davranışına, məktəbdə nizam-intizamın təmin edilməsinə görə məsuliyyət daşıyır.

Xüsusilə, bir şagirdin intiharı kimi cəmiyyət üçün son dərəcə ağır və həssas hadisənin fonunda jurnalistlərə qarşı zorakılığın baş verməsi yolverilməzdir. Məktəb direktoru məgər intihar hadisəsini cəmiyyətdən gizlətməyə çalışırdı ki, jurnalistlərin döyülməsinə səbəb olub? Jurnalistlər hadisə barədə məlumat toplamaq və ictimaiyyəti məlumatlandırmaq vəzifəsini yerinə yetirirlər. Onlara qarşı fiziki zorakılıq tətbiq edilməsi həm insan hüquqlarına, həm də cəmiyyətin informasiya almaq hüququna hörmətsizlikdir.

Hesab edirəm ki, baş verənlər hərtərəfli araşdırılmalı, zorakılıq törədən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməli, eyni zamanda məktəb rəhbərliyinin məsuliyyəti məsələsinə aydınlıq gətirilməlidir. Belə hadisələrə münasibətdə nə susmaq, nə də məsuliyyəti bir-birinin üzərinə atmaq olar. Əsas məqsəd günahkarları müəyyənləşdirmək, qanunun aliliyini təmin etmək və gələcəkdə bu cür halların təkrarlanmasının qarşısını almaqdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir