“Ağcabədi Mall”: yenilənmiş siması ilə rayon sakinlərinə və qonaqlarına təqdim edildi!
Artıq 8 ildir fəaliyyət göstərən Ağcabədi Mall may ayından etibarən təmir və yenilənmə işləri ilə əlaqədar fəaliyyətini dayandırmışdı. İki aylıq təmir və yenilənmə prosesindən sonra Ağcabədi Mall tamamilə yeni üslubda, müasir görünüşü və yenilənmiş konsepti ilə Ağcabədi sakinlərinin ixtiyarına verildi.
Bu əlamətdar günün yüksək səviyyədə təşkilatçılığı Aktualxeber.az İnformasiya Xəbər Portalının təsisçi və baş redaktoru, ictimai xadim, Legend Company şirkətinin təsisçi-rəhbəri, ehtiyatda olan hərbçi və tele-ekspert Əfsanə Nəbiyevaya həvalə edilmişdi. Tədbirdə jurnalistlər, media nümayəndələri, tanınmış simalar və dəyərli qonaqlar iştirak etdilər.
“Aktual Xəbər” olaraq biz də bu gözəl günün bir parçası olduq. Tədbirə xüsusi rəng qatan qonaqlar sırasında tanınmış müğənni Vəfa Şərifova da yer aldı. Açılış münasibətilə gözəl proqram, maraqlı anlar və yaddaqalan çəkilişlər ərsəyə gəldi.
Bu möhtəşəm günün yüksək səviyyədə təşkilində əməyi olan hər kəsə təşəkkür edir, xüsusilə Ağcabədi sakinlərinə göstərdikləri yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə dərin minnətdarlığımızı bildiririk.
Ağcabədi Mall — 8 illik ənənə, yeni üslub və yeni nəfəs ilə!











