SƏS TV-də QHT-nin verilişi: “Zəfər tarixinin şahidləri”. Üçüncü buraxılış

Səs TV-nin efirində “Zəfər tarixinin şahidləri: həssas ailələrin uşaqlarının mənəvi inkişafı” adlı layihəsi çərçivəsində İnternet TV verilişin II buraxılışı efirə gedib.

Bu buraxılışın ekspert-qonaqları YYSİB sədri, ictimai xadim, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov və “Həkəri” qəzetinin baş redaktoru, “Respublika” qəzetinin məsul əməkdaşı, “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi Mətbuat xidmətinin rəhbəri, şair-publisist Rauf İlyasoğlu idi.

Verilişlər Şəhid xanımı Almaz Zeynalovanın sədri olduğu “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-сı il üzrə kiçik qrant müsabiqəsi çərçivəsində 1 may 2026-cı il tarixindən etibarən reallaşdırdığı 2 aylıq “Zəfər tarixinin şahidləri: həssas ailələrin uşaqlarının mənəvi inkişafı” layihəsi çərçivəsində hazırlanaraq yayımlanır.

Buraxılışı buradan izləyin:

https://youtube.com/live/i6xvTT-2xg8?feature=share

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir