Aktualxeber.az İnformasiya Xəbər Portalı Mətbuatın 151 illiyini təntənəli şəkildə qeyd etdi

Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə Aktualxeber.az İnformasiya Xəbər Portalı tərəfindən 22 İyul – Milli Mətbuat Gününə həsr olunmuş möhtəşəm tədbir təşkil olunub. Azərbaycan mətbuatının şərəfli tarixini, milli dəyərlərini və jurnalistika ənənələrini əks etdirən bu əlamətdar gün böyük coşqu və yüksək əhval-ruhiyyə ilə qeyd edilib.

Tədbir çərçivəsində Milli Mətbuat Gününə həsr olunmuş xüsusi jurnal hazırlanaraq nəşr edilib. Jurnalda ölkəmizdə söz və mətbuat azadlığının inkişafı, jurnalistikanın cəmiyyət həyatındakı rolu, media nümayəndələrinin fəaliyyəti və müxtəlif sahələrdə uğur qazanan şəxslər haqqında geniş məlumatlar yer alıb.

Mərasimdə Aktualxeber.az İnformasiya Xəbər Portalının idarə heyəti, rəsmi nümayəndələr, dövlət və ictimaiyyət nümayəndələri, tanınmış həkimlər, musiqiçilər, jurnalistlər, ziyalılar, müxtəlif peşə sahələrinin təmsilçiləri və çoxsaylı qonaqlar iştirak ediblər. Tədbirdə milli mətbuatımızın keçdiyi şərəfli inkişaf yolu xatırlanıb, jurnalist peşəsinin cəmiyyət üçün əhəmiyyəti vurğulanıb, media nümayəndələrinin üzərinə düşən məsuliyyətdən geniş bəhs olunub.

Gecə boyunca çıxışlar, səmimi görüşlər və maraqlı müzakirələr tədbirə xüsusi rəng qatıb. İştirakçılar Milli Mətbuat Gününün əhəmiyyətini yüksək qiymətləndirərək, Aktualxeber.az İnformasiya Xəbər Portalının media sahəsində gördüyü işləri təqdir ediblər.

Tədbir zamanı jurnalistika, səhiyyə, mədəniyyət, incəsənət və digər sahələrdə fəaliyyət göstərən bir sıra şəxslər göstərdikləri xidmətlərə görə təşəkkür və fəxri diplomlarla təltif olunublar. Bu, mərasimə xüsusi təntənə və yaddaqalan ab-hava bəxş edib.

Yüksək təşkilatçılıq səviyyəsində keçirilən tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Səmimi və dostluq mühitində keçən mərasim xoş təəssüratlarla yadda qalıb və möhtəşəm yekunla başa çatıb.

Aktualxeber.az İnformasiya Xəbər Portalı olaraq bir daha bütün media nümayəndələrini 22 İyul – Milli Mətbuat Günü münasibətilə ürəkdən təbrik edir, qələm sahiblərinə möhkəm can sağlığı, tükənməz yaradıcılıq enerjisi, peşə fəaliyyətlərində yeni-yeni uğurlar arzulayırıq. Milli mətbuatımızın daha da inkişaf etməsini, hər zaman həqiqətin və obyektivliyin carçısı olmasını diləyirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir