UFC döyüşləri idman, yoxsa müasir vəhşiliyin,qumarın leqallaşdırılmış forması? – Ramal Əliyev yazır

ağıl deyil. İnsanı insan edən mərhəmətidir, əxlaqıdır, qarşısındakına hörmətidir, gücü olduğu halda özünü saxlaya bilməsidir.

Tarix boyu insan döyüşüb. Torpağını qoruyub, ailəsini müdafiə edib, zülmə qarşı çıxıb. Amma tarixdə güc heç vaxt əyləncə məqsədi daşımayıb. Müharibələr, qarşıdurmalar, bunların hamısı ağır və məcburi hadisələr kimi qəbul olunub, heç vaxt tribunalar qurulub alqışlarla izlənilməyib.

Bu gün isə biz qəribə bir dövrdə yaşayırıq.

Bir tərəfdən insan haqları, mədəniyyət, sivil cəmiyyət, mərhəmət haqqında danışırıq, digər tərəfdən minlərlə insan toplaşıb iki gəncin bir-birini son həddə qədər döyməsinə baxırıq və bunu “əyləncə”, “şou”, “idman” adlandırırıq.

Mənim üçün sual budurm: idman nə vaxtdan insanın üzünün dağılması, qan axması, huşunu itirməsi ilə ölçülməyə başladı?

UFC tərəfdarları deyirlər ki, burada qaydalar var, peşəkarlıq var, hazırlıq var. Ola bilər. Amma qaydaların olması hər şeyi avtomatik olaraq insani etmir.

Qədim Romada da qladiator döyüşlərinin qaydaları var idi. İnsanlar tribunaları doldururdu. Orada da qalib və məğlub vardı. Amma bu gün tarix həmin səhnələrə mədəniyyət nümunəsi kimi yox, insanlığın qaranlıq dövrlərindən biri kimi baxır.

Məni düşündürən başqa bir məqam da budur ki, bəzən bu döyüşlərdə dini dəyərlərə bağlı olduğunu göstərən insanlar da iştirak edir. Döyüşdən əvvəl dua edilir, sonda dini şüarlar səslənir. Halbuki dinin ruhu insanı alçaltmaq, onu fiziki olaraq məhv etmək deyil!insanı qorumaq, tərbiyə etmək, həddi bilməyi öyrətməkdir.
İslam dinində “müsəlman müsəlmanın qardaşıdır,ona zülm etməz” anlayışı vardır.Təəsüf ki,biz “Allahu Əkbər” sədaları altında iki müsəlmanın biri-birini döydüklərinin də şahidi oluruq.İslam inancına görə bu yolverilməzdir.

Qəribədir… Bir insanın digər insana zərbə endirməsindən həzz almaq bizi daha mədəni edir, yoxsa içimizdə gizlənmiş vəhşiliyi sadəcə daha müasir formada təqdim edir?

Bəlkə də problem döyüşün özündə deyil.
Bəlkə problem odur ki, biz artıq ağrını əyləncə kimi qəbul etməyə başlamışıq.
Təəssüf olsun ki,dünya elə pis əməllərə,hadisələrə bulaşıb ki, onlardan geridönüş mümkün deyildir…

Ramal Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir