Otelçilik, şou-biznes və digər xidmət sahələri bohran içindədir. Ekspert Aydın Xan Əbilov

Azərbaycan bu gün post-pandemiya, post-müharibə dövrünü yaşayır və bu dövrün müəyyən mürəkkəblikləri var. Hazırda bütün dünyada iqtisadi eniş, iş yerlərinin bağlanması, insanların sosial-iqtisadi və məişət böhranının qabarması prosesi yaşanır. Üstəlik, koronavirusun yeni mutasiyaları bütün dünyada olduğu kimi Azərbaycanda da yeni problemlər yaradır.

Bu fikirləri hafta.az-a kulturoloq-sosioloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, məsələn, iqtisadiyyata ən çox vergi gətirən istiqamət əyləncə xidmət sahələri idi:

“Bu gün onlar zəifləyib. Turizm sektoru ayaq üstə güc-bəla ilə durur. Otelçilik, şou-biznes və digər xidmət sahələri bohran içindədir. İşsizlik özü, istər-istəməz sosial mühitin içində bir gərginliyə gətirib çıxardıb. Üstəlik, koronavirus, o cümlədən müharibə gərginliyindən sonra insanlar arasında kütləvi ictimai, siyasi sosial psixoz vəziyyəti yaranıb. Hətta problem olmayanda belə insanlar özləri üçün, cəmiyyət üçün əlavə problemlər yaradırlar. Hər gün biz ailədaxili münaqişələrin qurbanları olan xanımların bıçaqlanması, uşaqların intihar halları, narkotikaya qurşanması, sintetik maddələrdən istifadə etmələri ilə bağlı hadisələr doğuran mühitdə yaşayırıq. Bu mühitin problemləri istər cəmiyyətin özünə, istər ayrı-ayrı fərdlərin həyatına çox mənfi təsir edir. Belə bir vəziyyətdə əlbəttə ki, müəyyən sosial alətlərə ehtiyac var. Bu liftlər “Avropa və Asiyadakı kimi, yaxud Şərq müsəlman, yaxud xristian ölkələrində olduğu kimi olmalıdır” sualına hələ ki, cavab verə bilmirik. Azərbaycanın yerləşdiyi coğrafi mühit elədir ki, o tam olaraq nə şərq, nə qərb, nə Avropa, nə Asiya, nə müsəlman, nə də xiristian ölkəsi deyil. Burda hibrit bir çəmiyyət, hibrit ölkə var. Qayda -qanun, dini, sosial ictimai baxışlarda belə bir hibritlik görürük. Ona görə də biz ortada qalmışıq nə sağa, nə də sola gedə bilmirik. Bunun da mənfi müsbət tərəflərini cəmiyyət öz üzərində hiss edir”.

https://hafta.az/otelcilik,-sou-biznes-ve-diger-xidmet-saheleri-bohran-icindedir–ekspert-313628-xeber.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir