“Təhsil sahəsində çalışanlar üçün bu artımlar çox vacibdir.” Asif Əsgərli
Xəbər verildiyi kimi, dekabrın 17-də Prezident İlham Əliyevin təhsil işçilərinin əməkhaqlarının artırılması ilə bağlı iki sərəncam imzalayıb. Bu sərəncamlar həm təhsil işçirləinin, həm də bu istiqamətdə fəaliyyət göstərən QHT rəsmilərinin də böyük sevincinə səbəb olub. Belə ki, YAP İdarə Heyətinin üzvü, Аzərbаycаn Dемокrаtiк Tələbə Gənclər Təşкilаtının rəhbəri Asif Əsgərli Azerforum.com-a açıqlamasında ölkə Prezidentni bu sərəncamlarını çox yükək qiymətləndirdi: “Təhsil sahəsində çalışanlar üçün bu artımlar çox vacibdir. Yeni əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir. Artımların edilməsi məqsədilə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Xüsusilə bazar iqtisdiyyatı şəraitində yaşadığımız bir vaxtda, həqiqətən dövlətin bu təbəqələrə diqqəti yüksək olmaldır. Nəzərə almaq lazımdır ki, bir neçə ildir ki, bu ənənə var. Əsas məqsədi ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa və davamlı tərəqqiyə əsaslanaraq, təhsil sahəsində çalışanların sosial müdafiəsini gücləndirməkdir”.
A.Əsgərli büdcə artımları olan illərdə bu vəsaitlərin daha da yüksək olacağına inandığını bildirdi: “Bu gün Azərbaycan inkişaf edir. Dövlətimizin büdcəsi ildən-ilə artır. Beynəlxaq maliyyə qurumları da bəyan edirlər ki, Azərbaycanın növbəti illərdə büdcə artımı daha çox olacaqdır. İnanırıq ki, belə artımlarla Azərbaycan müəlliminin əmək haqqı qaneedici səviyəyə çatacaq. Bu da təhsil və elmdə müəyyən problemlərin aradan qalxmasına kömək edəcək. Eyni zamanda Azərbaycanda təhsilə, elmə marağın artmasının bir daha şahidi olacağıq”

