Yazıçı-kulturoloq Aydın Xana Əbilov “Sevilənlər, sevənlər”də YYSİB ilə AGF-nin mştərək “Qarabağ Bülbülləri – 50” layihəsi barədə danışdı

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının pandemiya ilə əlaqədar karantin rejimi şəraitində “Sevilənlər, sevənlər” rubrikası altında keçirdiyi canlı yayımlar bu il də davam edir.
AZƏRTAC xəbər verir ki, kitabxananın “Instagram” üzərindən təşkil etdiyi canlı yayımın növbəti qonağı Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarları və Sənətçılər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov olub. Diskussiya-müsahibə xarakteri daşıyan canlı yayımda qonaq istifadəçiləri maraqlandıran sualları cavablandırıb, ədəbiyyat, jurnalistika, mütaliə və s. mövzular ətrafında maraqlı fikirlər söyləyib. A.Əbilov kitabxana ilə bağlı uşaqlıq xatirələrindən, mütaliəyə hədsiz həvəsindən söhbət açıb. Sonradan qonaq müasir dövrdə ənənəvi mütaliənin virtual mütaliəyə keçidindən, pdf formatında və audio versiyada olan kitabların daha geniş kütlə tərəfindən qəbul olunmasından danışıb.
Qonaq hərbi sahədə qazandığımız qələbə mövzusuna və Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinə dair olan fikirlərini də bölüşüb. Bu il “Qarabağ bülbülləri” ansamblının 50 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Gənclər Fondu ilə həyata keçirdikləri layihə – toplu, sənədli film, eləkteon kitabın hazırlanması və “Yaralı səs” adlı filmin çəkilişindən danışıb.

Canlı yayımın sonunda Aydın Xan Əbilov Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün kitabxanaların əməkdaşlarına uğurlar arzulayıb, Gənclər Kitabxanasına isə canlı yayımın təşkilinə görə minnətdarlığını bildirib.

Canlı yayımın oflayn variantı burada:

https://www.instagram.com/tv/CMASXQwiw4r/?igshid=kpucmej2bh3u

Müxtəlif saytlar və sosial şəbəkə resursları da canlı yayımı yayıblar və səhifələrində yerləşdiriblər.

https://azertag.az/xeber/Sevilenler_sevenler_rubrikasi_yeniden_izleyicilerin_gorusune_gelib-1727267
http://az.baku-art.com/az/sevilenler-sev-nl-r-rubrikasi-yenid-n-izl-yicil-rinin-gorush-n-g-lir
http://www.gununxeberi.az/index.php/gundem/28842-2021-ci-ild%C9%99-%E2%80%9Csevil%C9%99nl%C9%99r,-sev%C9%99nl%C9%99r%E2%80%9D-rubrikas%C4%B1-yenid%C9%99n-izl%C9%99yicil%C9%99rinin-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCn%C9%99-g%C9%99lir.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir