Yarımçıq tablo. Məhsuldar yazıcı Cəfər Sıxcanovdan yeni hekayə
Qoca rəssam üstündəki rəngləri artıq çoxdan qurumuş tablosunun qarşısında durub, nəyisə yadına salmağa çalışırsı. Bir az keçmiş o, geri çəkilirək, əvvəl əlində hazır tutduğu fırçanın üstündəki bir -birinə qarışmış rənglərə, sonra yenidən tabloya baxdı.
Rəssam altımış- altımış beş yaşlarında ixtiyar çağlarını yaşayırdı. Beli azca bükülü,- çiyinlərinə tökülmüş gümüşü saçları və üzündə sualedici ifadəsi vardı.
Qoca bu tablonun çəkilişinə bir il əvvəl başlamışdı.Əsər həcminə görə çox da böyük deyildi. Kətan lövhənin üzərində köhnə ikimərtəbəli ev, qarşısındakı meydançada -üçtəkərli velosipetin üstündə, 4-5 yaşlı bir oğlan təsvir olunmuşdu. Evin sol tərəfindəki bağçada isə gənc bir qadın sıraboyu əkilmiş qızıl güllüəri süzgəclə sulayırdı.
Dənizçi köynəyində totuq əlləri ilə ,,sükandan,, yapışmış uşağın aydın görünən kirpikləri altında gözləri ağarırdı.
Əslində rəssam əsərini çoxdan tamamlamışdı. Yarımçıq qalmış təkcə təsvir etdiyi qəhrəmanın gözlərinin rəngi idi. Varlığına hakim kəsilmiş
məchul rəngi isə o, nə vaxdan idi ki, axtarır, ancaq hələ tapa bilməmişdi.
-Cənab rəssam, evin üstündəki kirəmidlərin yaşı yəqin ki, çoxdur. Lakin üzündəki mamırları görmürəm…
Qoca sualdan diksinib geri qanrıldı. Onun qarşısında 25-30 yaşlarında hündürboylu, olduqca səliqəli geyinmiş, şüvərək bir gənc dayanmışdı. Saçları qulaqlarının üstünü örtmüş ,ucları vurulmuş nazik bığları gəncin uzunsov sifətinə çox yaraşırdı.
O, qocanın ona sarı baxdığını görüncə tablodan gözünü ayırdı. Bir anlığa onların baxışları toqquşdu.
Qoca səmimiyyətlə üzunə zillənmiş bir cüt gözün ilıq təmasını hiss etsə də hirsini saxlaya bilmədi.Qapının ağzında durub baş verənləri sakitcə seyr edən xidmətçi qadının üstünə çımxırdı.
-Süsən, bu adamın burada nə işi var?
Qadın sualı gözləyirmiş kimi dərhal əlini divarboyu asılmış tablolara sarı uzatdı.
- – Dedi rəssamam, Oqtay müəllim, işlərinizlə tanış olmaq istəyir…
-Rəssammı- O ,səsini yumşaltdı -Hər halda demək lazım idi.
Ev sahibi qonağı dərhal sorğu- suala tutdu:
– Deməli, rəssamsınız, lap yaxşı .Haradan gəlmisiniz?
Qonağınsa baxışları hələ də önündəki tablonun üzərində dolaşırdı. Onun cavabları sakit, hərəkətləri təmkinli idi.
Uzaqdan -Sankt Peterburqdan …
Qoca :
– Lap yaxşı, Akademiyanı bitirmisiniz ,elə deyilmi?
Sonra gəncən nə deyəcəyini gözləmədən özünü təqdim etdi: - – Mən özüm də Sankt Peterburq rəssamlıq akademiyasını bitirmişəm. Doğrudur, o zamanbu şəhər Leninqrad adlanırdı.Ancaq bu heç nəyi dəyişmir. Necə deyərlər Repin məktəbinin davamçılarıyıq.
Qoca rəssam tabloya tərəf dönüb rəngləri yenidən nəzərdən keçirtməyə başladı. Və sözünə davam etdi.
-Deməli kirəmidlərin üstündəki mamırlar görünmür…Eləmi?
Bu doğrudur, tamamilə doğrudur.
Gəncsə tablodan bir an da olsun nəzərlərini ayırmır, sanki rənglərin sehrinə düşmüşdü. Və birdən əlini irəli uzatdı.
Tamamlanmış əsərdə boş qalan təkcə gözlərin yeridir.Yəqin ki, eynək taxacaqsınız ona? -O gulümsəyib qocaya göz vurdu
Qoca :
-Xeyir, xeyir. Həmin vaxt oğlumun gözlərində eynək yox idi .Ancaq indi… O, ümüdüzlüklə başını buladı.-Rənglərin arasında azıb qalmışam…
Onun səsi titrəyirdi.
-Bu sizin oğlunüzdürmu?-Gənc soruşdu
-Oğlumdur .Ancaq necə deyim, bu saat… O, fikrini tamamlaya bilmədi.
Gənc:
-Bəlkə vəfat etmişdir?
Qoca kədərlə çiyinlərini çəkdi.
-Doğrusu, bilmirəm…
Hər ikisi susdu .Qonaq irəli keçib tablonun bir addımlığında dayandı.Onun çöhrəsində zorla seçilən xəfif bir təbəsssüm vardı
Gənc:
Çox maraqlıdır . Ayrildığınız nə vaxtdandır
Qoca :
– Bu uzun söhbətdir .Bir də keçmişi yada salmaq mənim üçün çox ağırdır.
Gənc əlini onun çiyninə qoydu.
– Bağışlayin…
Qoca:
– Yox, yox, onsuz da arabir dərdləşməyə kimisə axtarıram. Bu gün də bəxtimə siz çıxmısınız.
Danışmağa tərəddüd etməyi qoca rəssamın gözlərindən oxunurdu. Lakin bununla belə önündəki- adını belə bilmədiyi bu gənc onun üçün elə bir doğma insana çevrilmişdi ki, daxilində baş qaldırmış təlatümü sakitləşdirmək, dərdini bölüşmək istədi.
Qoca:
– Rəssamlıq Akademiyasını bitirdikdən sonra Vətənə döndüm.Çox keçmədi öz yerim, emalatxanam, azacıq da imkanım yarandı. Pul sarıdan korluq çəkmirdim.Üç il sonra evləndim. Həyat yoldaşım həkim idi. Sonra oğlumuz oldu. -O ,əlini tabloya sarı uzatdı.
-Bax bu bizim bağ evimizdir. Atamdan qalmışdı. Lakin ünvanıma Almaniyadan gələn bir dəvət hər şeyi dəyişdi. Hələ cavan yaşlarımda xaricdə yaşamaq arzusu ürəyimdə yer almışdı. Bu dəvət isə həmin istəyi daha da alovlandırdı. O zaman sovet hakimiyyəti dövrü idi. Xaricə köçmək o qədər də asan deyildi. Fikrimi qətiləşdirdim. Arvadımsa təklifimi qəbul etmədi. Çünki o, torpağa Vətənə bağlı bir qadın idi. Bakıda yaşamağı daha üstün tutdu.
Gənc maraqla qocanı dinləyirdi. Lakin gözlənilmədən onun sözünü kəsdi.
Almaniyaya köçdükdən sonra siz ailənizin sonrakı taleyi ilə heç olmazsa məktubla da olsa maraqlandınızmı?
Qoca əlini saçlarına çəkib, başını qaldırdı:
– Əslində, o dövr üçün bu olduqca çətin bir məsələ idi. Ancaq yenə də imkan etmək olardı. Mənim isə başım işimə elə qarışmışdı ki, hər şeyi unutmuşdum. Əvvəllər bəxtim gətirdi.Tablolarım sərgilərdə nümayiş etdirilir, məqbul qiymətə satılırdı. Lakin çox keçmədən unudulmağa başladım. Çəkdiklərim heç kəsi maraqlandırmırdı. İyirmi ildən sonra yenidən Vətənə döndüm.
Qoca rəssamin söhbətindən gənc həyəcanlanmışdı. Və ayağa qalxıb müsahibi ilə üz-üzə dayandı. Deyəsən, getməyə hazirlaşırdı. O səbəbdən sonuncu sualı qocya ünvaniadı.
İndi necə, ailəniz haqqında bir şey öyrənə bilmisinizmi?
Qoca rəssam ümidsizliklə başını yellətdi:
– Çox təəssüf, harada olmaqları barədə bu günə qədər heç bir məlumatım yoxdur. Sonra əlavə etdi:
– Əslində, axtarmaq üçün özümdə cəsarət tapa bilmirəm.
Qoca artıq ürəyini boşaltmışdı . Qonağın nə deyəcəyini gözləməyib yenidən tablonun qarşısına keçdi. Daxilində yüngüllük hiss etsə də fırçanı əlinə götürməyə tələsmirdi .
Qoca rəssam siqaret yandırıb fikrə getmişdi. Bir az əvvəl həmsöhbət olduğu gəncin otaqdan nə vaxt çıxdığını belə hiss etmədi.
Xədmətçi qadinin səsi onu xəyallarından ayırdı.
– Oqtay müəllim, o rəssam qapıdan çıxarkən, bu zərfi mənə verdi. Dedi ki, sizə çatdırım.
Qoca tələsik zərfi açdı. İçərisindəki köhnə saralmış foto-şəkli əlinə alınca diksindi. İkimərtəbəli evin qarşısında üçtəkərli velosipeti minmiş 5- 6 yaşlarinda uşaq zil-qara gözlərini ona zilləmişdi.
O gah körpəyə, gah da evin üstündəki kirəmidlərə baxdı. Və nə edəcəyini bilmədi.
Sonra qaçıb küçəyə çıxdı. Lakin burada ötüb -keçən avtomobillərin səsindən başqa heç nə yox idi…
Rəssam tablonun önündə çömbəlib başını ovuclarının arasına almışdı. Onun iniltiləri kəsilmək bilmirdi. Bir qədər kənarda duran xidmətçi qadın zorla bu sözləri eşidə bildi
Qaragözlum, qaragözlüm, mən sarsaq, qoca, qoca sarsaq…

