“Defending Human Rights LLC” rəsmi fəaliyyətə başladı: İsmayıl Zalovun rəhbərliyi altında

İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ – ƏDALƏTƏ VƏ QANUNUN ALİLİYİNƏ YENİ ADDIM

İnsan hüquqlarının qorunması, vətəndaşların hüquqi maarifləndirilməsi və qanunun aliliyinin təşviqi istiqamətində mühüm addım atılıb. “İnsan Hüquqları Müdafiəsi” MMC – “Defending Human Rights LLC” rəsmi olaraq fəaliyyətə başlayıb.

Təşkilatın təsisçisi və rəhbəri Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovdur.

Yeni yaradılan təşkilatın əsas məqsədi insan hüquq və azadlıqlarının müdafiəsinə, pozulmuş hüquqların bərpasına, vətəndaşların hüquqi savadlılığının artırılmasına və beynəlxalq hüquq standartlarının təbliğinə töhfə verməkdir.

Hüquq, ədalət və insan amili

“İnsan Hüquqları Müdafiəsi” MMC fəaliyyətində vətəndaşların pozulmuş hüquq və azadlıqlarının qorunmasına xüsusi diqqət yetirməyi, milli və beynəlxalq qanunvericilik çərçivəsində hüquqi müdafiənin imkanlarını təşviq etməyi qarşıya məqsəd qoyur.

Təşkilat həmçinin cəmiyyətin hüquqi maarifləndirilməsi, insanların öz hüquq və vəzifələrini daha yaxşı bilməsi, hüquqi düşüncənin inkişaf etdirilməsi istiqamətində müxtəlif layihə və tədbirlər həyata keçirməyi planlaşdırır.

İnsan hüquqları universal dəyərdir. Bu baxımdan beynəlxalq hüquq normalarının və qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və tətbiqi təşkilatın fəaliyyət istiqamətlərindən birini təşkil edir.

“Mən Azərbaycan Respublikasına xidmət edirəm”

Beynəlxalq Hüquq Müdafiəçisi İsmayıl Zalovun rəhbərliyi ilə fəaliyyət göstərəcək “İnsan Hüquqları Müdafiəsi” MMC-nin əsas fəaliyyət fəlsəfəsini bir cümlə ilə ifadə etmək mümkündür:

“Mən Azərbaycan Respublikasına xidmət edirəm!”

Bu ifadə yalnız bir şüar deyil, hüquqa, dövlətə, insanlara və ədalət prinsiplərinə xidmət etmək məsuliyyətini ifadə edən mövqedir.

Yeni təşkilatın fəaliyyətinin hüquqi maarifləndirmənin genişlənməsinə, insan hüquqlarının müdafiəsi sahəsində təşəbbüslərin artmasına və cəmiyyətdə hüquq mədəniyyətinin daha da inkişafına töhfə verməsi qarşıya qoyulan əsas hədəflərdəndir.

“Defending Human Rights LLC” – insan hüquqlarının müdafiəsi, hüquqi maarifləndirmə və ədalət naminə yeni bir fəaliyyət platformasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir