“İnklüzivliyin Sirri – 12” adlı konfrans uğurla baş tutdu

19 sentyabr tarixində Çinar Plaza-da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində inklüziv cəmiyyətin qurulmasına həsr olunmuş “İnklüzivliyin Sirri 12” adlı konfrans keçirilib.

Tədbir Inclusive Organization Company və “Ümidlə Gəl” xeyriyyə layihəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfrans Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin rəsmi tərəfdaşlığı, “Ümid Yeri” İnklüziv İnkişaf Mərkəzi, Legend Company və “Əbədi Birlik” İB-nin təşkilati dəstəyi ilə keçirilib.

Konfransın əsas məqsədi inklüziv cəmiyyət ideyasının təşviqi, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, onların potensial imkanlarının üzə çıxarılması istiqamətində mütəxəssislərin rolunun vurğulanması, eləcə də ictimai maarifləndirmənin gücləndirilməsi olub.

İki paneldən ibarət olan konfransda dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, təhsil, səhiyyə, psixologiya və inklüziv inkişaf sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak edərək aktual mövzular ətrafında çıxışlar ediblər.

Tədbirin iştirakçıları sırasında AktualXəbər.az informasiya xəbər portalının rəhbər heyəti və əməkdaşları da xüsusi dəvət əsasında iştirak ediblər. Portalın rəhbər heyəti və əməkdaşları tədbirə böyük maraq göstərərək konfransda fəal iştirak edib, inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslərə öz dəstəklərini nümayiş etdiriblər.

AktualXəbər.az kollektivinin tədbirdə iştirakı, sosial əhəmiyyətli layihələrə və ictimai maarifləndirməyə verdiyi önəmi bir daha nümayiş etdirib. Portalın rəhbərliyi və əməkdaşları belə mühüm tədbirlərdə iştirak etməklə inklüziv dəyərlərin cəmiyyətdə daha geniş şəkildə təbliğinə və bu mövzuların ictimaiyyətə çatdırılmasına öz töhfələrini veriblər.

Konfransın sonunda inklüziv dəyərlərin təbliğinə və layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə bir sıra şəxslər təltif olunublar.

Tədbir iştirakçıların yaddaşında inklüzivlik, sosial həmrəylik və bərabər imkanların təşviqi istiqamətində mühüm addımlardan biri kimi qalıb.

Mədəni-Niyyət qəzeti “Yenideyer.az”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir