Tanınmış tarixçi alim, şair və tədqiqatçı-publisist Leyla Məcidovanin ilk kitabı: “Dünya niyə sevilməsin?”
Bu gün mənim üçün sevincli olduğu qədər də, kədərlidir.
Ruhun vəsiyyəti, illərin əməyi və böyük bir vəfanın hekayəsi, “Dünya niyə sevilməsin?” adlı ilk şeir kitabım işıq üzü gördü!
Hər sətirində qəlbimin bir döyüntüsü, hər misrasında ömrümün bir anı gizlənən bu kitab mənim üçün, sadəcə, bir poeziya toplusu deyil. Bu kitab mənim cəmiyyətdəki, elmdəki və həyatdakı yerimin bünövrəsini qoyan, hər zaman mənə yol göstərən, işığı ilə yolumu aydınladan əziz ustadım, mərhum professor Məsud Məmmədovun mənə ən böyük vəsiyyəti və əmanətidir.
Məsud müəllim mənim şeirlərimi yığıb çapa verməyimi çox israr edirdi, sanki bu misraların insanlara çatmasını ürəkdən arzulayırdı. Nə qədər təəssüf ki, o, bu günü görə bilmədi… Amma nə yaxşı ki, vaxtında şeirlərimi ona göstərdim və nə yaxşı ki, bu kitabın “Ön söz” müəllifi məhz mənim əziz ustadım oldu! Onun müqəddəs ruhunun bu gün şad olduğuna, bizləri izlədiyinə bütün qəlbimlə inanıram.
Bu kitabı ərsəyə gətirməkdə, bu dünyanı sizlərlə paylaşmaqda məqsədim, qəlbimdəki sevgini, insanlığa və vətənə olan vəfanı sətirlərlə bölüşməkdir. Ümid edirəm ki,vərəqlədikcə, hər birinizin qəlbinə toxunacaq, ruhunuzu isidəcək bir misra tapılacaq.
Hər birinizə dərin hörmət, sevgi və ustadıma sonsuz ehtiramla…..
İslanıb hər sətir göz yaşımızla,
Ustadın duası, sözü var burda.
Biz elmdə ucaldıq daxılımızla,
Məsud müəllimin izi var burda.
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru, dosent
Lənkəran Tarix Diyarşünaslıq Muzeyinin
direktoru

