“Azərbaycan hüquq sistemi beynəlxalq səviyyədə etibarlı model kimi qəbul olunur” – İsmayıl Zalov

ARHD.az saytınin rəhbəri, hüquq eksperti, hüquq üzrə fəlsəfə doktoru İsmayıl Zalov hazırda Avropa səfərindədir. Səfər çərçivəsində o, Avropanın tanınmış hüquqşünasları və ekspertləri ilə bir sıra mühüm görüşlər keçirib. Görüşlər zamanı hüququn müasir çağırışları, beynəlxalq əməkdaşlıq və hüquqi islahatlar mövzularında dərin və faydalı müzakirələr aparılıb.

İsmayıl Zalov görüşlərdə Azərbaycan hüquq sisteminin inkişaf istiqamətləri və dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyətindən danışaraq bildirib ki, bu gün Azərbaycan hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər əldə edib. O, qeyd edib ki, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti, Prokurorluğu, Daxili İşlər Nazirliyi və digər hüquq-mühafizə orqanları ölkə vətəndaşlarına layiqincə xidmət edir, qanunların aliliyini təmin etmək istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərirlər.

İsmayıl Zalov çıxışı zamanı həmçinin vurğulayıb ki, Azərbaycanda siyasi məhbus anlayışı yoxdur – hər bir şəxs qanun qarşısında bərabərdir və vətəndaşların azadlıq hüquqları dövlət tərəfindən tam şəkildə qorunur. Onun sözlərinə görə, bu, Azərbaycan dövlətinin insan hüquqlarına və ədalət prinsipinə verdiyi önəmin bariz göstəricisidir.

Avropalı hüquqşünaslarla keçirilən görüşlərdə Azərbaycanın hüquq sisteminin beynəlxalq səviyyədə nümunə kimi tanınması, eləcə də dövlətin insan haqlarına yönəlik siyasətinin müsbət qiymətləndirilməsi xüsusi vurğulanıb.

Səfərin əsas məqsədi Azərbaycan və Avropa hüquq ictimaiyyəti arasında əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və hüquqi islahatların müasir tendensiyalarına uyğun şəkildə inkişaf etdirilməsidir.

İsmayıl Zalovun bu səfəri bir daha göstərdi ki, Azərbaycan hüquq elmi və praktikası beynəlxalq səviyyədə güclü və nüfuzlu mövqeyə sahibdir. O, ölkəmizin hüquq sahəsində qazandığı uğurları Avropa auditoriyasına peşəkarlıqla təqdim edərək, Azərbaycanın müstəqil, ədalətli və şəffaf hüquq sisteminə malik olduğunu bir daha sübut etdi.

Xüsusi müxbir: Ramil Abışov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir