İctimai məsuliyyətsizlik: evi tərk edən 10-dan çox “COVID-19” xəstəsi saxlanıldı və cinayət işi açıldı

Koronavirusa yoluxub evdən çıxan 8 nəfər saxlanılıb

Azərbaycanda koronavirusa yoluxduğu halda ictimai yerlərə çıxaraq virusun yayılmasına səbəb olan bir neçə şəxs saxlanılaraq barələrində cinayət işi başlnaılıb.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətindən Yenimedia.net portalına verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan, rayon sakini, Orxan Orucovun ev şəraitində müalicə almasına baxmayaraq, təsərrüfatına baş çəkmək üçün yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib. 

Qubada karantin postunda xidmət aparan polis əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar. Araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib. S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna gedmək istəyib. 

Koronavirusa yoluxmuş Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova da Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar. 

Koronavirus pandemiyasına yoluxmuş Tərtər rayon sakini M.Əliyev yaşadığı ünvanı tərk edərək rayon ərazisində aşkar olunub.
Xaçmaz rayon sakini Eldosi Quliyev COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Ağcabədidə 2 nəfər rayon sakini – H. Rzayev və F. Muradova koronavirus pandemiyasına yoluxmaqlarına baxmayaraq yaşadıqları ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduqları müəyyən edilib. 

Polis əməkdaşları tərəfindən həmin şəxslər dərhal müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana göndərilib. 

Onlar barəsində müvafiq RPŞ-lərdə Cinayət  Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.

Azərbaycanda dünən koronavirusa yoluxduğu halda evdən çıxaraq ictimai yerlərə gedən 10-dan çox şəxs saxlanılıb.

Tovuz rayonu İbrahimhacılı kənd sakini Sakit Gülməmmədovun ev şəraitində müalicə almasına baxmayaraq, Qazax rayonuna getməsi aşkarlanıb.

Astara rayonunun Kijəbə qəsəbəsinin sakini Vüsal Babayev və Maşxan kənd sakini F.Babayevaya “COVID-19” infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, onların yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və saxlanılaraq yaşadıqları ünvanlara geri qaytarılıblar. Bu günə qədər Astarada yaşayış yerini tərk etmiş 5 nəfər koronavirus xəstəsi barəsində cinayət işi başlanılıb və hazırda istintaqı davam etdirilir.

Göyçay rayonunun Kürdəmiş kənd sakini Nicat Babaşov koronavirusa yoluxsa da, evi tərk etdiyi üçün saxlanılıb.

“COVID-19” testinin nəticəsi pozitiv olan Ağsu şəhər sakini Gülalı Əliyev rayon ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb, həkimlərin də iştirakı ilə yaşadığı evə geri qaytarılıb.

Quba rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi, rayon sakini Mübariz Şirinov saxlanılıb. O, qaydaları pozaraq Bakı şəhərinə getmək istəyib. 

Oxşar faktlar Siyəzən, Xaçmaz və Xızı rayonlarında da qeydə alınıb. Belə ki, Siyəzən Rayon sakini Yusif Vəliyevə, Xaçmaz rayon sakini Sərdar Sərdarova və Xızı rayon sakini Səfaqət Abasovaya “COVID-19” infeksiyası testlərinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin onlar yaşayış yerlərini tərk ediblər. 

Ağcabədi rayonunda “COVID-19” xəstələri kimi qeydiyyatda olan rayon sakinləri – E. Vəlili, F. Bəşirov və F. Məmmədovun yaşadıqları evləri tərk edərək karantin qaydalarını kobud şəkildə pozduqları müəyyən edilib. Həmin şəxslər müəyyən edildikləri ərazidən polis əməkdaşlarının müşayiəti ilə müalicə aldıqları ünvanlara aparılıblar.

Bərdə rayonunda koronavirus pandemiyasına yoluxmuş sakin G.Əsədov karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi  müəyyən edilib. Həmin şəxs rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb. 

Qeyd edilən hər bir faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində ev şəraitində müalicə alan koronavirus xəstəsi Xırdalan şəhərində yaşayan Elnarə Hüseynova saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Onnn evini tərk edərək aptekə getməsi isə kameralar tərəfindən lentə alınıb. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə E.Hüseynova yaşadığı evə qaytarılıb. Onun barəsində toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. E.Hüseynova barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Analoji tədbir Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən də həyata keçirilib.

Belə ki, aktiv koronovirus xəstəsi olan Xətai rayonu M.Hadi küçəsində yaşayan Faiq Hüseynova həkimlər tərəfindən ev şəraitində müalicə təyin edilib. Bu şəxs isə qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanılıb. Faiq Hüseynov barəsində Xətai RPİ-nin İstintaq Şöbəsind Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Evdən çıxan koronavirus xəstələrinə cinayət işi açıldı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir