e-Debat: ictimai nəqliyyatda – avtobusda qadınlara yer vermək lazımdır?! Aydın Xan Əbilov yazır
e-Debat; avtobusda qadınlara yer vermək lazımdır?!
İctimai nəqliyyatda kişilər qadınlaraniyə yer vermirlər probleminə əks arqumentlərim…
1) Hər kəs ictimai nəqliyyatda 40 qəpiyə bilet alır, bəs bu ayrımçılıq nəyə lazım?
2) Məmurlar zəhmət çəksin uzun yola o qədər avtobus buraxsınlar ki, sərnişinlər oturmaq üstə saçyonduya getməsinlər;
3) Məsələn, Maştağa dindarların yaşadığı kənddir, orada naməhrəmlərin bədən təmasına pis baxırlar və ictimai nəqliyyatda neçə dəfə olub ki, avtobusun əyləci zamanı qadına toxunan kişilər və oğlanlar şərə düşüb, dava başlayıb;
4) Kişi və qadın – gender bərabərliyi ancaq qadınlaramı şamil olunur bu məmləkətdə;
5) Bəlkə avtobusda oturan gənc oğlan xəstədir, ya da səhər tezdən gecəyə qədər sizlərə restoran və şadlıq saraylarında hamballıq, qulluq etdiyindən, enerjisini boşuna vermək istəmir: yeri gəmişkən, azmı olub xanımlar toyda ofisantlara fors edib, göz süzüb hədər yerə davalar saldırmısız?!
6) Kişilər hər zaman fiziki hərəkətdədir, vay siz qadınların halına ki, evdə divan, binada lift, məkan dəyişəndə maşın, işdə kreslonun badına – hərəkətsizliyin ölümünə razılaşırsır: heç olmasa avtobusda fiziki gərginlikdə sağlamlığınızı tapın;
7) Konstitusiyaya görə hər yerdə vətəndaş bərabərliyi varsa, qadınlar hansı haqla kişilərin haqqına girir: sabah o dünyada – Tanrının dərgahında cavabını verə bilərsizmi!?
8) Dünyanın heç bir məmləkətində “Qadınlara avtobusda yer verin!” kimi şivən hərəkət yoxdur;
9) Əgər sivil cəmiyyətlərdə qadına, yaxud yaşlı adama yer versəniz, sizi polisə verərlər ki, zəifliyimi və yaşımı ətrafdakılara bəyan etməkdə zövq alırsız.
10) Xanımlar, niyə özünüzü zəif və gücsüz göstərirsiz: bu hal incəlik deyil, acizliyinizi göstərir…
P.S. Şərhimə Fatmanisələr deyil, intellektaul xanımlar rəy bildirsinlər, əks-arqumentlər bildirsinlər.
P. P.S. Mən xəstə anamı 76 yaşlı məhz hərəkət etdirməklə, işlətməklə, fiziki gərginliklə həyatda saxlaya bilmişəm, halbuki onun həmyaşıdları çoxdan dünyasını dəyişib…
Aydın Xan Əbilov

