Ədəbiyyatşünas alim Qurban Bayramovun anadan olmasının 70, İnstitutda fasiləsiz işlədiyinin 47 illi: fikir tariximizdən

23 iyun 2016-cı ildə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun açıq Elmi Şürası olmuşdur. Elmi Şurada qoyulan məsələlərdən biri də, İnstitutun əməkdaşı, aparıcı elmi işçi Qurban Bayramovun anadan olmasının 70 illiyini, İnstitutda fasiləsiz işlədiyinin 47 illiyini qeyd etmək idi.

Elmi Şuranın iclasını İnstitutun direktoru, Şuranın sədri, Akademik İsa Həbibbəyli açdı və Qurban Bayramovun elmi fəaliyyətini yüksək dərəcədə qiymətləndirdi, ürək sözlərini səmimi şəkildə ifadə eləd.

Yubilyarın yaradıcılığı barədə məruzə etmək üçün sözü İnstitutun “Müasir Ədəbiyyat” şöbəsinin müdiri, f.e.d., tənqidçi-ədəbiyyatşünas Tehran Əlışanoğluna (Mustafayev) verdi. Tehran müəllim çox dəyərli, elmi arqumentlərə söykənən, yubilyarın yaradıcılığı barədə obyektiv və ətraflı məruzə elədi.

Sonda Akademik İsa Həbibbəyli yubliyara İnstitutun “Fəxri diplom”unu təqdim elədi, Elmi Şuranın qərarı ilə Qurban Bayramovun 2 cildlik “Seçilmiş əsərləri”nin nəşrinin hazırlanıb capını tövsiyyə elədi.

P.S: Bu qədirbilənliyə və hörmətə görə İnstitutun direktoru, Akademik İsa Həbibbəyliyə, məzmunlu məruzəsinə görə f.e.d. Tehran Əlişanoğöluna, Elmi Şuranın üzvlərinə, İnstitumuzun əməkdaşlarına ürəkdən təşəkkürümü bildirirəm!!

P.P.S. Bu tədbirdə bir mühüm məqamı da xatırlatmaq istərdik. Yubliyarın ünvanına onlarla təbriklər gəlmişdi ki, onların müəyyən bir qismi tədbirdə nəzərə çatdırıldı. Tədbir iştirakşıları bütün təbrikləri, o cümlədən Xalq yazıçısı Elçinin teleqrammasını rəğbətlə qarşıladılar. Elçin müəllimin teleqrammasını diqqətinizə çatdırır, təbriklər göndərən bütün qələm dostlarıma, oxuculara minnətdarlığımızı bildiririk.

TELEQRAM

Xalq yazıçısı, Azərbaycan Respublikası Baş Nazirinin müavini Elçin Əfəndiyevdən:


Əzizim Qurban!
Səni, müasir ədəbiyyatşünaslığımızın görkəmli nümayəndəsini yetmişilliyin münasibətilə ürəkdən təbrik edirəm!
Sənin bu yetmişilliyin uzun illər bundan əvvəlki o Qurbanı mənim yadıma saldı ki, hər gününü ədəbiyyatın maraqları ilə yaşayan gənc bir aspirant idi və bu aspirant böyük bir həvəslə, şövq və prinsipiallıq ilə elə həmin ədəbiyyat maraqlarının təəssübünü çəkirdi.
Və mənim üçün xoşdur ki, o həvəs və təəssübkeşlik bu gün də səninlə bir yerdədir. Bu gün də, sən eyni həvəs və sənət təəssübkeşliyi ilə yazırsan. Sənin yaradıcılıq diapazonun genişdir və sən ədəbiyyatımızın müxtəlif sahələrini ehtiva edən ədəbiyyatşünas-tənqidçi sözünü deyirsən.
Əziz qələm dostum!
Səni, bir daha, ürəkdən təbrik edir, cansağlığı, xoşbəxtlik və yeni-yeni yaradıcılıq uğurları arzulayıram!..
Hörmətlə, Azərbaycan Respublikası Baş Nazirinin müavini, xalq yazıçısı Elçin.
O7.06.20016. saat: 12:43:04.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir