“Zəfərin qəhrəman aslanları” tammetrajlı sənədli filmin Lənkəranda təqdimatları. AGF və YYSİB-nin kreativ layihəsinin
Zəfərin qəhrəman aslanları
Tammetrajlı sənədli filmin Lənkəranda təqdimatları
YYSİB-nin kreativ layihəsinin və çəkilmiş sənədli filmin ictimai təqdimatı Bakıdan gələn tanınmışların iştirakı ilə Lənkəran rayonunun Heydər Əliyev Mərkəzi, Ləj, Haftoni kənd orta məktəbləri və Aşağı Nüvədi qəsəbəsindəki şəhid xatirə guşələrində – filmin qəhrəmanlarının doğma yurd yerlərində keçirilib.
Səndəli film Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin həyata keçirdiyi üçaylıq “”Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi”” kreativ layihəsi çərçivəsində istehsal olunub.
Azərbaycan Respublikasının Gənclər Fondunun 16-cı Qrant Müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi tərəfindən üç ay 20 dekabr 2022 – 20 mart 2023-cü il tarixlərində reallaşdırılacaq “Zəfərin zirvəsi”: Vətən müharibəsindəki qələbəmizin virtual-kreativ salnaməsi” layihəsi həyata keçirilməyə başlayıb. “Gənclər arasında milli mənəvi dəyərlərin, ailə dəyərlərinin, əxlaq və etika normalarının təbliği” istiqaməti üzrə keçirilməsinə başlanılan fəliyyətlər haqqında YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilov geniş məlumatları media üçün açıqlayıb. Kulturoloji-innovativ layihəsinin əsas məqsədi, adından da göründüyü kimi, II Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizin İKT alətlərindən, yeni imkanlarından yararlanaraq kreativ innovasiyalar və kulturoloji formatlarda yeni nəsil nümayəndələrinə, indiki və gələcək nəsillərə çatdırmaqdır.
Layihə həm real, həm də milli İnternet resurslarını, Qlobal İnformasiya məkanında anadilli kontentlərini zənginləşdirməklə, yazılı və audio-vizual formatlarda yeni məhsullar ortaya qoymaqla, gənclər arasında milli-mənəvi dəyərlərin populyarlaşmasına səbəb olacaq, qazi və şəhid ailələrin nümayəndələrinə sayğı və sevgini yüksəltməyə xidmət edəcək.
Layihənin əsas hədəfi Qarabağda şəhid olmuş iki Lənkəranlı qəhrəman – Kamran Əliyev və Romir Əliyev simasında müharibə iştirakçıları haqqında sənədli film çəkmək, İnternet TV formatında veriliş hazırlamaq, onların geniş yayımı, sosial şəbəkələrdə tanıtımını təşkil etməkdir.
Feysbukda ayrıca Virtual Resurs yaratmaq, Vətən müharibəsinə həsr olunmuş müəlliflərin əsərləri, şəhidlər haqqında yazılardan ibarət rəqəmsal kitabların hazırlanması, yayımı, Bakı və Lənkəranda 2 təqdimat mərasiminin təşkili nəzərdə tutulub. Qarabağ müharibəsi/münaqişəsi tarixi, mədəniyyəti, abidələri, savaşları haqqında, eyni zamanda yerli yaradıcı insanlarının əsərlərindən ibarət elektron nəşrlərin hazırlanması, ayrıca mini e-kitabxana bölümünün yaradılması / yayımı, tanıtımının təşkili nəzərdə tutulub.
Layihədə gənclər, eləcə də müxtəlif yaşda, cinsdə, fərqli intellektual səviyyədə olan şəxslər – real olaraq: Bakı şəhərində və Lənkəran rayonunda yaşayanlar, şəhid və qazi ailələrinin nümayəndələri, qazilər, kənd icmasının nümayəndələri, oxucular, İnternet istifadəçiləri, yaradıcı şəxslər, müəlliflər, virtual ədəbiyyatla maraqlanan yeniyetmələr, yaradıcı-kreativ gənclər bəhrələnəcək. Virtual olaraq: İnternet və sosial şəbəkələr vasitəsilə respublikanı, eləcə də dünyada yaşayan yeni nəsil nümayəndələri – xaricdə yaşayan soydaşlarımız, gənclər və tələbələri əhatələnəcəklər. Azərbaycanda və xaricdə yaşayan məktəblilər, yeniyetmələr, gənclər, tədqiqatçılar, xüsusi qayğıya ehtiyacı olan gənclər, yaradıcılıq qabiliyyətlərinin və alternativ – məsafəli təhsil imkanlarının artırılmasına, elektron təhsil vasitəsilə çalışanlar, İnternet istifadəçiləri, kitabxanaçılar, müəllimlər və başqaları yararlana biləcək. Təklif olunan layihənin yetərincə təbiği və ictimaiyyətə çatdırılması işi düzgün işlənmiş media-plan vasitəsilə reallaşdırılacaq.
Layihənin təqdimi və təbliğinə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın möhtəşəm qələbəsi, Qarabağdakı Zəfərlə bağlı həqiqətlərin tanıdılması, Lənkəranlı qəhrəmanların igidliyi, əsərlərin geniş yayılmasına səbəb olacaq. İnternet resursları, sosial mediada, ayrıca saytlarda televiziyada və mətbuatda mövzu/layihə haqqında rəylər, fikirlər, məqalələr çap olunacaq, müzakirə xarakterli reportaj və süjetlər hazırlanacaqdır.
YeniMediaTV təqdim edir: bu, bir kreativ maarifçilik telekanalıdır. Vətəndaş Cəmiyyəti Alyansı, Yeni Yazarlar və Sənətçilər İB – www.kitabxana.net, www.Yenimedia.net və YeniMediaTV portallarının birgə tele-layihəsi. Yeni Yazarlar və Sənətçilər İctimai Birliyi, Yenimedia.net sosial-analitik saytın, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın, “Oscar Prodakşn” MMC-nin yaradıcı-texniki dəstəyi ilə YeniMedia TV-nin birgə istehsalı. YeniMedia TV-nin hazırladığı silsilə verilişlər:

/ yenimediatvaz
Layihə rəhbəri, YYSİB sədri, yazıçı-kulturoloq, Aydın Xan Əbilov TV-nin rejissoru: Mir Cəmal İcraçı direktoru, operator: Hidayət – Ayxan Əbilli Hidayət – Ayxan Əbilli Musiqi tərtibatı: Nihad Əbilli Bakı – YeniMedaiTV – 2022 AGF və YYSİB layihəsi

