Lənkəranda “Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu” kitabının təqdimatı keçirilib

Adını hərb tarixinə qızıl hərflərlə yazan, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun ev-muzeyində Həcər Fərhad qızı Nəsirovanın qələmə aldığı “Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona bölməsinin sədri Qafar Cəfərli,  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin sədri İlham Qurbanov və müavini Saleh Dostiyev, qazilər, yazıçılar, media nümayəndələri, mədəniyyət işçiləri və digər qonaqlar iştirak ediblər. 

Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən təqdimatda giriş sözü ilə çıxış edən Regional İdarənin rəisi Şahin Şahbazov  “Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu” kitabının gənc nəslin vətənpərvər, milli ruhda böyüməsi, qəhrəmanlarımızın yaxından tanınmasına üçün dəyərli vəsait olduğunu qeyd edib. Qəhrəmanlıq tarixi yazan qəhrəmanlarımız hər zaman Azərbaycan xalqının qəlbində yaşayacağını və onlar haqqında neçə-neçə kitablar, məqalələr yazılacağını deyib. Ş.Şahbazov kitabın müəllifi olan Həcər Nəsirovaya belə bir uğura imza atdığı üçün təşəkkür edib. Ona bu yolda yeni-yeni yaradıcılıq uğurları arzulayaraq çıxışını yekunlaşdırıb.

Sonra çıxış edən Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona bölməsinin sədri Qafar Cəfərli, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Lənkəran Rayon Şöbəsinin  sədri İlham Qurbanov, “İctimaifikir.az” xəbər portalının rəhbər müavini, jurnalist Mahilə Qurbanova, şair Məmməd Həbib və başqaları nəşrin əhəmiyyətini yüksək qiymətləndirərək Həzi Aslanovun döyüş yolundan söz açıblar.

Sonda “Həzi Aslanovun qəhrəmanlıqla dolu həyat yolu” kitabının müəllifi Həcər Nəsirova kitab haqqında geniş məruzə edib. Həmçinin, qeyd edib ki, kitabın ərsəyə gəlməsində əməyi keçən şəxslərə, eləcə də tədbir iştirakçılarına təşəkkürünü bildirib.

Tədbir bədii proqramla davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir