Ekoloji təmiz kənd kampaniyası – təcrübələrin tətbiqi . Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyi “Ekoloji təmiz kənd kampaniyası-təcrübələrin tətbiqi” adlı ekoloji layihəsinin icrasına başlayıb.

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyindən verilən məlumatlara görə,  2022-ci ilin 05 sentyabrdan başlayan, 2 ay müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə iqtisadi və mədəni səviyyəsi fərqli olan seçilmiş iki kənddə Lənkəran rayonunun Aşağı Nüvədi və Kənarmeşə kəndində ekoloji təmiz və cəlbedici yaşayış mühitinin yaradılmasına, onların respublikamızın başqa bölgə kənd yerlərinə nümunə olmasına nail olmaqdır.

“Layihəmizdə iki kənddə (Lənkəran rayonunun Aşağı Nüvədi və Kənarmeşə kəndində) ekoloji monitoriqlərin, araşdırmaların aparılması və yerli ekoloji problemlərin müəyyən edilməsi, cəlbedici kənd mühitinin yaradılması üçün tövsiyyələrin hazırlanması, yerli icmalara və dövlət orqanlarına  təqdim edilməsi nəzərdə tutulur.

Ekoloji böhranı qarşılaşmaq üçün dünya və yerli təcrübələrdən yararlanaraq, ətraf mühitin mühafizəsi, bio-müxtəlifliyin qorunması, təmiz yaşayış məntəqələrini dövrümüzün eko-etik normalara, dəyərlərə çevirməyin vaxtı yetişib. Kənd yerlərində əhalinin sürətlə yaşlaşması, ətraf mühitin korlanması, məişət tullantılarının yığılmasındakı çətinliklər, zibillərin hara gəldi atılması, ağacların kəsilməsi, çayların və kanalın sularının çirçləndirilməsi və belə kəskin ekoloji duruma insan faktorunun get-gedə daha çox təsir etməsi günümüzün problemli reallıqlarını təşkil edir. Paytaxt Bakıda nisbətən sahmana düşən bu proseslər, bölgələrimizdə, kənd və qəsəbələrimizdə aktuallığını hələ də saxlamaqdadır.

Təəssüflər olsun ki, bir sıra hallarda problemlər sadəcə nəzəri baxımdan araşdırılır, hesabatlar yazılır, tədqiqatlar aparılır, amma əməli iş görülmür. Odur ki, hər sahədə kənd sakinlərinin maarifləndirilməsinə böyük ehtiyac duyulur.

Xalqımıza xas qədim və zəngin milli adət-ənənələrin real ünvanı olan kəndlərimiz müasir ekoloji və etnoqrafik yanaşmalardan kənarda qalır, çox zaman bu sahədə ölkədə əldə olunan nailiyyyətlərdən xəbərsiz olurlar.

Kəndlərdə məişət və təsərrüfat tullantıları üçün xüsusi yerlər ayrılmır, tullantıların daşınması və təkrar emalı istiqamətində demək olar ki, heç bir iş görülmür.

Beləliklə, kənd sakinləri evlərində və həyətlərində toplanmış məişət və təsərrüfat tullantılarını xaotik şəkildə hara gəldi tullayır, münasib olmayan yerdə və şəraitdə yandırır və havaya zəhərli qazlar sovrulmasına səbəb olurlar.

Bütün bunların nəticəsi olaraq potensial epidemiya ocaqları yaranır, az qala hər addımda ziyanlı və zəhərli tullantıların ərzaq və içməli su mənbələrinə qarışması təhlükəsi yaranır, ekologiya çirklənir, flora və faunaya ciddi ziyan dəyir, kənd təsərrüfatı məhsullarının təmiz, sanitar şəraitdə istehsalı sual altında qalır, insanların sağlamlığı təhlükə ilə üzləşir.

Kənd yerlərində məişət tullantılarının planlı, operativ və mütəşəkkil qaydada toplanmaması, ərazilərin çirkli olması həmin yerlərdəki tarix və mədəniyyət abidələrinin aşkara çıxarılıb tədqiq edilməsinə mane olur, bölgəyə turistlərin cəlbi ilə bağlı problemlər yaradır. Bu mənada layihənin ideyasə Bakıdakı hazırlanaraq uğurla həyata keçirilən qabaqcıl təcrübələri eko-kampaniyaya çevirərək bölgələrdə yaymaqla ətraf mühitin qorunmasına kömək etməkdir. 

Azərbaycanın iqtisadi potensialı yüksək olan cənub bölgəsində, xüsusilə kənd yerlərində tarixdən və kökdən gələn təmizkarlıq, ekoloji və bioloji identikliyin mühafizəsi üçün görülən işlər, etnoqrafik yanaşmalar diqqətdən kənarda qalmaqdadır.

 Bunları nəzərə alaraq Bakı və turistik zona elan edilən cənub bölgəsi – Lənkəran rayonunun dənizə yaxın böyük yaşayış zonası, Aşağı Nüvədi və Kənarmeşə kənd yerli icra, bələdiyyələrin, KİV-nin iştirakı ilə ekoloji təmiz kəndlərin yaradılması üçün layihənin gerçəkləşdirilməsi nəzərdə tutulur.

Bu fəaliyyət zamanı layihə rəhbəri ilə işçilər arasında müqavilə bağlanacaq, dəftərxana ləvazimatları alınacaq, layihəyə cəlb olunmuş işçilərə layihənin həyata keçirilməsi ilə bağlı bir neçə gün təlim keçiriləcək, baner, sorğu vərəqəsi hazırlanacaq. Seçilmiş 4 kəndə görüləcək işlərlə bağlı plan hazırlanacaq.

İlkin olaraq, seçilmiş kəndlərdə layihə rəhbəri layihəyə cəlb olunmuş əməkdaşlarla bərabər monitorinqlər aparacaq və həmin 4 kəndin sakinləri ilə sorğular aparılacaq. Sorğunun aparılmasının əsas məqsədi əhalinin təmiz kəndlə bağlı nəyi bəyəndiyi, nəyi isə bəyənmədiyi aşkar edilsin,kəndlərdəki ekoloji problemlərin əsasən nədən ibarət olduğu üzə çıxsın. Bu isə öz növbəsində layihənin sonunda hazırlayacağımız hesabatda öz əksini tapacaqdır. Kəndlərdə kənd sakinləri, gənclərlə və məktəblilərlə birlikdə zibilliklərin təmizlənməsi və ağacların əkilməsi ilə bağlı aksiyalar keçiriləcək. Təmiz kənd haqqında sakinlərlə,gənclər və məktəblilərlə söhbətlər aparılacaq. Hər bir kəndin icra,  bələdiyyələrin və KİV-in nümayəndələri ilə birlikdə  dəyirmi masa keçiriləcək və problemlərin müzakirəsi aparılacaq .Yerli icra orqanlarına və bələdiyyələrə problemlərin həlli və ekoloji təmiz kəndlərin yaradılması  üçün müvafiq tövsiyyələr təqdim ediləcək. Kəndlərdə aparılan işlər çəkilən şəkillər və videolarda öz əksini tapacaq, aparılan sorğular da həmçinin. Layihədə gördülən işlərin hesabatını hər ay, şəkillər və videolarla bərabər donora təqdim edəcəyik. Sonda çəkilmiş vidiolardan vidio çarx hazərlanacaq və video çarxın təqdimatı olacaq.

Paytaxt Bakıda hazırlanaraq uğurla həyata keçirilən qabaqcıl təcrübələri eko-kampaniyaya çevirərək bölgələrdə yaymaqla ətraf mühitin qorunmasına kömək etmək üçün Yaşıllar hərəkatını gündəmə gətirmək fikrindəyik. 

Layihə həyata keçirilən kəndlər daimi olaraq diqqətdə saxlanılacaq, öyrədilən bilik və bacarıqların başqa kəndlərdəki vətəndaşlarımıza ötürülmüsinə çalışılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir