Sərq İslam ölkələri: “Çadıra yox, təhsil istəyirik!”, “Başı bağlı yox, zəkalı, yüksək şüur sahibinə çevrilmək istəyirik!” – YYSİB sədri Aydın Xan Əbilovdan aktual mövqe

“Çadıra yox, təhsil istəyirik!”, “Başı bağlı yox, zəkalı, yüksək şüur sahibinə çevrilmək istəyirik!” - SOSİOLOQ

“Şərq bölgələrində, xüsusən də İran və ərəb ölkələrində qız uşaqlarının hüquqları bu və ya digər dərəcədə tarixən də, indinin özündə də hər zaman pozulur”.

Bu sözləri Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, əslində, nə din, nə ilahiyyat, nə də şəriət bununla bağlı kəskin qadağaedici hər hansı bir məsələ irəli sürür: “Təəssüf olsun ki, bir çox insanlar, şəxslər öz məkrli niyyətlərini həyata keçirmək üçün Şərq ölkələrinin qadınlarına və xüsusən də qız uşaqlarına qarşı kəskin addımlar atmaqda yenə də davam edirlər.

Qız uşaqlarının cəmiyyətdə marginallaşdırılması, təhsildən yayındırılması, erkən yaşlarında dini kəbinlə ələ verilməsi, eyni zamanda onların sosial həyatda, demək olar ki, yox edilməsi və yaxud bu və ya digər dərəcədə ictimai-sosial sferada iştiraklarının sıfıra endirilməsi kimi addımların axırı həqiqətən də cəmiyyətin inkişafına deyil, onun daha da geriləməsinə səbəb olur.

İran, Əfqanıstan, İraq və ərəb ölkələrində indinin özündə də qadınlar və qızlar vaxtilə bizim XVIII–XIX–XX əsrlərin əvvəllərində apardığımız mübarizəyə uyğun mübarizəyə yaxın müqavimət göstərməyə çalışırlar. Təsadüfən bu ölkələrdə bir neçə qadının, qızın etiraz mitinqlərini görürük. Onlar “Çadıra yox, təhsil istəyirik!”, “Başı bağlı yox, ağlı açıq, zəkalı, idraklı, yüksək şüur sahibinə çevrilmək istəyirik!”, “Cəmiyyəti inkişaf etdirmək istəyirik!”, “Savadlı uşaqlar formalaşdırmaq və ölkəmizi qabaqcıl ölkələr sırasına çıxarmaq istəyirik!” şüarları ilə etiraz mitinqləri, müqavimət hərəkatları, aksiyalar təşkil edirlər.

Əlbəttə, o uşaqların öz yeniyetməlik və uşaqlıq dövrünü rahat və azad, sərbəst, xoşbəxt yaşamaları üçün bir çox Şərq ölkələrində nə qədər müxtəlif islahatlar aparılsa da, təəssüf olsun ki, bu və ya digər dərəcədə savadsız, dini fanatizmə güvənən şəxslər həmin istəkləri boğmağa çalışırlar.

Bəzi ölkələrdə siyasi hakimiyyətə də, həqiqətə də sərf edir ki, insanların bütövlükdə ictimai və sosial maraqları məhz belə mənasız hadisələrə yönəlsin və onlar da öz hakimiyyətlərini qorusunlar, inkişaf etdirsinlər.

Müsəlman Şərq ölkələrində baş verən bu hadisələr, əlbəttə ki, onların inkişafına çox mənfi təsir göstərib və biz hələ də geridə qalmış, münaqişələr və müharibələr içində çabalayan Şərq ölkələrini görürük. Hətta onlar neft milyardları qazansalar belə, milyonlara sahib olsalar da, son anda hansısa qüvvələr mane olur və həmin qazandıqları da müharibələrə, silahlara, münaqişələrə sərf olunur.

Baxımından, xanımların, qızların təhsilə, elmə, texnologiyalara önəm verməsi və öz cəmiyyətlərini də qabağa aparmaqla bağlı mübarizəsi həmişə dəstəklənməli və onlara sayğı ilə yanaşılmalıdır”.

Lətifə Musayeva

https://sia.az/az/news/education/1367445.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir