Mədəniyyət və ictimai şuralara qruplasmavari seçkilər…

Biz niyə Mədəniyyəti Nazirliyinin yanındakı İçtimai Şuraya seçkiləri baykot etdik?!

https://m.facebook.com/story.php?story_fbid=10226694487124592&id=1121148960

Mədəniyyət və ictimai seçki…

Ayın 13-də Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin yanında İctimai Şuraya qəribə bir seçki keçirildi.
Guya ictimai liderlərdən ibarət şəxslər Operativ Qərargahın tələblərini pozaraq nə sosial məsafə saxladılar, nə də tibbi maskadan istifadə etdilər.
Seçki komissiyasının sədri olmasa da, Mədəniyyət Nazirliyinin Aparat rəhbəri qanunvericiliyi kobud şəkildə pozaraq, seçkiyə rəhbərlik edirdi.
“Qarabağ” adı ilə QHT şəbəkəsi yaratmış qruplaşma yenə də işə keçdi. Onların seçki oyunları nəticəsində tanınmış mədəniyyət və QHT liderlərindən heç biri lazımi səs toplaya bilmədi.
Fəqət yalnız bircə nəfər, qruplaşmanın dəstəklədiyi, Füzulidən olan aktyor və QHT rəhbəri 125 səslə fərqləndi.

Yeri gəlmiskən, DTX və dövlət qurumları vaxtilə Ramiz Mehdiyev və Əli Həsənov duetinin yaratdığı, şərti olaraq “Qarabağ” adlanan qruplaşmadakıların fəaliyyətlərini nəzarətə almalıdır.
Sabah, şəraitə uyğun olaraq, bu şəxslərin dövləti sarsıdacaq hansı hərəkətlər edəcəkləri indidən sual altına alınmalıdır.
Əgər bunlar mafioz qrup yaradaraq dövlət qurumlarının əksər İŞ zəbt ediblərsə, ciddi seçkilərdə də hansısa qüvvələrə işləməyəcəklərinə heç kim zəmanət verə bilməz.

Vurğulayaq ki, bu qruplaşma üzvlərinin hansı nazirlikdən dəfqlərlə neçə mənzil, maşın və layihə qopardıqları haqqında söz-söhbətlər cəmiyyətdə dastanlarda çevrilib.
Qruplaşma bizi nişana alsa, faktları geniş ictimaiyyətə və mediaya öturəcəyik…
QHT camiəsi bundan sonrakı seçkilərdə hansısa ədalətli seçimə inam göstərməmələri məsləhətdir. Mafiyalaşmış və səbəkələşmiş qrup hər yerdə qara texnologiyasını işə salmaqdadır.
Bütün bunları nəzərə alaraq, rəsmi surətdə MN yanındakı İçtimai Şura seçkilərindən imtina etdiyimizi və nəticələri tanımadığımız cəmiyyətə bəyan edirik.

YYSİB sədri, Aydın Əhməd oğlu Əbilov.

Bakı, 15.07.2021

TƏKLİF: Təcili surətdə İŞ-lara seçkilər dayandirilmalı və o təsisat ləğv olialıdır, əvəzinə qonorar ilə çalışan, məmurlardan asılı olmayan, rəsmi təşkilatlar üzərində ictimai nəzarəti təşkil edən, Dövlət Ekspertlər Qrupları yaradılmalıdır ki, cəmiyyətə və dövlətə xeyirli ola biləcək müstəqil beyin mərkəzləri formalaşsın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir