“Yalnız irəli” çəkilişləri: birinci hissə. Şuşalı şəhid qəhrəman Allahverdi Allahverdiyevin anım tədbiri

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Şuşa qəhrəmanları haqqında sənədli film çəkilşlərinin ilk günü – Novruz Bayramından əvvəl Buzovna qəsəbəsində məskunlaşmış Allahvardi Allahverdiyevin ailə ocağında anım tədbiri və çəkilişlər aparıldı.

“Yalnız irəli” filminin çəkilməsi” layihəsi çərçivəsində Qarabağ uğrunda şəhid olmuş iki şuşalı gənc qəhrəman haqqında sənədli film və tanıtım fəaliyyətləri davam edir. 1 fevral – 1 iyun 2022-ci il tarixlərindən etibarən, 4 aylıq layihə müddətində Azərbaycanın Qarabağdakı 44 günlük möhtəşəm haqq savaşı – Qələbə ilə bitən II Vətən Müharibəsində igidlik göstərərək həlak olmuş iki qəhəman şuşalı hərbiçi haqqında sənədli-bədii filmin çəkilişi, eləcə də müxtəlif formalarda innovativ-kreativ təbliğat və tanıtım tədbirləri həyata keçirilir.

Əsasən gənc nəsil nümayəndələrinə, xaricdə yaşayan soydaşlarımıza və Qarabağın, Şuşanın çağdaş tarixi, II Vətən müharibəsi ilə maraqlananlara ünvanlanmış layihə tədbirində “Azərbaycan – İraq” Mədəni Əlaqələr İctimai Birliyinin sədri, layihə rəhbəri Tahirə Məmmədova, təşkilat üzvləri, çəkiliş qrupu, eləcə də qəhrəmanın ailə üzvləri, doğmaları, əsgər və orta məktəb yoldaşları iştirak edirdi.

Həyata keçirilə “Yalnız irəli” filminin çəkilməsi” layihəsinin məqsədi İkinci Qarabag müharibəsində – Vətən uğrunda şəhid olanların tanıdılmasıdır. Onların müqəddəs amallarının təbliği, Azərbaycanın apardığı haqq işində vətəndaşların dəstəyinin artırılmasıdır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan – İraq” Mədəni Əlaqələr İctimai Birliyi “Yalnız irəli” filminin çəkilməsi” kreativ layihəsinin icrası uğurla davam edir.

“Azərbaycan – İraq” Mədəni Əlaqələr İctimai Birliyi Mətbuat Xidməti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir