YYSİB-nin Lənkəran səhərində “Süni İntellekt və Sintetik Zəka” layihəsinin yekun tədbiri keçirilib

Yeni dərs ilinin ilk ayının sonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “2026-ci il kiçik qrant müsabiqəsi” çərçivəsində maliyyə dəstəyi ilə Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin reallaşdırdığı “Süni İntellekt və Sintetik Zəka” adlı kreativ-innovativ layihəsinin son yekun tədbiri Lənkəran rayonunda təşkil olunub.

Tanıtım, interaktiv müzakirə və layihə təqdimatı formatında təşkil olunan tədbir Həzi Aslanov adına Lənkəran şəhəri 3 saylı tam orta məktəbinin yuxarı sinif şagirdlərinin, eləcə də Bakıdan gələn tanınmış qonaqların yaxından iştirakı ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlkin Yaqubov paytaxtdan gələn qonaqları, YYSİB və layihə qrupunun üzvlərini səmim qəlbdən salamladı, Cənub bölgəsində, bütün Azərbaycanda olduğu kimi, xüsusən Lənkəran rayonunda yaşayan əhalinin, o cümlədən rəhbərlik etdiyi orta məktəbin pedaqoji kollektivinin və şagirdlərin layihə mövzüsüna xüsusi maraq göstərdiyini vurğuladı.

YSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilovun bildirdiyinə görə, reallaşdırılmasına başlanılan üçaylıq  layihə 1 avqust – 30 sentyabr 2026- cı il tarixlərini əhatə etməklə geniş fəaliyyət planına malik olub. Müxtəlif fəaliyyət növləri – silsilə İnternet TV verilişlər, virtual aksiyalar, sosial şəbəkələrdə kreativ kampaniyayla yanaşı, kontent yaradıcılığı, xüsusi olaraq yaradılan sosial şəbəkə resursunda ictimai yayımı, Lənkəranda təqdimat mərasiminin keçirilməsini özündə birləşdirən layihənin məzxmunu barədə məlumat verən çıxışçı əsas fəaliyyət istiqamətləri və onun real nəticələri haqqında da geniş danışdı. mövzunu əhatə edəcən 4 buraxılış İnternet TV verilişin çəkilməsi, montajı, yayımlanması nəzərdə tutulur. Azərbaycanda yaşayan xalqların bəzilərinin ana dillərində yazdıqları əsərlərdən ibarət ədəbiyyat, kulturoloji İnternet resursu, elektron kitabxana, e-nəşrlər sahəsində boşluqların da qismən doldurulmağa yönələn layihə komandası artlıq işinə başlayıb.

 Aydın Xan Əbilov bildirib ki, layihə süni intellekt və sintetik zəka (qısaldılmış adları – Sİ və SZ) haqqında geniş ictimai maarifləndirmə işləri aparmaq, gənclərdə bu texnologiyanın verdiyi imkanlardan düzgün istifadə bacarıqlarını formalaşdırmaq, eyni zamanda onların imkanları, sosial və təhlükəsizlik risklərinə nəzarət etmək kimi məsələləri özündə cəmləyir. Azərbaycan insanının süni intellekt və sintetik zəka imkanları, onlarla bağlı proqramlar, tətbiqlər, böyük dövlətlər tərəfindən dünyanı idarə etmək üçün onlardan intellektual və innovativ formalarda İKT silahı kimi yararlanması ilə bağlı dəqiqləşdirilmiş geniş təsəvvürlər yoxdur. Layihə bu problemlərin həllinə, neo-maarifçilik, təbliğat, tanıtım vasitələrindən yararlanmaqla əsasən Sİ və SZ həmlələrindən qorunmalarının vacib olduğu yeni nəsil nümayəndələrinin məlumatlılığının artırılmasına istiqamətlənib. Cəmiyyətə Sİ və SZ anlayışlarını sadə və anlaşılan formada təqdim etmək, gənclərə süni intellekt alətlərindən (ChatGPT, Copilot, Gemini və s.) faydalı istifadə yollarını öyrətmək, İnternetdə etik və təhlükəsizlik haqqında virtual tanıtım və neo-maarifləndirici visual, virtual materiallar hazırlayaraq orta məktəblərdə, ictimai düşüncə məkanlarında təqdimatlar təşkil etməklə problemləri qismən azaltmaq nəzərdə tutulub.

Layihənin könüllüsü təşkilatın departament rəhbəri Ceyhun Süleymanov öz çıxışında söyləyib ki, süni intellekt, dünyada olduğu kimi, Azərbaycanda da təhsil, media, TV, sənət, iqtisadiyyat və gündəlik həyatda geniş tətbiq olunur. Lakin Sİ bağlı fərdi və milli məlumatların qorunması kimi məsələlər aktuallaşır. Geniş ictimaiyyət, yeni nəsil nümayəndələri – şagirdlər, tələbələr, gənclər, eləcə də müəllimlər süni intellekt və süni zəka haqqında əsaslar məlumatlarla tanış olacaq, onların imkanlarından yararlanmaq üçün istifadə qaydalarını öyrənəcəklər. Yeni nəsil layihə bilgilərini öz gündəlik həyat fəaliyyətlərində tətbiq etsələr də, təhlükələri, təhdidləri, saxtakarlıqları haqqında əsaslı məlumatlar əldə etməlidirlər. 

Daha sonra interaktiv formada, sual-cavab şəklində tədbir davam etdirilib. Məktəblilərin sualları cavablandırılıb. Vurğulanıb ki, cəmiyyətdə rəqəmsal savadlılıq və təhlükəsizlik anlayışları inkişaf etdiriləcək, İKT və İnternet, mobil imkanlar, virtual etik davranışlar, süni intellektin – sintetik zəka resurslarının zənginləşməsində hər bir şəxsin kreativ qatqılarının vacibliyi vurğulandı. Yaradılan neo-aarifləndirici məzmun, İnternet TV məhsulları, elektron nəşrlər, maarifləndiriçi kitabça uzun müddət istifadəyə faydalı olacaq.

O da bildirilib ki, layihə nəticəində İnternet  TV verilişlər, Sİ-lə hazırlanmış neo-maarifləndirici vizual/virtual məhsullar vasitəsilə təqdimatlar, real/virtual tanıtım aksiyaları, İnternet saytlarında gedəcək məlumatlar və sosial şəbəkələrdə yaradılan bilgiləndirici səhifələr müsbət nəticələr, eyni zamanda qarşıya qoyulan vəzifələrin konkret həllərilə geniş ictimaiyyətə təsir edilmə mexanizmlərindən biri ki, neo-maarifləndirməni genişləndirmək, Sİ – SZ sahəsinin inkişafına təkan verməkdir. Yeni iş yerlərinin, virtual ofislərin, Sİ köməkçilərin, SZ asisentlərinin yaradılması yönündə aparılacaq neo-bilgiləndirmənin böyük təsiri olacaq. Sİ-dost, SZ-köməkçisi, virtual imkanlar anlayışları ictimai şüurda oturuşacaq.

Sonda fotolar çəkilib, layihənin və fəaliyyətlərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Tədbirdə YYSİB sədrinin müavini Hidayət Əbilli yaradılan resurslarla maraqlananları tanış edib.

Hidayət Ayxan,

 YYSİB İH üzvü, İnformasiya Bölümünün rəhbəri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir