Sİ-nin yaxın gələcəkdə yox edəcək sahə və peşələr Dünya TV-nin “Üz-üzə” verilişində maraqlı telemüzakirə: YYSİB-nin layihəsi cərcivəsində. Video
Bu günlərdə Dünya TV-nin canlı efirində, “Üz-üzə” proqramında 1 avqust – 30 sentyabr tarixləri ərzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Yeni Yazarlar və Sənətçilər Birliyinin 2026-cı ildə reallaşdırdığı növbəti ikiaylıq innovativ-kreativ “Süni İntellekt və Sintetik Zəka” adlı layihəsi çərçivəsində zəmanəmizin ən aktual məsələlərinə həsr olunmuş bir buraxılış tamaşaçıların diqqətinə çatdırıldı.
Layihə haqqında geniş məlumatlat burada: https://www.facebook.com/share/1GdAHuHh65/
Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq,
www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın direktoru,
“Ədəbiyyat qəzeti”nin/saytının şöbə redaktoru, www.yenimedia.net portalının baş redaktoru, www.yenimediatv.az – Sosial-analitik İnternet TV-nin təsisçisi, layihə rəhbəri Aydın Xan Əbilovun iştirakı ilə maraqlı bir buraxılış tamaşaçıların ixtiyarına verildi.
İctimai fəal, Milli Qəhrəmanlarin Tanıtim təşkilatının rəhbərlərindən biri Ədhəm Məmmədov və dəyərli aparıcı Könül xanım Həbibqizi ilə birlikdə alternativ peşələr, yeni dəyərlər, zəmanənin təhsil tələbləri haqqında çox aktual məsələləri tele-müzakirə edildi..
Verilişin videosu ilə tanış olun:
Dünya TV-nin “Üz-üzə” proqramında aparıcı Könül Həbibqızının təqdimatında peşə təhsili və əmək bazarında baş verən dəyişikliklər mövzusuna xüsusi toxunuldu. Qonaqlar, YYSİB sədri, ictimai və mədəniyyət xadimi, layihə rəhbəri Aydın Xan Əbilov və ictimai aktivist, Milli Qəhrəman Ədhəm Məmmədov ilə birlikdə süni intellektin və texnologiyanın peşələrə təsiri geniş müzakirə edilir.
Proqramın əsas məqamları:
Texnoloji transformasiya və peşələrin gələcəyi: Aydın Xan Əbilov yaxın gələcəkdə bir çox ənənəvi peşələrin (müəllimlik, həkimlik, taksi sürücülüyü və s.) süni intellekt və avtomatlaşdırma səbəbindən sıradan çıxa biləcəyini vurğulayır (0:26, 10:46).
Buna qarşı, insanların yeni bacarıqlar qazanmasının zəruriliyi qeyd olunur (5:58).
Peşə təhsilinin rolu: Proqramda universitet təhsilindən əlavə, peşə məktəblərinin əmək bazarındakı önəmi müzakirə olunur (5:25, 23:42).
Tələbə adını qazanan gənclərin sevinci ilə yanaşı, peşə təhsilinin daha yüksək gəlirli iş imkanları yarada biləcəyi vurğulanır (16:34, 25:16).
İnsan faktoru və sahibkarlıq: Könül Həbibqızı insan əməyinin robotlarla tam əvəz olunmasının mümkünsüz olduğunu qeyd edir (19:12).
Əthəm Məmmədov isə gənclərin öz bizneslərini qurmasının (fərdi sahibkarlıq) vacibliyinə diqqət çəkir (26:33).
Regional inkişaf və turizm: Lerik və digər regionlarda turizmin, kənd təsərrüfatının və etno-mətbəxin inkişafı vasitəsilə yeni iş yerlərinin yaradılması təklif edilir (32:21, 38:58).
Verilişin sonunda tamaşaçılardan gələn ideyaların və zənglərin gələcək proqramlarda müzakirə olunacağı bildirilir (46:28).

Yeri gəlmişkən, bu material #YYSİB – Yeni Yazarlar və Sənətçilər İctimai Birliyin “Süni İntellekt və Sintetik Zəka” adlı kreativ-innovativ layihə çərçivəsində hazırlanaraq yayımlanır.
AzərbaycanRespublikasıQeyriHökumətTəşkilatlarınaDövlətDəstəyiŞurası #YYSİB #YeniYazarlarvəSənətçilərİctimaiBirliyi #Layihə #QHTAgentliyi #Süniİntellekt #SintetikZəka #Sİ #İA
Nihad Əbilli

