Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə xeyriyyə aksiya keçirilib
1 iyun 2026-cı il tarixi də – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsinin təşəbbüsü və TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinikada sosial həssas ailələrdən olan uşaqlar üçün ödənişsiz sünnət aksiyası təşkil olundu.
Aksiya uşaqların sağlamlığının qorunmasına, ailələrin sosial yükünün azaldılmasına və onlara sevinc bəxş edilməsinə xidmət etmişdir. Tədbir peşəkar həkim heyətinin iştirakı ilə yüksək səviyyədə həyata keçirilmişdir.
Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Nizami rayon bölməsinin rəhbəri, ictimai xadim Hacı Rahim İsmayılov mediaya məlumat verib. O bildirib ki, bu nəcib təşəbbüsün gerçəkləşməsinə verdiyi dəstəyə görə TƏBİB-ə, eləcə də Yeni Klinikanın rəhbərliyinə, xüsusilə əməyi keçən bütün tibbi heyətinə dərintəşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Aksiyada Bakı Regional Mərkəzinin koordinatoru, Nizami rayon bölməsinin əməkdaşları və könüllülər iştirak edirdi.
Bir daha bütün uşaqları bayram münasibətilə təbrik edir, onlara sağlam, parlaq və xoşbəxt gələcək arzulayırıq.



