Türk müğənninin Bakıdakı hərəkəti narazılıq yaratdı: gerçək başqa imiş… – YYSİB sədri Aydın Xan Əbilovdab şərh. Video

onse

Türkiyəli müğənni Çelikin Bakıda baş tutan konserti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, ifaçının tamaşaçılarla davranışı hörmətsizlik kimi qiymətləndirilib. Yayılan görüntülərdə onun şəkil çəkdirmək istəyənləri itələdiyi və təqdim olunan çiçəkləri qəbul etmədiyi görünür. Bununla yanaşı, bir qrup şəxs müğənninin fanatı olan xanımların davranışını da tənqid edib. 

Globalinfo.az və YeniMedia.net portallarına danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, Azərbaycan tamaşaçısında bəzən qəribə düşüncə tərzi müşahidə olunur:

“Belə ki, 50-100 manat dəyərində bilet alaraq konsertə və ya tamaşaya gedən bəzi şəxslər istədikləri kimi davranmaq hüququna malik olduqlarını düşünürlər. Təəssüf ki, hələ də konsert və tamaşalarda insanlara mobil telefonlarını səssiz rejimə keçirmək, söndürmək barədə xəbərdarlıq edilir. Halbuki bu, artıq bütün dünyada qəbul olunmuş həm real, həm də virtual etik normadır. Eyni zamanda, musiqiçilərlə və sənətçilərlə yaxın təmas qurmaq ümumilikdə qəti şəkildə yolverilməzdir. Sənətçinin müəyyən mənada əlçatmaz olması onun peşəsinin dəyərini artıran amillərdən biridir. Tamaşaçı məhz gündəlik həyatda görə bilmədiyi birini səhnədə izləmək, səsindən, görünüşündən və bütövlükdə yaratdığı obrazdan estetik, psixoloji, mənəvi zövq almaq üçün bilet alır. Bu baxımdan, Çelikin hərəkəti hörmətsizlik kimi qiymətləndirilməməlidir. İfaçı sadəcə olaraq mədəni şəkildə onu narahat edən, davamlı şəkildə ardınca gələn şəxslərdən bezmişdi. Sənətçi tamaşaçılarla birbaşa interaktiv təmas qurmaq məqsədilə zala enərək mahnı ifa edirdi ki, insanlar canlı ifanı yaxından izləyə bilsin və ödədikləri vəsaitə görə peşmanlıq hissi keçirməsinlər. Lakin bəzi tamaşaçılar, xüsusilə də bir-iki gənc, demək olar ki, hər konsertdə rast gəlinən şəkildə sənətçinin arxasınca düşərək onun normal şəkildə çıxış etməsinə imkan vermirdilər”.

din

Aydın Xan Əbilov

Kultroloq bildirib ki, tamaşaçı emosiyalarını daha çox alqış və “bravo” kimi reaksiyalarla ifadə etməlidir:

“Əgər sənətçi icazə verərsə, onunla şəkil çəkdirmək mümkündür. Lakin ifa zamanı sənətçiyə yaxınlaşmaq, onunla təmas qurmaq və ya şəkil çəkdirməyə cəhd etmək açıq şəkildə hörmətsizlik hesab olunur. Çelik kimi sənətçilər özlərinə hörmətlə yanaşır və bunu qoruyurlar. Onlar şəxsi sərhədlərinin toxunulmaz olduğunu hər dəfə nümayiş etdirirlər və cəmiyyət də bunu qəbul etməlidir. Ümumiyyətlə, yalnız sənətçilərlə deyil, digər insanlarla da onların istəyi olmadan yaxın fiziki təmas qurmaq yolverilməzdir. Burada şərhsiz formada tamaşaçı davranışları tənqid olunmalıdır. İnsanlar daha ehtiyatlı olmalı və gələcəkdə bu cür hallara yol verməməlidirlər.

Bir çox Avropa ölkələrində, o cümlədən Fransada tamaşaçılar ifa zamanı sonadək səssiz qalır, kompozisiyanın bitməsini gözləyir və yalnız bundan sonra alqışlayırlar. Əgər ifa xoşlarına gələrsə, hətta 5-10 dəqiqə ayaqüstə alqışlamaqla reaksiyalarını bildirirlər. Bununla da başqalarının ifanı dinləməsinə mane olmur və mahnının ortasında alqışlarla çıxışı bölmürlər. Bütün bunlar nəzərə alınmalı və tamaşaçılar gələcəkdə bu kimi səhvləri təkrarlamamalıdırlar”.

Ləman İmran

https://globalinfo.az/turk-mugenninin-bakidaki-davranisi-naraziliq-yaratdi-gercek-basqa-imis-video/

Hazırladı: Ceyhun Suleymanov

YeniMedia.net

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir