“Ədalət işığında” Ədəbi Məclisinin növbəti maraqlı tədbiri
23 iyul 2022-ci il tarixdə “Ədalət işığında” Ədəbi Məclisində Azərbaycanın istedadlı imza sahibləri və poeziya sevərləri ilə görüş keçirilib.
“Ədalət işığında” Ədəbi Məclisin sədri, AYB və AJB-nin üzvü Ədalət Əroğlu məclis üzvlərini salamlayaraq ədəbi məclisi açıq elan edib. Məclisin sədri, tanınmış hüquqşünas, şair-publisist Ədalət Əroğlu vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirələrini andı, döyüşlər zamanı xəsarət alan müharibə veteranları, qazilərimizə can sağlamlığı dilədi.

Tədbirin aparıcısı 22 iyul – Azərbaycan Milli Mətbuat Gününun 147-ci ildönümü münasibəti ilə ədəbi məclisin üzvlərini və eləcə də bütün yazarları könül candan təbrik etdi, həyatın ən gözəl nemətlərindən biri olan can sağlığı arzuladı. Natiq yazarlara qələmlərinin mürəkkəbi, canlarından sağlam ruhu, ədaləti, dönməzliyi heç vaxt əskik olmamasını arzuladı.
Ədəbi məclisin sədri çıxışına davam etdirərək bildirdi ki, ölkəmizdə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.
1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verimişdir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan – qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan dövləti bu sahənin inkişafına hər zaman böyük diqqət ayırıldığını bildirdi.
2020-ci il ölkəmiz üçün tarixi əhəmiyyətli Qarabağ Zəfəri ilə yadda qaldı. 44 günlük Vətən müharibəsindəki Qələbəyə kütləvi informasiya vasitələri öz töhfəsini verdiyini, KİV nümayindələri əsl fədakarlıq göstərərək həm ön xətdə vuruşduqlarını, həm də reportajları ilə dünyaya haqq səsimizi çatdırdılarını bildirdi.
Məclisdə dəyərli şairlərimizdən AJB-nin üzvü publisist, satirik-şair Miraslan Rasim, AYB və AJB-nin üzvü şair-publisist Mürvət Qədimoğlu Həkəri, Respublikanın Əməkdar artisti, AYB və AJB-nin üzvü, şair-publisist Nazir Rüstəm, şair-publisist Hidayət Qarabulaq, şair-publisist Solmaz Cahangirova, şair-publisist Əliyar Günəşoğlu, şair-publisist Səadət Salmanqızı tərcüməçi-şair Vaqif Rəsul, şeir həvəskarı Arzuman bəy, rejissor Sevindik Rəsulov, şair-publisist Zərifə Zərifə və gənc qiraətçilər, dinləyicilər iştirak etdilər.

Çıxış edən hər bir şair özlərinin bir neçə yeni şeirini səsləndirdi, təbriklərini, ürək sözünü çatdırdı. Məclis iştirakçıları “Ədalət işığında” ədəbi məclisin fəaliyyətindən söz açıb, hər biri yeni şeirlərini səsləndirərək müzakirələr etdilər.
Sədr öz çıxışında iştirakçılara, xüsusən də bu ədəbi hadisənin yaddaqalan şəkillərini çəkən operator Aminə xanıma ədəbi məclis adından minnətdarlığını çatdırdı.
Məclisin bu toplantısi da özünəməxsus bir ədəbi hadisə kimi yaddaşlarda qaldı. Yeni şeirlər, yeni fikirlər dinlənildi.
Tədbirin sonunda ştirakçılar ilə şəkilləri çəkdirdikdən sonra çay süfrəsində məclis davam etdirildi.
Məclisdə iştirk edən və ürəyi burada olan, fəqət müəyyən səbəblərdən budəfəki tədbirə qoşula bilməyən dəyərli uzvlərə də təşəkkürlər çatdırıldı.
“Ədalət işığında” Ədəbi-Mədəni Məclisin mətbuat xidməti