Növbəti palçıq vulkanlarınin monitorinqi aparılıb…

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Səma və Eko” Sosial-iqtisadi İnkişafa Yardım İctimai Birliyi “Azərbaycanda palçıq vulkanları və ekoturizmin inkişafı” layihəsi çərçivəsində10 iyun 2026-cı il tarixdə Abşeron yarmadasındakı “Pilpilə Qarabağ” və “Dəvəboynu” vulkanlarında monitorinq həyata keçirilib.

Monitorinqdə “Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İB-nin sədri İradə Həsənova və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, Palçıq Vulkanları Qoruğunun rəisi Ceyhun Paşayev, qoruğun mühafizəçisi Səbuhi Nəsirov və çəkiliş qrupu iştirak ediblər.
Monitorinqin 2-ci günü layihə rəhbəri İradə Həsənova layihəni maliyyələşdirdiklərinə görə bir daha Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinə təşəkkür edib.

Palçıq vulkanları üzrə mütəxəssis Ceyhun Paşayev bildirdi ki, Azərbaycanda palçıq vulkanı təzahürlərinin bütün formaları (fəaliyətdə olan, sönmüş, gömülmüş, ada, sualtı, neftçıxaran) rast gəlinir. Morfologiyaya görə, konusvari, gümbəzvari, ovalvarı (çalavari), yaylavari palçıq vulkanları mövcuddur. Vulkan kraterlərinin formaları müxtəlifdir: konus şəkilli, yastıqabarıq, qalxanaoxşar, dərin enmiş, kaldergörünüşlü.
Sonra Ceyhun Pasayev “Pilpilə Qarabağ” və “Dəvəboynu” vulkanlar haqqında məlumat verdi. Pilpilə Qarabağ (Qaradağ Pilpiləsi) palçıq vulkanı Azərbaycanın tanınmış palçıq vulkanlarından biridir. Qaraquş dağı yaxınlığında, Qaradağ qırışığının qərb hissəsində yerləşir. Vulkanın kraterinin diametri təxminən 42 metrdir və burada qaz, su və palçıq çıxaran 5 qrifon mövcuddur. Vulkan konusunun yamacları dik və simmetrik quruluşa malikdir. Ümumiyyətlə, “pilpilə” sözü Azərbaycanda palçıq vulkanlarına verilən qədim yerli adlardan biridir. Pilpilə Qarabağ (Qaradağ Pilpiləsi) palçıq vulkanı Azərbaycanın nadir geoloji abidələrindən biridir. Vulkanın fəaliyyəti nəticəsində yer səthinə qaz, su və palçıq çıxır ki, bu da onun elmi və turizm baxımından əhəmiyyətini artırır.
Dəvəboynu palçıq vulkanı da Azərbaycanın məşhur palçıq vulkanlarından biridir. Vulkan Abşeron yarımadasında yerləşir və ölkənin zəngin palçıq vulkanizmi sisteminə daxildir. Dəvəboynu vulkanı vaxtaşırı palçıq, qaz və mineral tərkibli sular püskürərək geoloji proseslərin öyrənilməsi üçün mühüm əhəmiyyət daşıyır.Dəvəboynu palçıq vulkanı Azərbaycanın təbii sərvətlərindən biri olmaqla, palçıq vulkanlarının geniş yayıldığı Abşeron bölgəsinin xarakterik geoloji obyektlərindəndir. Vulkan həm elmi tədqiqatlar, həm də geoturizm baxımından maraq doğurur. Dəvəboynu palçıq vulkanı Azərbaycanın unikal təbii irs nümunələrindən hesab olunur.
Sonda qoruğun mühafizəçisi Səbuhi Nəsirov təbiətin sərvətinin qorunması onun mühafizə edilməsinin vacib olduğunu vurğuladı.

Monitorinq zamanı çəkilişoər aparılıb ki, geniş ictimaiyyət maarifləndirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir