Gənclər bizim gələcəyimizdir, gəlin onları zərərli vərdişlərdən qoruyaq! – Muğan Əliyev
“Gənc Vətənpərvərlər” İctimai Birliyi “Gənclər bizim gələcəyimizdir, gəlin onları zərərli vərdişlərdən qoruyaq” mövzusunda ADNSU nəzndində Bakl Neft -Energetika Kollecində bigə tədbir keçirilmişdir.
Tədbir ,Azərbaycanın Dövlət himi ilə başladı və Ulu Öndərin və torpaqlarımızın müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin ruhunu bir dəqiqəlik skutla yad edildi. GVİB sədri,ictimai xadim, Azərbaycan fəxri bədən tərbiyəsi və idman üzvü Müqamət Əliyev tədbir iştirakçılarını salamladı və keçirilən tədbirlərdən onun mahiyyətindən danışdı. Sonra o, qeyd etdi ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030 -cü illər üçün Dövlət Proqramı”nın uğurla həyata keçirilməsindən və mahiyyətindən ətraflı danışaraq qeyd edərək bildirdi ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər.

Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir. Narkotik maddə təkçə onu qəbul edən insanı məhv etmir,həmçinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir. Qeyd etməliyik ki, narkomaniya və narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizədə dövlət qurumları ilə bərabər cəmiyyət də aktiv iştirak etməlidir. Bir çox ailədaxili münaqişələrin yaranmasına səbəb olan narkomaniyanın profilaktikası ilə bağlı işlərin təşkilində məhz valideynlərin dəstəyi xüsusilə önəmlidir.
Valideynlər övladlarını bu kimi təhlükələrdən qorumaq üçün onlarla psixoloji söhbətlər aparmalı, zərərli vərdişlər haqqında məlumat verməlidirlər. İnanırıq ki, dövlətimizin narkomaniya ilə mübarizə sahəsində apardığı siyasət, dövlət qurumlarının həyata keçirdiyi tədbirlər gənc nəslin həm psixoloji, həm də fiziki sağlam böyüməsinə öz töhfəsini verəcəkdir. Bakl Neft – Energetika Kollecin direktoru Ata Babayev qeyd edərək bildirdi ki, Şəxsiyyətin formalaşması üçün cəmiyyət nə qədər önəmli faktor olsa da, insanın cəmiyyətə atılmazdan əvvəl aldığı ilkin tərbiyə, şüurunda həkk olunan öyüd-nəsihət və oturub-durduğu mühit onun sonrakı yolunun müəyyənləşməsində mühüm əhəmiyyət kəsb edir. Xüsusilə ailə tərbiyəsi və ata faktoru, hər bir uşağın sonrakı taleyində lokomotiv rolunu oynayır. Bu fakt mübahisəsiz belədir. Çünki məhz ailə mühiti və ailə tərbiyəsi, insanın cəmiyyətdəki sonrakı fəaliyyətində, sözün əsl mənasında, mənəvi vəsiqə xarakteri daşıyır. Tədbirdə , Kollecin tərbiyə işlər üzrə
müavini Muxtar Həsənov, Vəkillər Kolegiyaslnln üzvü vəkil Aslan Mikaylov ,vəkil Elminaz Qafarova ,Zümürüd Vəliyeva və digərləri mövzu ilə bağlı geniş ətraflı danışaraq bildirdi ki, Narkomaniyanın cəmiyyət üçün böyük bəla olduğunu və onun “ağ ölüm” adlandırıldığını vurğulayan çıxışçılar gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırıblar.
Diqqətə çatdırılıb ki, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur, eyni zamanda, orta və ali məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq dursunlar. Tədbirdə narkomaniya, QİÇS və İİV təbliğ olunması haqqında ümumi anlayış və terminalogiya mövzularında geniş ətraflı maarifləndirici diskusiya aparıldı. Sonda əsrin bəlası narkomaniya, QİÇS və İİV əks etdirən video çarx nümayiş olunub. İştirakçılar əsasən 16-17 yaş arası olan gənclərdən ibarət olub. Tədbirdə ADNSU nəzdnində Bakl -Neft Energetika Kollecin tələbələri ,ictimaiyyət nümayəndələri, GVİB-n İdarə Heyəti və könüllülər iştirak ediblər.
Qeyd edək ki, tədbir Gənc Vətənpərvərlər İctimai Birliyin dəstəyi ilə sil-silə tədbirlər könüllü olaraq ali təhsil müəssisələrdə və əlaqədar təşkilatlarda tədbirlər planlna uyğun həyata keçirilir
Ceyhun Süleymanov

