Azərbaycanda yağışlar və şəhər infrastrukturu: ekspertlərdən maarifləndirici çağırış
Respublikamızda ekoloji təhlükəsizlik, şəhər infrastrukturunun qorunması və vətəndaş məsuliyyətinin artırılması məsələləri aktual olaraq qalır. Bu mövzularla bağlı Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev YeniMedia.net portalına açıqlama verib.
Muğan Əliyev açıqlamasında bildirib ki, Bakı şəhərində və regionlarda kanalizasiya sistemlərinə edilən müdaxilələr, tullantıların düzgün idarə olunmaması və qeyri-qanuni tikililər daşqın risklərini artırır.
Onun sözlərinə görə, bu sahədə yalnız dövlət qurumlarının deyil, qeyri-hökumət təşkilatlarının və bütün vətəndaşların birgə fəaliyyəti vacibdir.
“Maarifləndirmə ailədən başlayır. Gənc nəsil ekoloji məsuliyyət və vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır,” – deyə o vurğulayıb.
Muğan Əliyev həmçinin işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və infrastruktur layihələrini yüksək qiymətləndirib və bu prosesdə ictimai məsuliyyətin önəmini qeyd edib.
Sonda o, Azərbaycan xalqının dövlət quruculuğu prosesində daha aktiv və məsuliyyətli olmasının vacibliyini vurğulayıb.Z
Ceyhun Süleymanov

