Yaradıcılıqda əbədiləşən ömür: yazıçı və estet Hafiz Mirzə. Leyla Məcidova yazır
Düşüncəli şəxsin uzun müddət fikirləşdiyini qəti adam tez bir zamanda həll edir. Cəldlik müvəffəqiyyətin açarıdır. Bir çox insanlar gözəl qabiliyyətlərə malik olsalar da, cəsarətləri olmadıqları üçün, heç bir zaman həyatda mövqeylərini qoruyub saxlaya bilməyiblər.
Allah hər insana yüksək keyfiyyəti bir arada vermir, bu fitri zirəkliyin nəticəsidir.
Haqqında bəhs etdiyim insan Hafiz Mirzağa oğlu Mirzə 1957-ci ilin 09 mart tarixində Lənkəran şəhərində anadan olub. 1964-74-cü illərdə Lənkəran şəhər 3 nömrəli məktəbində orta təhsil almışdır. 36 nömrəli Hərbi Ticarət (“Voentorq”) müəssisəsinin limonad sexində operator, 3 nömrəli Lənkəran Tara bazasında fəhlə işləmiş, Hərbi Dəniz aviasiyasında əsgəri xidmət göstərmiş, 1979-cu ildə
daxil olduğu, 1982-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (hazırkı
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin) mədəni-maarif fakultəsini
fərqlənmə diplomu ilə bitirmişdir. O, 1982-ci ildə Lənkəran Mərkəzləşdirilmiş Separadi Kənd
Mədəniyyət evinin direktoru olmuş, 1983-1986-cı illərdə Q.Vəliyev adına Lənkəran şəhər
Mədəniyyət evinin metodisti və bədii rəhbəri vəzifələrində çalışmışdır. 1986-2012-ci illərdə
Şəhər Mədəniyyət evinin direktoru işləmiş, 2012-2022-ci illərdə isə Lənkəran şəhər
Mədəniyyət Mərkəzinin direktoru olmuşdur.
Bu illər ərzində Lənkəranda keçirilən əksər dövlət mədəni-kütləvi tədbirlərinin, böyük el
şənliklərinin, ənənəvi Məhsul bayramlarının, Novruz şənliklərinin, “Şən və Hazırcavablar
klubu” yarışmalarının, kitab bayramlarının, “Çay, çəltik, sitrus festival”larının, “Lənkəran
payızı” folklor festivallarının, “Dəmirağacı” Sənətkarlıq…” və “Lənkəran – doğma diyar”
diyarşünaslıq sərgilərinin, “Yurdum-yuvam məskənimsən – Azərbaycanım” yaradıcılıq
festivallarının, “Dirçəliş” və “Novruz” şou-proqramlarının və onlarca digər mədəni-kütləvi
tədbirin ssenari müəllifi, quruluşçu rejissoru bir çoxunun həm də aparıcısı olmuşdur.
O, 10 il klub işinin metodikası üzrə Mədəniyyət Mərkəzində aylıq seminar-müşavirələr keçirtmiş, peşəkar savadı olmayan yüzlərlə klub işçisinə klub işinin metodikasını öyrətmişdir. Mədəniyyət Nazirliyinin “Mədəniyyət Mərkəzlərinin yaradılması” ilə bağlı pilot layihəsi məhz onun Lənkəranda “Mədəniyyət Mərkəzi” yarada bilməsi sayəsində uğur qazanmış, sonra respublikanın bütün rayonlarında belə mərkəzlərin yaradılmasına start verilmişdir.
Lənkəranın tanınmış “Ay lolo” rəqs qrupunun və “Babalar” xor kollektivinin yaradılması da
onun adı ilə bağlıdır.
O, 1993-94-cü illərdə LDU-da “Mədəniyyət tarixi və nəzəriyyəsi” fənnini tədris etmişdir.
Hafiz Mirzə eyni zamanda 2004, 2009, 2011, 2014 və 2019-cu il bələdiyyə seçkilərində
Lənkəran şəhər Bələdiyyəsinin üzvü seçilmiş, humanitar məsələlər komissiyasının sədri kimi
fəaliyyət göstərmişdir.
2000-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin, 2003-cü ildən isə Azərbaycan Yazıçılar
Birliyinin üzvüdür. O, tanınmış publisist olaraq uzun illər “Olaylar” İA və eyniadlı qəzetin cənub bürosunun rəhbəri olmuşdur.
Hafiz Mirzə tanınmış yazıçı olaraq zəngin ədəbi irsə malikdir və onun əsərləri müxtəlif mövzularda
yazılmışdır.
Məhsuldar yazıçının əsas kitabları aşağıdakılardır:
1.”Əbədi məhəbbət nağılı”-povestlər (1997);
2. “Separadi” adlı etnoqrafik kitab (2001);
3. “Ayın 32-ci günü” –roman və hekayələr (2005);
4. “Qızmar yayın soyuq küləkləri” povestlər və hekayələr (2007);
5. “Həcc ziyarətində” – publisistik məlumat kitabı (2009);
6. “Lənkəran Bələdiyyəsi” –publisistik məlumat kitabı (2009);
7. “Son və başlanğıc” – tarixi-elmi-fantastik-musiqili roman (2010);
8. “Mütəfəkkir” —
publisistik (2011);
9. “55” — ömür hesabatı (2012);
10. “Prezident” – roman və povestlər
(2013);
11.”İblisin xeyir-duası ilə” — povest (2014); 12.”Katok” — roman və pyes (2017);
13. “Xilaskar” — ən qədim və müasir Azərbaycan tarixi barədə roman (2020);
14.”Günəş şəhərinin sirləri” — metafizik, tarixi roman (2024);
15.”Sonuncu güllə” — Qarabağ müharibəsi və
Şuşanın azad edilməsi barədə povestlər (2024).
2016-cı ildə Lənkəran Dövlət Dram Teatrında onun “Moskvalı gəlin və ya “Ay lolo” pyesi tamaşaya qoyulmuşdur.
Hafiz Mirzə 200-ə yaxın televiziya filminin ssenari müəllifi, quruluşçu rejissoru və aparıcısı
olmuşdur. O, həmçinin “Zərban” TV internet televiziyasını və ölkədə ilk ödənişli – özəl klub müəssisəsi sayıla biləcək “Zərban” Mədəni Dinamika Mərkəzini təsis etmişdir və hazırda özü
onlara rəhbərlik edir. Bu mərkəzdə insanlara müxtəlif peşə və bacarıqlar üzrə ödənişli kurslar
keçilir, etika, estetika, etnoqrafiya və evdarlıq öyrədilir.
Yazıçı həm də 50-ə yaxın kitabın redaktoru, “Lənkərandan olan ziyalılar” kitabının yeni
variantının redaktoru, tərtibçisi və həmmüəllifidir.
Hafiz Mirzə Azərbaycan ədəbiyyatında və mədəniyyətində tanınmış yazıçı, rejissor, jurnalist,
kulturoloq və ictimai xadimdir. O, son 50 il ərzində Lənkəranda baş vermiş əksər ictimai-siyasi,
mədəni-kütləvi proseslərdə az, ya çox qədər iştirak etmiş, özünün qətiyyətli qərarları, obyektivliyi,
sözünü ötkəmcəsinə, cəsarətlə demək bacarığı, mahir natiqliyi, yenilik həvəsi, işgüzarlığı, çevikliyi və idarəetmə məharətilə fərqlənmişdir.
Yalnız kamil olan valeh edər O, həm də 1993-cü ildə Azərbaycanın bütövlüyü uğrunda etnik separatizmə qarşı mübarizənin öncüllərindən biri kimi müasir Azərbaycan tarixinə düşmüşdür.
2008-ci ildə müqəddəs Həcc ziyarətində olmuşdur, Hacıdır.
Leyla Qadir qızı Məcidova
Lənkəran Dövlət Universitetinin
Tarix üzrə fəlsəfə doktoru dosent

