Çingiz Abdullayevdən sərt sözlər: “Belə insanlarla yazığım gəlir”


“Bir neçə gün bundan əvvəl kitab sərgisinin açılışında dedim ki, Azərbaycanda 3 min yazıçı var. Biz inanırıq ki, yazıçılarımız da növbəti mərhələdə yazıb-yaratdıqları əsərlərə görə qonorar ala biləcəklər. Təəssüflər olsun ki, bu gün yazıçılarımız öz pulları ilə kitab çap edirlər. Dünyada belə şey yoxdur. Zaman gələcək ki, belə olmayacaq, biz dünya standartları ilə uyğunlşacağıq. Amma  bizim AYB-nin üzvü olan Aqil Abbas etiraz etdi ki, haradadır Azərbaycanda 3 min yazıçı, məgər pambıq yığırıq…”

YeniMedia.net portalı xəbər verir ki, bunu Xalq yazıçısı Çingiz Abdullayev bildirib.

Onun sözlərinə görə yazıçıların sayı ilə bağlı açqıladığı rəqəm AYB-nin rəsmi statistikasıdır: D

“Mənim belə insanalara yazığım gəlir, dözə bilmirlər heç bir sözə. Axı mən artıq nə demişəm?! Demişəm ki, yazıçılara kömək etmək lazımdır. Bax xəyanət, baxın, budur. Amma mən heç kimdən heç vaxt incimirəm”.

Xatırladaq ki, Aqil Abbas həmkarının sözlərinə bu sözlərlə etiraz edib: “Yazıçılar Birliyinin 3 min üzvü ola bilər, amma Azərbaycanda 3 min yazıçı? Bu nədir, pambıq yığırıq?! Yəqin ki, Yazıçılar Birliyinin üzvlərini sayıblar. Onların hamısını yazıçı hesab etmək olmaz. İstedadlıları var, tanınanlar, qələmi olanlar, cavanlar, orta və yaşlı nəsil yazıçılarımız var. Amma 3 min olmaz, olsa 300 olar”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir